adalet.az header logo
  • Bakı 12°C

Bizi iynələyən Mozalanlar - Eminquey yazır

EMİNQUEY AKİF
51262 | 2019-07-15 12:28

Bir tövradamlar var, Mozalandılar. Səni yumru bir dairə kimi görərlər. Arı kimivızıldayıb iynələrini yayların qoyub səninişan alarlar, düz ürəyinin şirəli yerindən atarlar. Səbəbini bilməzsən. Keflərinədüşüb də. Məsələn, sənin kefinin kök vaxtında "yaman kökəlmisən” deyib əhvalınıtəlx edərlər. Bir müddət keçər, əsəbdən, iş yorğunluğundan çəkin azalar. Yenəonunla rastlaşarsan, bu dəfə də " yaman arıqlamısan” deyib ikinci atəşi düzbeyninin düşüncəli yerindən vurarlar. Bəli, bu iki cümlə arası Sirat körpüsündədizlərini yerə atıb başına döyərsən – İlahi, bu adamlar nə istəyir məndən? –deyib əsəbini başına tökərsən.

Uzaq Firəngistandada belələri var, okeanın otayı Əmrikada da belələri var. İnsanın dili, irqi dəyişirsadəcə.

İnsan düşünəndəki, bu ömür ona sadəcə bir dəfə verilib, susduğu bütün dəqiqələrə baxır, bir dəsusur. Başqa əlacmı var? Sussan için dağılır, susmasan da. Susursan, içində çəkirsən,susmursan, əsəbiləşirsən, dava, söz-söhbət.

Yazının buyerində içimdəki narahatlıq məni cənginə alır. İndi, elə nbu dəqiqə yazınıoxuyanların arasında da Mozalanlar var. Ekrana gözlərini zilləyib, "hə, nədirsözünün canı?”,” nədir yazının yükü, bildiyimiz şeyləri niyə yazırsan?” deyəgileylənirlər. Məhz onların xətrinə işimi ehtiyatlı tutub yazını bir azağırlaşdırıram.

EyMozalanlar, boş vaxtınız olan kimi İran filmlərinə baxın. Mən üç ildən çoxdurki, İran filmlərinə baxıram, musiqilərini dinləyirəm. O gördüyünüz mollarejimini beyninizdə devirin. Məsələn, ilk baxdığınız film Məcid Məcidinin "Cənnətinuşaqları” olsun. Bir ayaqqabını bölüşən bacı-qardaş Əli ilə Zəhranın filmidir.

İrankinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film 1999-cu ildə Oskarmükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə biruğuru heç vaxt yaşamamışdı. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlərsırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq bunabaxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları - sənədlifilm janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. Günlərinbir günü Əli bacısının ayaqqabısını itirir. Ancaq ailə çox kasıb olduğundan nəbalaca qız, nə də balaca oğlan bu barədə atalarına demirlər. Çətinliyin öhdəsindənözləri gəlməyə çalışırlar.

Bu film - həyatınmənasını əks etdirən kiçik dəyərlər haqqındadır. İnsanı qayğı, kasıblıq, köməkvə sevgi kimi dəyərlər haqda düşündürməyə məcbur edir.

Ümumiyyətlə,hər şeyə onun olduğu yerdən baxmaq lazımdır. İran musiqilərini dinləyiniz zamansizə elə gələcək ki, çox sadədir. Nə var ki, bu musiqilərin sözlərində. Bizdəbunu çoxdan deyib bitiriblər. Amma gərək hər şeyə öz məkanından baxasan. Bizimüçün küləyin bir qadının saçlarını qarışdırmağı çox normal hadisədir.Poeziyamızda da çoxdan deyilib, bitib. Yəni Azərbaycanda bu mənzərə sənə heç nəvermir. Amma sən bu mənzərəyə bir də İranda bax. Başı bağlı bir qadın, qadınsaçlarına həsrət qalan əsən küləklər, küləklərə həsrət qalan qadın saçları. Dəhşətdir.Dediyim, fars müğənni Əli Əziminin "Rüzgar olub saçlarına qarışaram”mahnısındandır.

İranda beləsənətçilər çoxdur. Məsələn, Mohsen Namjoo. Bir-birindən fərqli musiqilər,hamısında yeni nəfəs, sintezlər. Mohsenin ifalarında eyni anda roku da, cazıda, popu da, muğamı da duya bilərsiniz. Dövrün modern kuklalarına çevrilmişbizlərin içində donmuş hissləri qaynadan bir tərzi var Mohsenin. "Zolf bar badmade” – saçlarını küləyə yoldurma, məni bərbad etmə. Mahnının sözləri olduqcasadədir, amma onun melodiya yükü o qədər zəngin, o qədər duyğusaldır ki. Özündən tezcə çıxan vətezcə də soyuyan adamlar kimidir onun bu mahnısı. Mahnının həzin yerində qəfildənMohsen coşur, üsyankarlaşır. Və Mohsen yeganə sənətçilərdəndir ki, bir mahnıdabir neçə səs dəyişə bilir.

İndi siz eyMozalanlardan əziyyət çəkənlər. Bir işçi kepka taxmağı sevirmiş. Müdiri hər işəgələndə bunu görüb başına bir qapaz ilişdirirmiş, kepkası düşürmüş. Bir, iki,üç, dördüncüdə işçi dözmür, bu dəfə işə kepkasız gəlir. Müdir buna yaxınlaşandagörür kepkası yoxdu. Bu dəfə də bir qapaz ilişdirib deyir?

- Ə, başına niyə kepka qoymamısan?

Yəni söhbətkepkada deyil. Gördünüz ki, pəjmürdəhalsınız, açın İran filmi izləyin, İranmusiqisi dinləyin.


TƏQVİM / ARXİV