adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Erməni qan gördü”, yaxud erməni qan görməli - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
60158 | 2019-08-14 13:53

"Diplomatiya– başqa vasitələrlə müharibənin davamıdeməkdir”

C.Oldricin"Diplomat”əsərindən.

Bir neçəgün öncə Ermənistanın baş naziri Paşınyan işğalda olan torpaqlarımıza, Qarabağagəldi və bir daha bəyan etdi ki, obrazlı desək, "kış deməklə darıdan çıxası”deyillər. Yəni soyadları "yan”la bitənlərqan axmadan torpaqlarımızı qaytarmayacaqlar.Anlaşılandır, düşmən də olsaq, haqsız deyillər. Qanla aldıqlaını (Rusun köməyi ilə olsa da),necə deyərlər, canla-başla qaytarası deyillər. Uşaq olanda ən çox eşitdiyim sözlərdən biri"erməni qan gördü” idi. Bu sözü bir qorxaqlıq əlaməti kimi işlədirdik. Uşaqidik, yıxılır-durur, yaralanır, əlimizi-ayağımızı qanadardıq vəyaramız nə qədər ağrıtsa, qanasa da "erməni qan gördü” sözünü eşitməməküçün ağlamamağa çalışır, "erməni”olmaq, qorxaq görsənmək istəmirdik. Daha busözü işlədən yoxdur. Nə oldu? Erməni daha qan görəndə qorxmurmu? Qorxar, dəqiq qorxar. Sadəcə o qanı onlaragöstərmək lazımdır. Qansızlarla başqa cür davranmaq olmaz. Bizim işimiz gücümüzisə ancaq bəyanat verməkdir. Bu yaxınlarda "facebook” sosial şəbəkəsininxatırlatmasından gördüm ki, yeddi il əvvəl bir status yazıbmışam. ErmənilərSuriyadan qaçqın düşən erməniləri Qarabağa yerləşdirirmişlər və bizim rəsmilərisə ancaq bəyanat verib etiraz edibmişlər.Yazıya giriş verdiyim əsərdən "Diplomatiyanın yarısı şikayətlərdən ibarətolur” deyimi yadıma düşdü. Bəli, Qarabağ məsələsində bu ifadə bizə tam uyğun gəlir,ancaq şikayət edirik. Yalnız bizim diplomatiyanın yarısı deyil, yarıdan da çoxuşikayətlərdən ibarətdir; erməni nəysə edir, biz isə bəyanat veririk. Məsələn,Paşinyanın son səfəri. Məsələn, ermənilərin Qarabağda həyata keçirtdikləri müxtəliflayihələr və.s. Bəzən düşünürəm ki, bir "təsadüfi bomba”nın ora düşməsi kifayətdirki, layihələr də, səfərlər də dayansın. Bomba isə düşmür, etiraz, şikayət bəyanatlarıisə bomba kimi yağmaqdadır...

Bir neçəil öncə, bizim qondarma adlandırdığımız, ancaq bir türlü varlığına son qoyabilmədiyimiz Dağlıq Qarabağ respublikasının Amerikadakı (ABŞ) nümayəndəliyinə zəngetmiş və danışmışdım. Sonra isə bu barədəyazı da yazmışdım. Xatırladıram ki, ABŞ ATƏT– in Minsk Qrupunun həmsədrlərindən biridir və onu da xatırladım ki, MinskQrupunun həmsdər olduğu üç dövlətin hər birində, yəni digər ikisində də, Fransavə Rusiyada da onların nümayəndəlikləri var (idi, yəqin ki, indi də var). Ovaxt da soruşmuşdum, indi də soruşuram,biz onlardan ədalətmigözləyirik?! Nədənsə özümüzü qurbanlıqkimi hiss etdim, kəsiləcəyini gözləyən qurbanlıq kimi.O vaxt Minsk Qrupu haqqındayazanda bəziləri məni tənqid etdi, hətta irəli gedərək dövlətin siyasətinəqarşı çıxmaqda ittiham edənlər də oldu.Nə qərib, bəlkə də nə xoş, indi onlardan bəziləri məlum qrupu tənqid etməkdənçəkinmir.

Münaqişənin həlliuzandıqca uzanır. Artıq yeni bir nəsil formalaşır və bilmirəm təəssüfmü deyim,nə deyim, müharibə istəməyən gənclərin də sayının çoxaldığını müşahidə etməkmümkündür. Əlbətdə ki, müharibəni biz də istəmirik, mən də istəmirəm. Ancaq "Şərəfsizsülhdənsə şərəfli müharibə yaxşıdır” deyiblər (Əbu Turxan) və çox da doğru deyiblər. Qorxum odur ki, bu gedişlə pasifist(hər cür müharibənin, hətta milli azadlıq müharibəsinin əleyhnə çıxan adam) birgənclik formalaşsın. Əgər belə bir gənclikformalaşarsa, bax o zaman bu bizim sonumuz olar. Açıq etiraf edim (və kaş ki,yanılım), nədənsə özümüzdə torpaqlarızı geri almağa, ümumiyyətlə, erməni üzərindəqələbəyə az istək görürəm. "Yoxdur” demirəm, "yetərli deyil” deyirəm. Bu istək,bizim pula, şana-şöhrətə və.s. çatmaq istəyimizdən çox deyil. Təəssüf ki, bunuhər yerdə, hər sahədə hiss edirəm; diplomatiyadan tutmuş ta daspora kimi. Əslindəisə diaspor fəaliyyəti də elə bir diplomatiyadır, olmalıdır. Bunlar başqamövzunun söhbətidir. İndilikdə isədediyim budur ki, torpaqlarımız geri alınsın, sülh və qonşuluq şəraitində yaşayaq. Əgər zamanlamehribanlıq etsələr, biz də mehriban, dost olarıq, ancaq bu dəfə "çomağı” yerə qoymadan.

Yuxarıda diplomatiyamızıazacıq, haqq etdiklərindən çox yumşaq tənqid etdim. Tamam, qoy danışıqlargetsin. Hələlik Rusiyanı (ki, bütün açarlar ondadır) razı salıb müharibəyəbaşlaya bilmirik. Bunu anlamayacaq qədər düşüncəsiz deyilik. Ancaq niyə MinskQrupuna Türkiyənin də salınmasına çalışmırıq. Bir vaxtlar belə fikir səslənirdi, sonra sakitlik oldu, nədənsəTürkiyənin adı daha hallanmadı və gündəmdən çıxarıldı. Əcaba niyə? Məlum qrupa daxil olan dövlətlər barədə yuxarıdaqısa yazdım və siz dəyərlioxucular da, bizim diplomatlarımız da onlarla bağlı çox şeyləri bilirsiniz,buna şübhə yox. Onu da bilirik ki,Qarabağ məsələsi, erməni məsələsi elə məsələlərdəndirki, Qərb dövlətləri ilə Rusiyanın mövqeyi təxminən eynidir. Onu da bilirik ki, ermənilər dini mənsubiyyətlərini bu işlərdə istifadə edirlər, həm də məharətlə. Əgər xeyrlərinə olarsa, əminəm ki, dinlərindəndə imtina edərlər. Milli mənsubiyyətləri onlar üçün daha öndədir. İndilikdə isədinləri köməklərinə çatır. Bu barədə hətta illər öncə Niderlandlı millət vəkilinəsual da vermişdim və həmən müsahibə həm Niderland, həm də Azərbaycan mətbuatındagetmişdi. Ona da demişdim ki, dini məsnubiyyətinizəgörəmi haqsız olan erməniləri haqlı çıxartmağa çalışırsınız?

Yazıma C. Oldicin"Diplomat”əsəri ilə başladım, elə ordan birseçmə ilə də son verməyi düşünürəm. Yeri gəlmişkən, bu əsəri oxumağı hərbir kəsə israrla tövsiyə edirəm.

Deməli əsərdə İngilis nümayəndə heyəti İrana (Cənubi Azərbaycanməsələsi ilə bağlı) gedir və yolda, dağlarda maşınları xarab olur. Kömək axtarmağa gedərkən bir kürd kəndlisinərast gılirlər və aralarında belə bir dialoq olur:

"- Siz nə dilindədanışırsınız?

- İngilis dilində

- Siz xaçpərəstsiniz?

- Bəli.

- Deməli, siz ermənisiniz.

- Yox. Biz İngilisik.

Kürd inamla:

-Xaçpərəstlərinhamısı ermənidir, - dedi.”

Bəli, Ceyms Oldric sadəkürd kəndlisinin dili ilə çox məqamlara toxunmaq istəyib, məncə. "Necə düşünürsünüz, ATƏT –in Minsk Qrupunun həmsədrləri arasında Türkiyəyə ehtiyac yoxdurmu?" Müsəlmanfilan demirəm, başqa Türk respublikalarından heç birini demirəm. Məhz Türkiyə deyirəm. Nə deyirsiniz, haqsızmıyam?

Vüqar Abbasov. Niderland.

[email protected]


TƏQVİM / ARXİV