adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Nicat Novruzoğlu: MİN İLLİK ADƏTİ QADAĞALARLA YOLUNA QOYMAQ OLMAZ

NİCAT NOVRUZOĞLU
73461 | 2019-09-03 09:17

Qəzetlərdə başsağlığı verilməsi iləbağlı mətbuatda və sosial şəbəkələrdəçox lazımsız və mənasız müzakirələr gedir. Müzakirəyə də səbəb Səyavuş Novruzovun başsağlığı ilə bağlı «Azərbaycan» qəzetinə tutduğuiraddı. Məsələ belədi ki, Milli Məclisə gələcək dinlə bağlı yeni bir layihədədövlət qəzetlərində başsağlıqlarının verilməsinə yasaq qoyulmasıdı.

Əslində bu heç bir məntiqə sığmır. Dünyanın elə bir ölkəsində elə bir qəzet yoxdur ki, başsağlıqlarını çap eləməsin. Hətta qardaş Türkiyədə bəzi qəzetlər buna görə ayrıcasəhifə ayırır. Çünki ölkə böyükdü,ölən də çoxdu. Təbii ki, rəhmətəgedənlərin əzizlərinin dərdinə şərik olanlar da çoxdu.

Kimsə rayonda rəhmətə gedib Bakıdan,ya Şəkidən, ya Qazaxdan həmin rayona yasa getmək həm vaxt aparır, həm də xərc. Onagörə də insanlar qəzet vasitəsilə yas sahibinəhəmdərd olduqlarını bildirirlər.

Və yaxud əksinə, rayondan Bakıya gələbilmir, qəzet vasitəsilə başsağlığı verir.

«Azərbaycan» qəzeti ən çox başsağlığıçap edən mətbu orqanıdır. Əsas səbəblərindən biri də tirajının yüksək olmasıdır. Və təbii ki, istər sıradan bir adam rəhmətə getsin, istər yüksəkçinli bir adam, qəzet üçün fərq etməz,çap üçün başsağlığını qəbul edir. Və o datəbiidir ki, vəzifəli, imkanlı adamlarınölənləri üçün «ağlayanlar» çox olur.

Sovetlər dönəmində belə bir qanun vardı, bir qəzet eyni adama dörd dəfədənartıq başsağlığı çap edə bilməzdi. Bu ona görə idi ki,adi vətəndaşla «qeyri-adi» vətəndaşa fərq qoyulmasın.

Ümumiyyətlə, toylar və yasları qanunlarla tənzimləmək doğru deyildir.Bunu yalnız maarifçiliklə yoluna qoymaq olar. Necə ki artıq yeddi, cümə axşamları aradan buyolla qaldırılıb.

Və heç kəsə qadağan etmək olmaz ki, atana ehsan vermə.

Bir ara belə bir qadağa tətbiq etməyə başladılar. Hökumət qurumları rayonlardayas yerlərinə az qala hücum edibqazanları aparırdılar. Bu da böyüknarazılığa səbəb oldu və sonradan hər şey yerini tapdı.

Qadağalar həmişə effektli olmur. Birbelə televiziyalar var, radiolar var, qəzetlər var, buməsələni ziyalılar müzakirələrlə yolunaqoya bilər. Amma mətbuatda söz atışması ilə yox.


TƏQVİM / ARXİV