adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: BIÇAQLAŞMALAR VƏ YA BİZİ ŞUŞADA NİYƏ TUTDULAR?

AQİL ABBAS
59321 | 2019-09-05 09:00

1974-cü il. İyul ayı. Şuşanın Parisdəngözəl günləri. Heç Ağdamın da Parisdən geri qalmayan günləri.

Rayondayam. Əsgərlikdən yenicə gəlmişsinif yoldaşlarımla veyillənirik.Dedik gedək bir Şuşaya. Oturduq bir avtobusa,üzü Güləbədinə. Mənim də bir maqnitofonum var, kasetlərimdə də Qədirlə Rəmişdən başqa heçkim yoxdu.

Şuşada da iynə atsan yerə düşməz. Maqnitofonun da səsini artırmışıq, Rəmiş çalır. Vallah, Şuşanın ortasında elə yeriyirik elə bil Rəmiş bizik. Vecimizə də deyil ki, ətrafdakı adamlarbizə naxoş baxır. Biz ağdamlıyıq axı, bunu şuşalılara hiss etdirməsək nə ağdamlıolduq ki?!

Şuşaya gəlmisənsə, İsa bulaqda yeyib-içməmisənsə qayıdıb Ağdamda nə ilə lovğalanmaq olardı ki?

Nə isə, bu da İsa bulağı.Gətir-götür. Araq da su kimi gedir, amma onda mənim əsl müsəlman vaxtım idi, içki içmirdim. İçlərində bir ayıq adam var – o da mənəm.İndi gəl bir belə dəlini yola ver.

Dedilər gedək «Dom otdıx»a.Onda da «Dom otdıx»ın «Dom otdıx» vaxtı idi, SSRİ-nin hər yerindəngəlirdilər. Gözəl-gözəl urus qızları itinə tök. Tans-filan…

Nə isə. Gəldik «Dom otdıx»a maqnitofonda da Rəmiş çalır.Camaat da rəqs edir, yəni tans.

Bir-iki uşaq da gəldi ki,maqnitofonu söndürün. Boy, bunu biz ağdamlılara demək olar? Mübahisə, dalınca da dava. Beş-altı nəfər biz, şuşalılar da ki…

Bizi eşşək kimiçırpacaqdılar, bu vaxt ortaboylu,amma pəhləvan cüssəli bir oğlan çıxdı önə.Həmin oğlanı tanımırdım. Dedi ki, nə olubə, düşmüsünüz beş-altı uşağın üstünə.Nədənsə şuşalılar onu görəndəgeri çəkildilər.

Nə isə, milisçağırdılar. Bizi tutub gətirdilər «Dom otdıx»ın müdiri Əhədmüəllimin otağına. Burda daəsas qorxan bir mənəm, bir də RaufKazımov. Çünki ikimiz də institutdaoxuyuruq, yəni bizi qova bilərlər. O biriləri əsgərlikdən təzə gəlmiş,beyni qan uşaqlardı.

Ciblərimizi yoxladılar,Nizaminin (Ağdamın «Qarabağ» komandasınınhücumçusu idi) cibindən bir tülkü bıçaq çıxdı. Həmin dövrün adamları o bıçağı yəqin unutmayıblar. O bıçağın tiyəsininuzunluğu təxminən bir on santimetrolardı və soyuq silah sayılırdı. Və o bıçağıgəzdirənlər cinayət məsuliyyəti daşıyırdı. Xuliqanlıq etmişik, camaatın istirahətinipozmuşuq, dava salmışıq və cibimizdəndə soyuq silahçıxıb. Vallah, dədəm gərək bir ildəAğcabədidə qazandığı pulu verəydi ki, bizi qurtaraydı.Raufla mənim cibimdən isə tələbə bileti çıxmışdı.

Uşaqlardan kimsə Əhəd müəllimin oğlu, Şuşanın«avtoritetlərindən» olan Hofferinadını çəkdi ki, guya onundostudu. Təbii ki, dostu deyildi, yaltaqlanmaq üçün.

Əhəd müəllim də dedi:

- Elə Hoffer də sizin tayınızdı.

Nə isə, Əhəd müəllim milisə dedi ki, uşaqdılarqanmayıblar, siz gedin özüm yoluna qoyaram.Milislər ağsaqqalın sözünü eşidibgetdilər. Sonra Əhəd müəllim itə deyilənsözləri bizə dedi, xüsusilə mənləRaufa (Sonra Rauf Kazımovbir həkim kimi Şuşadasanatoriyanın baş həkimi işlədi. Sonra da müharibə vaxtı Ağdamda tank onun maşınınınüstündən keçdi və şəhid oldu. Bəlkə dəsağ qalsaydı Azərbaycanın ən məşhur həkimlərindənbiri olacaqdı).

Nə isə. Əhəd müəllimbıçağı özündə saxladı, bizə dedi rəddolun, özü də bir başa Avtovağzala. Artıq gecədi. Həyətə düşəndəgördük ki, şuşalılar «həsrətlə» bizigözləyirlər, təbii ki, çırpmaq üçün. Ammagördük ki, həmin pəhləvan cüssəlioğlan da burdadı. Dedik gəlin gedək. «Dom otdıx»dan Avtovağzala piyada gedirik, şuşalılar da gözləyir ki, bu pəhləvan cüssəli oğlan ayrılıbgedəcək. Gəldik Avtovağzala, artıq avtobuslarişləmir. Nəsə bir yük maşını tapdıq, qalxdıq onun banına,pəhləvan cüssəli oğlan da bizlə. Həmin igidbizi şuşalıların əlindən aldı.

Gəldik Ağdama. Mən balacaqardaşıma hadisəni danışdım. Və bir də bizi şuşalıların əlindənalan həmin oğlanın kim olduğunu soruşdum.

Dedi ki, Füzulidəndi, Ağdamda Kənd Təsərrüfatı Texnikumunu oxuyur. Pəhləvandı, üstündən hətta maşınkeçirdirdi. Adını da dedi, çox təəssüf ki, indi adı yadımdan çıxıb. Bu yazını oxuyanfüzulililər onun adını tapıb desələr xoş olar.

Bu yazını niyə yazdım? Bir xatirə kimi yox. Sadəcəolaraq bu gün Azərbaycanda tez-tez baş verənbıçaqlaşma və ölüm hallarına görə. Vəsonucda da bu günlərdə adi bir mübahisə zəminindəbircə bıçaqla ürəyindən vurularaq öldürülənFərid Məmmədov. Təkcə bugünki qəzetlərdəvə saytlarda Bakıda və rayonlarda on, ya on beş bıçaqlanma hadisəsibildirilir.

Deməli, beləydi. Sovetlər dönəmində cib bıçağı əgər əlin dördbarmağına çatırdısa cinayət məsuliyyəti daşıyırdın. Çünki döş qəfəsindən ürəyə olan məsafə təxminən4 santimetrdi.

İndi hamı cibindəbıçaq gəzdirir. Nəinki dörd santimetrdənuzun, hətta xəncər, fin bıçağı. Və ən adi mübahisə zamanı istifadə edirlər.

Ona görə də Sovetlər dönəmində olduğu kimi, tiyəsi 3 santimetrdən uzun olan bıçaq gəzdirənlər ən azı inzibati məsuliyyətdaşımalıdırlar. Və Azərbaycan polisinə də səlahiyyətverilməlidi ki, şübhəli şəxslərinelə küçədəcə şahidlərin nəzarəti altındaüstünü araşdırsın. Lap elə mənim də.Düzdür, sosial şəbəkələr partlayacaq ki, Azərbaycanda küçələrdəinsan haqları pozulur,cibləri yoxlanılır. Qoy olsun. Hüququkim pozur – bu cinayətlərin qarşısını almaqistəyən polismi, yoxsa bu cinayətə istəkliolanmı?!

Söz həm Parlamentimizindir,həm də ictimai asayişi mühafizə edən, ölkənin əmin-amanlıqda yaşamasıüçün öz canını fəda edən və fəda etməyə hazır olan Azərbaycan polisinin!


TƏQVİM / ARXİV