adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi - Eminquey

EMİNQUEY AKİF
54720 | 2019-08-03 15:13

Əzrayıl da girinc qalıb...

Son zamanlartez-tez təkrarladığımız cümləni xatırlayın: Ölümün yaşı cavanlaşıb...

Hə,cavanlaşıb, amma bu süni qiymət artımı kimi bir şeydir. Əzrayılın günahıyoxdur.

O səbəbdənki, son zamanlar gənclərin ölüm səbəbinin bir xeyli faizi intiharın payına düşür.Ya zəlzələdən, ya vəlvələdən, gənclər qocalmaq fikrindən əl çəkirlər.

İki gün əvvəlöz kifsimiş həyat qanunları, mental təfəkkürləri, istəkləri ilə silahlanmış valideynlərGülər adlı bir qızın yaxasından zəlzələ kimi yapışıb silkələdilər. Ki, sən 17yaşında filankəsə ərə getməlisən. Zaqatalanın Əliabad qəsəbəsində. Zaqatala həmdə buna görəmi seysmik zonadır? Gülərsə oxumaq, təhsil almaq istəyirdi. Bəli,sevdiyinə ərə getmək yox, məhz təhsil almaq. Yəni bu dəfə səbəb dəseriallarımızın ana mövzusu kimi klişe deyil.

İki gün əvvəlƏliabad qəsəbəsində tövlədə bir qızın asılmış meyidini tapdılar. Onun adı Güləridi, Gülər. Dialoji intihar! Səbəb var, etiraz var. Monoloji deyil, Gülər hərşeyin qaydasında getdiyi vaxt qəfil intihar edib heç kimi təəccübləndirməyib.

Yəni bu dəfədə Əzrayılı mat elədik. Yəni bu dəfə də Əzrayıla istirahət verdik ki, get, dincəl,özümüz alarıq canını.

Hərçənd kiSabir o şeirini dini konteksdə yazmışdı, amma fərq etmir, nəticədə bu valideynlərində məqsədi və şüarları birdir:

- Oxutmuram, əl çəkin!

Məni ən çoxüzən şey orta statistik azərbaycanlının həyata gəliş məqsədinin bu iki şeydənibarətdir olmasıdır:

- Diplom (əksərən təhsil almaq üçün yox, acqalmamaqçun)

- Evlənmək (nəsil artırmaq üçün)

İndi Gülərhekayəsində hələ ən cılız həyat xətti hesab etdiyim bu iki şey də yarımçıqdır.Təhsil!

Nəsilartırmağı özünə hədəf seçən adamlar üçün təhsil də, istedad da, digər şeylər dəönəmsizdir.

Gülərinölümündən daha bir nəticə çıxır. Əgər onun "valideyn”ləri təhsiləqarşıdırlarsa, deməli Gülər bu günə kimi ata-anasından təhsil sözünü eşitməyib.Bəs, bu sevgi, istək onda hardan idi? İki səbəb var. Birincisi, mən iki əllirazılaşıram ki, artıq ailə tərbiyəsi dediyimiz şey də öz qüvvəsindən düşüb. Eləövladlar görürük ki, ailəsinə baxanda onun bu ailənin övladı olduğunainanmazsan. Yəni düşdüyü mühitin təsirilə öz-özünü formalaşdıran, tərbiyələndirəngənclər var.

İkinci səbəbsəgənclərin, xüsusilə gənc qızların ailə basqısından canlarını qurtarmaq üçünçıxış yolu kimi təhsili seçməsidir. Rayondan, ucqar kəndlərdən şəhərə oxumaqüçün gələn gənclər burada sərbəst, azad həyat yaşamaq kimi fürsət əldə edirlər.Güləri şəxsən tanımadığımıza görə biz ikinci səbəbin üstündə dayan bilərik.

Bəs, yaxşı,bizim intiharlarımız xaricdəkilərindən nə ilə fərqlənir?

Məsələn, 1968-ciildə Praqaya Sovet tankları yeridiləndə 21 yaşlı çex etiraz olaraq özünüyandırmışdı.

ŞimaliAvropada uzun, soyuq və qaranlıq qış ayları və ya Nord depressiyasını yaradanxüsusi gen və sair səbəblərdən intiharların sayı çox olur.

Amma bizdəisə intiharların əksəriyyəti ya borcunu ödəyə bilməməkdən, ya Gülər kimi zorla ərəverilməkdən, ya da cəmiyyətin basqısından doğur.

İntihar səbəbimizdə fərdidir, cılızdır.

Mən sonuncudəfə etiraz obyekti böyük olan bir intihar gördüm, o da İsa Şahmarlınınintiharı. Homoseksualların hüquqlarını müdafiə edən "Azad LGBT” təşkilatının sədri. İsa Şahmarlının etirazı ailəsi də daxilolmaqla bütün cəmiyyətə yönəlib. Bu onun "son məktub”undan da anlaşılırdı:

"Ölümümdə hamınız günahkarsınız...”

Biz "intiharlarınsayı artıb” dediyimiz halda bu gün mətbuata çıxan intihar informasiyaları,çıxmayan informasiyaların cüzi bir hissəsidir. Çox sayda insanlar ailələrindəbaş verən bu faciələri gizlədirlər, ən başlıca səbəb mentalitetlə bağlıdır.Çoxları bunun faciə yox, rüsvayçılıq kimi qəbul ediləcəyindən çəkinirlər, ələlxüsusda rayon yerlərində. O adamlar ki, psixoloq sözünə qarşı da bu cür davranırlar.Amma inkişaf etmiş cəmiyyətlərə baxsaq,nəinki psixoloq yanına gedənlərin çox olduğunu, hətta hər ailənin özpsixoloqunun olduğunu da görərik.

Hə, Gülərinintiharının arxasında həm də psixoloji zəiflik dayanır. Məsələn, o evdən qaçada bilərdi.

İntiharın səbəblərikimi minlərlə şey sadalamaq olar. Sözümün canı bu deyil. Deməm bu ki, insanlarkor-təbii ailə qurmaqdan əl çəksinlər. Bu dünyada tək məqsəd evlənmək, törəmək deyil.Faydalı olmaq üçün təkcə bunlar şərt deyil. Uşaqlarınız sizin robotlarınızdeyil. Onlara həyatlarını yaşamaq imkanı verin. Onlara lazım gələrsə, yıxılmağada şərait yaradın ki, qorxmasınlar. Mən də, gənc nəsil də bir gənc kimi gəncliyimiziyaşamaq istəyirik.

Bu intiharların bizə gətirdiyi baş ucalığı tavandanasılan kəndirə qədərdir.

Şeyx Nəsrullah gəlsəydi, ölmüş vicdanlarımızı dirildərdi...

TƏQVİM / ARXİV