adalet.az header logo
  • Bakı 13°C

AQİL ABBAS: YETİMİN PAPAĞINI QAYTARIB VERƏSİ OLMADILAR

AQİL ABBAS
43657 | 2019-09-12 10:00

Deməli belə. Yetimin papağını götürüb qaçırlar, sonra qaytarıb verib sevindirirlər.2006-cı ildə yetimin papağını götürübqaçdılar. Neçə ildi yetim gözləyirki, papağını qaytarıb verəcəklər, o da sevinəcək.

Nəhayət, bu günlərdə başnazirin müavini hörmətli Əli Əhmədov, eləcə də YAP-ın icra katibininmüavini və Parlamentin komitə sədrihörmətli Siyavuş Novruzov açıqlama verdilərki, yetimin papağını qaytarıb verəcəklər. Yetimlər də sevindiklərindənatılıb-düşürdülər. Amma bu sevinc uzun sürmədi.Məlum oldu ki, yetimin papağını qaytarıbverməyəcəklər.

Yəqin ki, söhbətin «uşaq pulu»ndangetdiyini tutdunuz. Deyirlər ki, kasıbəliaçıq olur. Amma varlandıqca tək kasıbyox, kim olur-olsun əli bərkiyir, daha çox varlanmaq istəyir. Varlanır, varlanır, daha sonda…

Görkəmli yazıçı İsi Məlikzadənin «Quyu» povestində belə bir yer var. Yazır ki, Allaha bir adam lazım olur, xoşniyyətli. Əlini atıb yerdənbirini götürür, qaldırır göyə. O, qalxdıqca camaat da deyir ki, kişi gör haralara qalxıb. Köks ötürürlərvə sair və ilaxır.

Allah həmin adamı qaldırır, qaldırır, çatdırırözünə, çevirib bir sifətinə baxır, görüristədiyi adam deyil, qaytarıb çırpır yerə.

… Necə ki indi qaytarıb çırpırlaryerə. Və elə o çırpınanlar haqda da hörmətli SiyavuşNovruzov çox ciddi ittihamlar irəli sürüb. Artıqbu ittihamları araşdırmaq hüquq-mühafizə orqanlarının işidi.Təbii ki gücləri çatsa.

… Qayıdaq öz «uşaqpulu»muza. XX əsrin axırı XXI əsrin əvvəllərində Azərbaycanın indiki kimi qüdrətli bir iqtisadiyyatı yox idi, yavaş-yavaş özünü tuturdu. Və indi hər bir baxımdan – istərsə iqtisadi,istərsə hərbi, istərsə də siyasi cəhətdənqüdrətli bir dövlətə çevrilib. Dünyada söz sahibinəçevrilib. Büdcəmiz 25 milyard manataqədərdi. Neft Fondunda 40 milyarddollardan artıq pulumuz var.

Necə olur ki, Azərbaycan«kasıb» vaxtında «uşaq pulu» verə bilirdi, indimilyarder vaxtında «uşaq pulu» vermək problemə çevrilib?

Doğrudanmı dövlət də insan kimi varlandıqca xəsisləşir?

Hər halda inanıram ki, Dövlətbaba bu məsələyə bir əl gəzdirəcək.

P.S. Hardasa oxudum ki, Qazaxıstanda «uşaq pulu» uşaq başına bizim pulla 200 manatdı. Gərək ki, Qazaxıstanda yaşayan, amma özü Qazaxıstan vətəndaşı olmayandörd uşaq anası sosial şəbəkədə beləbir status paylaşmışdı.


TƏQVİM / ARXİV