adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: İLHAM İSMAYIL, RAZİ BƏY QARABAĞDA VURUŞANDA SƏN HARDAYDIN?

NİCAT NOVRUZOĞLU
65987 | 2019-07-15 10:07

Əvvəla, Allahın ən sevimlisi olan millətimizötən prezident seçkilərində babaları Şah İsmayıl kimi böyük bir xəta eləyibRazi Nurullayevi prezidentseçmədi. İndi növbəti seçkilərədək bununaltını çəkmək zorundayıq. GörünürQarabağın azad olunmasına hələ o qədər dətəşnə deyilik, elə boş yerə vay-şivənqoparırıq. Papağımızı qabağımıza qoyub ağıllı-başlı fikirləşsəydik və Razi bəyə səsversəydik, bəy də gedib Pakistandandoktor Xanın yaratdığı gül kimi iki atombombası alıb atmışdı biriniİrəvana, birini də Gorusa, vəssalam-şüttəmam. İndi Şuşadakef partladırdıq, Cıdır düzündə «Xarıbülbül» festivalı keçirir, ermənilərinXuraman özünü atdığı qayadan milltətimizin qəzəbindən qorxub hələ də kəsmədikləri Topxanadakı Armud ağacının dibinəçəkmək istədikləri kanat yolunu özümüz çəkibGinnesin «Rekordlar kitabı»na düşmüşdük. İntihar etmək istəyənlər də özlərini həmin kanatyolundan atardılar və düşərdilər Zəm-zəmsuyu qədər dadlı Daşaltı çayınıncənnət sularına.

Bəyi prezidentseçib xoşbəxt olmadıq, amma indi düşmüşük üstünə. Baxıram, saytlarda, sosialşəbəkələrdə bəyi sağdan da vururlar, soldan da. İlham İsmayıl və onun trolları ağıllarına və ağızlarına nə gəlir bu bəy haqqında yazırlar, paylaşırlar.

Guya deyib ki, AzərbaycanınQarabağı azad etməyə gücü çatmaz. Yəni bu iş Azərbaycanlıq deyil, çatsa da ABŞ, Fransa, Rusiya gəlib ölkəmizi şumlayar. Ara yerdəminlərlə gəncimizin qanı ilə bu şumu sulayarlar.Və guya xalqa təslimçilik ruhu aşılayırvə sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, ATƏT də gəldi İrəvan konyakından içdi vəbizim də kürüdən yeyib pəndam oldu.

Razi bəy də deyirki, mən Qarabağda vuruşanda sizlər qaçıb harda gizlənmişdiniz? Düz deyir də! Bura bax, ay İlham İsmayıl, Razibəy əlinə silah alıb, şaqqadan qatar geyinib Qarabağdavuruşanda, Çaykəndi, Kamonu, Azadı erməni terrorçularından bitdə-bitdə təmizləyəndə de görüm,sən hardaydın?! De də! Deyə bilməzsən! Çünkisən onda şuşalı bəy babalarından qalmış qızılonluqları, imperialları «Moskva» univermağındakı alverçilərə xırdalatdırıbqaçıb gedib oturmuşdun Maldiv adalarında, nə bilim ayıbda olmasa durna gözlü qızlarla fransız şampanı partladırdın.Razi bəy Qarabağda can qoyanda sən Kanardı-Manardı, nədi o adalarda şotland viskisivururdun özünçün.

Ogün də yalandan bir videoatmısan ortalığa. Guya DTX-nın indiki sədri Əli Nağıyevlə vaxtilə Çaykənddəerməni işğalçıları ilə vuruşursan. Montajdı başdan-ayağa. O videonun orijinalı bizim əlimizdədi. O videodakı sən yox, Razi bəy olub.Sən və trolların montajlamısınız. Ayıb olsunsənə də, sənin trollarına da.

İlhamİsmayıl, sənin və dostlarının ajığına növbəti prezidentseçkilərində Razi bəyi prezident seçəcəyik. Qoy gedib Pakistandan üç atombombası alsın: birini atsın İrəvana, birini Gorusa, birini də hər ehtimala qarşı qoyaq başımızın altına. Birdən ABŞ, ya Fransa, ya Rusiya hansısa Qarabağı azad etdiyimizə görə bizə hirslənsə, hörmətli Cahangir Əsgərovun o bahalı təyyarələrinin birinə qoyub aparıb atarıq ya Moskvaya, ya Parisə, ya da Vaşinqtona.Düzdür, Vaşinqton bir az uzaqdı, amma təyyarələrimiz birbaşa ABŞ-auçuş edə bilir.

Diget, İlham İsmayıl! Di get, sən də, kruqunda paxıllığından yansın tökülsün!


TƏQVİM / ARXİV