adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: EŞŞŞƏKLƏRİ NECƏ BAŞA SALMALI?

AQİL ABBAS
67858 | 2019-08-09 10:00

Bu yaxınlarda konfransların birində iqtisadiyyat naziri ŞahinMustafayevin önündəki Azərbaycan bayrağı tərs qoyulmuşdu. Mətbuat böyüksəs-küy qaldırdı. Bu günlərdə də Türkiyənin Ordu şəhərində keçirilən bir konfransda da kəndtəsərrüfatı naziri İnam Kərimovun önündəkibayraq tərs qoyulub, amma nazir bunu tutub vəbayrağı düzəldib. Sağ olsun.

Bayrağımızın tərs qoyulmasında təbii ki, bizim iştirakçıların heç bir günahı yoxdu. Bu, o təşkilatçıların günahıdı.Özü də bilməməzlikdən deyil, bilərəkdən edirlər. Özü də bu əsasən,İran və Türkiyədə olur.

Bayrağımızda birinci yerdə millət durur, üçüncü yerdə din. Çünki millət dindən on min, iyirmi min əvvəl, nə bilim nəqədər əvvəl var olub, din isə 1400 ildi.Yəni millət dindən öndədi. İran və Türkiyədə isə dini millətdən önə keçiriblər.Türkiyədə bu, son zamanlar özünü daha kəskingöstərir. Ona görə bayrağımızı çoxzaman tərs asırlar.

Boluya Koroğlufestivalına getmişdim. Daha doğrusu , dəvət olunmuşdum, professor SeyfəddinAltaylı ilə bir yerdə.

Belə bir məlumat aldıq ki, bəs şəhərdə Xocalı parkı açırlar. Bu hörmətliQənirə Paşayevanın təşəbbüsü ilə baş tutub. Ümumiyyətlə, Qənirə xanımın TürkiyədəAzərbaycanımızla bağlı, Qarabağla bağlı, Xocalı ilə bağlı gördüyü işlər möhtəşəmdi.Az qala Türkiyədə elə birşəhər yoxdur ki, orda Qənirə xanımın təşəbbüsü ilə ya Qarabağ, ya Xocalı adında birpark, bağ və ya xiyaban açılmasın. Buna görətürk qardaşlarımıza da təşəkkür edirik.


Nə isə, Seyfəddin abi iləgetdik parkın açılışına. İnsafən çox səliqəli idi və şəhərin gözəgəlimli yerindəydi. Azərbaycanınvə Türkiyənin bayraqları asılmışdı, bayrağımızı da tərs asmışdılar.Şəhərin bələdiyyə başçısınınmüavini ordaydı, yəni təşkilatçıydı. Mənimlə də tanış elədilər ki, Azərbaycanınmillət vəkilidi. Pencəyimin döşündə də Azərbaycanbayrağı olan deputat nişanı vardı. Başçınınmüavininə dedim ki, kardeşim, bizim bayrağıtərs asmısız. Dedi, yox, düz asmışıq,belə asılmalıdı. Səbrlə buna izah etməyə çalışıram ki, düz asmamısız və sinəmdəki bayrağıgöstərirəm, baxın da, görün bayrağımız hansı formadadı.

Bu eşək oğlu eşək nırx dirənib üzümə ki, yox, bayraq belə asılmalıdı. Axırda təbii ki, Aqil Abbaslığım tutdu, dedim:

- Eşşşək oğlu eşşşək, sənədeyirəm mən Azərbaycanınmillət vəkiliyəm, bizim də bayrağımızın forması sinəmdə gördüyün nişan kimidi.

Yanımızdakılar da tutuldu,mərifəti çatdı cavab qaytarmadı.Seyfəddin abi də işə qarışdıqdan sonra gedibbayrağı düz asdırdı. Açılış zamanıbələdiyyə başçısı ilə yan-yana oturmuşdum.Dedi ki, Aqil bəy, haqlısız, amma gərək həqarət etməyəydiniz.

Mən də dedim ki, sayın başkan, bəzən adamları belə başa salmaqlazımdı.

İndi hansısa bir konfransda, ya tədbirdə bayrağımızı tərs asanlara gərək eləo cür başa salasan.

Ən azı o bayraq uğrunda canını qurban vermişiyirmi min şəhidin xatirinə.

P.S. Bayraq məsələsinə yenəqayıdacağıq.


TƏQVİM / ARXİV