adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QƏPİK SÖHBƏTİ

FƏRİDƏ RƏHİMLİ
38858 | 2013-05-04 00:33

Qara camaatarasında son vaxtlar ən çox narahatlıq yaradan söhbət şəhərdaxili vəşəhərlərarası avtobus sərnişin daşımaları tariflərinin artırılması təklifi iləNəqliyyat Nazirliyinin Tarif Şurasına müraciətidir. Nəqliyyat nazirinin müavinibildirib ki, "hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarasısərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarındanmövcud gediş haqlarının, onların çəkdikləri məsrəflərə uyğun olmaması, xərclərinartması barədə müraciətlər daxil olur".

Bəli, özəlsektor, iş adamları, biznesmenlər, oliqarxlarg Sanki avtobus xidmətini dövlətstrukturlarının deyil, özəl sektorların idarə etməsi kasıbın günahıdı. Vəkənardan elə bir təəssürat yaranır ki, sanki dövlət orqanları: mənlik heç nəyoxdu, özəldi deyə qarışa bilmərəm! - deyir.

Bəs sadə,kasıb adamların istəklərini, arzularını necə, Nəqliyyat Nazirliyi dinləyibmi?Yəni, iş adamı qoyduğu pulun on qatını götürə bilmirsə, bu, mərhumjurnalistimiz Oktay Salamovun "Qiymətqaldırma Şurası" adlandırdığıTarif Şurasını məyus edir! Ona görə də qalan "doqquz qatı" kasıbındərisindən çıxarmağı düzgün hesab edir.

Bəlkəqiyməti qaldırmaqla nəqliyyat nazirliyinin şəhərə gətirdiyi və kasıb təbəqəninaz-az hallarda istifadə etdiyi, oturmamış bir manatını yazan "Londontaksiləri"nin sərnişinlərini artırmaq üçündü bütün bu həngamələr?Düşünürlər ki, kasıb 30-40 qəpik (bir azdan 50 qəpik olacağına da şübhəetmirəm! - F.R) ödəyib, basabasla getməkdənsə, "cəhənnəm!" deyib,taksiyə oturacaqlar? Belədirsə, yanılırsınız! Kasıb bir qəpiyə də ehtiyacduyur. Haradan biləsiniz ki!?. Toxun acdan xəbəri olmaz! Axı sizlər ailəüzvlərinizdən xəstələnən olanda birinci pulu haradan tapacağınızıfikirləşmirsiniz! Siz toy dəvətnaməsi gələndə sevinmək əvəzinəkədərlənmirsiniz! Axı sizin planlaşdırdığınız səfərin vaxtınadək ortaya çıxanhüzür yeri, xəstə yanına getmək, qonaq gəlməsi kimi "sürprizlərlə"qarşılaşarkən maddiyyat üzündən planlarınız pozulmur! Axı siz balalarınızın istəkləriniürək ağrısı, göz yaşları ilə "ödəmirsiniz"! Haradan biləsiniz ki?!!

Bu,"təkliflə Tarif Şurasına müraciət edib" məsələsi də artıq əhaliyənağıl kimi görsənir. Çünki o, müraciət edənlər bu təklifi qarşılarına məqsədqoydularsa, deməli bu, təklif yox, əmrdir və yerinə yetirilməsi də anməsələsidir. Xalqın gözündən asılan pərdələrsə, artıq cırıq-cırıq olub!!! Birvaxtlar ən ucuz nəqliyyat növü olan metroda qiymətlərin qaldırılması söhbətindəxalqın narazılığını Metropoliten rəisinə bildirən jurnalist bu cavabı almışdı:Yaxşı oğlan qəpik söhbəti eləməz!

Məntiqlə,bizim xalqın mental xüsusiyyətlərindən biri də odur ki, "yaxşı oğlan"olmadığını kimsə qəbul etmək istəmir. Acından ölsə də, yaxşı oğlan olmaqistəyir. Tarif Şurasına müraciət edənlər də mentalitetimizdən istifadə metodunudəfələrlə sınadıqlarından bu sahədə problem görmürlər. Qalır xalqınküncdə-bucaqda deyinməsi, onlar da özəri danışıb, özləri eşidəcəklər. Beləcə, hörmətli Tarif Şurası, Tağı Əhmədovdemişkən "burcutmaq lazım deyil", məsləhət də sizlikdi, məşvərət də,qaldır, xalq buna da dözəcək!!!

Ammakiçicik bir şeyi unudursunuz. Çox kiçik olduğundan gözünüzdən yayındığına,yadınızdan çıxdığına əminəm. Bu kiçik məsələ bu ölkədə kasıbların varlılardançox olması, işsizliyin artması məsələsidir. Əlillərin, pensiyaçıların aldığıtəqaüdün dərman pulundan başqa heç nəyə çatmamasıdır. İşləyənlərin maaşınınaylıq yemək puluna güclə yetməsidir. Dünyanın qabaqcıl ölkələri ilə bəhs etməkamacımızda bir az tələskənlik etməyimizdir. Çünki o ölkələrlə bərabər addımatmaq istəyiriksə, əvvəl iş yerləri açmalı, pensiyaları, təqaüdləri qaldırmalı,böyük bəlamız olan rüşvətxorluğu, korrupsiyanı aradan qaldırmalıyıq. Adamlarınyaşayışı, dolanışığı normal olarsa, o zaman bəyəndiyiniz həmin standartlarauyğunlaşmaq istəyi xalqa normal görünə bilər. Bizdə bu cür düşünülməmişaddımlar tez-tez atılır, ev tikərkən əvvəl damdan başlamaq istəyirikg Ona görəişlərimiz də baş-ayaq olur.

Hər günXırdalandan gələn 119 nömrəli avtobusun xidmətindən istifadə edirəm. Bumarşrutdan istifadə etdiyim illər ərzində onsuz da korlanmış əsəblərim bir azda tarıma çəkilib. Hər gün basabas, sürücülərin kobudluğu, özbaşınalığı, ən adietik normaları da gözləməmələri, yol hərəkət qaydalarını pozmaları adi halalıb. Bu halı əvvəl qəbul etməyən sərnişinlər də danışmağın xeyri olmadığınıgörüb, artıq susurlar.

Əlaqədarqurumlar bircə dəfə savaba, Allah xatirinə, müsəlmançılığa, insanlığa xatir buproblemlərin də çözülməsini düşünsünlər. Düzdü, bu zaman pul qazanmayacaqlar,amma qazanacaqları, fərqinə varmadıqları çox şeylər ola bilər...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV