adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Ayder yaylasının laylası - Eminquey yazır

EMİNQUEY AKİF
60703 | 2019-09-12 14:22

Yollar biziAyder yaylasına aparır. Trabzonun Rizeilçəsi sayılır bura. Addımbaşı kiçik şəlalər,körpülər bizi darıxmağa qoymur. Adətən, yollar adamın gözünü yorur, amma Ayderəgedən yollara elə hey baxmaq istəyirsən. Batumidəki otel narazılığımızdan sonrabələdçilər bizə elə bir şad xəbər veriblər ki, Ayderə çatmağı səbrsizliklə gözləyirik.

- Batumidəki oteli unudun. Rəhbərliyin sizə hədiyyəsivar.

Hamınınüzündə maraq toxumları cürərir.

- Trabzonda iki gün qalacaqdıq, amma rəhbərlik qərarverdi ki, bu iki gündən birini Ayder yaylasında lüks otellərin birində gecələyəsiniz.

Avtobusda sevincçığırtıları yerini alqışa verir.


Ayderyaylasına çatanda göyün üzü tutqun olsa da, hava meyxoş idi. Lüks otelsürprizini yeməkdəki ət kimi axıra saxlamaq qərarına gəldik. Əvvəlcə buralarıyaxşıca gəzmək lazımdır. Ayderin girişindən sonra yol ancaq üzü yuxarıdır. Təpələrəsöykənmiş taxta evlər, yaşılın hər tonunu özündə birləşdirən meşələr adamın gözyorğunluğunu çıxarır. Ayaq saxlayırıq. Sağ yol dərəyə və dağa açılır. Elə bu səkinin böyründəcə ölüb qalasan. Kanatlaadamlara o yana gedir, bu yana gedir. Uzaqdan görünən mənzərə isə möhtəşəmdir.İki dağın arasından üzü aşağı su tökülür, qurtaracağında isə şəlalə yaranır. Şəlaləninadı "Gelin tülü”dür. Şəkil çəkdirəndən sonra yola davam edirik.


O qədərdoğmalıq var ki burada. Ayder yaylası deyil e, Ayder laylasıdır. Özü də Trabzon havası üstündə. Dilini bilirik, adətlərini bilirik, gürcülər kimisoyuqluqları ilə adamı özlərindən uzaqlaşdırmırlar. Öz evimizdəki kimi rahatcagəzirik. Düzdür, azmaq qeyri-mümkündür, amma lap azsan belə türklərin içindəyik.Nədən qorxacağıq ki?! Almağa nəsə tapacağımız ümidilə addımbaşı dükanlardadayanırıq. Mənsə, türk qazosunun marağındayam. Qarşıma çıxan ilk dükandaca birşüşə qazos alıram. Satıcı qız soruşur:

- Açiyimmi?

- Bi zahmet!

Deyərdim ki,qazosa "semiçka” qədər alüdə olmaq olar. Ki, türklərin ən sevimli içkisidirqazos. Hündür bir yamac var. İnsanlar teatra baxarmış kimi üzü yuxarı qrup-qrupəyləşiblər otların üstündə. Türklər demiş, kalabalıkdır, amma səs-küy o qədər dəçox deyil. Yəni baş ağrıtmır. Düz yamacın dibində balaca bir minibüs dayanıb.Damında da xeyli velosiped. Yalçın doktora, Rəhim dayıya, Həsənə də gəzə-gəzədemişdim ki, velosiped görsəniz, dayanaq. Bu dik yolları, ümumiyyətlə buranıayaqla gəzmək bizi xeyli yoracaq. Elə velosipedləri görən də özüm oldum.Dostlar bir işarəmə dayandılar. Türkcə yaxşı bildiyim üçün məni qabağa verdilər.

- Selam, kardeşim.

- Selam.

- Bisikletleri kaç liraya kiralaya biliriz? Bizedört bisiklet lazım.

- Efendim, biz tek-tek bisiklet veremeyiz size.

- Niçin?

- Çünki biz bisiklet turu yapıyoruz. Üç çeşitturumuz var. Birincisi 5 kilometrelik turdur. Fiyatı 50 lirədir. 1 buçuk saatekadar çeker.

Oğlan böyükturları məsləhət görmür. Çünki havanı və günün qısalığını nəzərə almaq lazımdı.Çatdıra bilmərik.

- Bu minibüsle olduğumuz 1200 metrelik hündürlükdən2400 metreye kadar çıkacağız. Oradan bisikletlerle aşağı doğru bisikletlerleineceyiz.

- Yollar çokmu dik?

- Hayır, efendim. Çok yok, ama bir az. Korkmayın,arkadaşımız sizinle olucak. Bense sizi minibüsle arkadan kollayacağum.

- Kamera falan varmı?

- Adeta kamerayla kayda alıyoruz turu, ama şimdiyanımızda yok. Onun için "İphone”la kayda alırız ve size yollarız. İstediyinizyerde dura bilir, fotoğraf çektire bilirsiniz.

- Yollar nasıl? Asfaltmıdır, toprakmıdır?

- Betondur, efendim. Hiç korkmayın.


Oğlanın ləhcəsibir o qədər də Trabzonlu ləhcəsinə oxşamırdı. Amma arada hiss olunurdu. Rəhimdayıdan, doktordan, Həsəndən "nə deyirsiz, gedək?” deyə soruşdum. Bir az qərarsızidilər. Açığı oğlanın telefonda bizəgöstərdiyi yolları görüb mən də bir az qorxmuşdum, ürək eləmirdim. Nəhayət ki,cəsarət tapdıq özümüzdə. Oğlana yaxınlaşıb razı olduğumuzu dedik. Minibüsəminib yola düzəldik.

- Kardeşim, ismin ne?

- Emre.

Turun rəhbərininadı Emre imiş. Kiprikləri qəhvəyi, saçı sarı-qəhvəyi qarışığı, arıq, üzündənpozitivliklə yanaşı bir az da çoxbilmişlik yağan Emre bizi 2400 metr hündürlüyəaparır.

ArabirEmreyle dialoqa giririk. O soruşur:

- Azerbaycandanmı geldiniz?

Məmnuniyyətlə"evet” deyirik.

Emre "Ammaşu arkadaş hiç belli etmiyor” deyib məni işarə edir. Doktorsa elə öz ləhcəsində"o türkcax bilir da, ona görə” deyib gülür.

DoktorYalçın Həsənə həm yolu, həm də bizi çəkməyi tapşırır. Arada Həsənin telefonunabaxıb gah gülümsəyir, gah barmağımızla "əla” işarəsi göstəririk. Yollarıqalxdıqca ürəyim titrəməyə başlayır. Bu hündürlükdən kim düşəcək aşağı? – deyədoktora deyirəm. Özü də dəqiqəbaşı. O da mənə "qorxma, hammız bir yerdə olacuxda” deyib təsəlli verir. Axırda bezib çox danışmaqla bağlı bir lətifə dədanışır.

Bir şəkilidənoğlu soruşur:

-Ata, dilimizə nəykün ana dili deyirlər?

-A bala, görmürsən evdə ən kox danışan kimdi?


Çatdıq...

Havaçiskinli və dumanlıdır. Emre deyir:

- Kendinize kask, eldiven seçin ve giyin.

Avtobusdandüşəndə artıq Emregil velosipedləri hazır vəziyyətə gətirmişdi.

- Hadi, siz Yusufla gidin. O sizle olucak.

Dostlardandoktor, Rəhim dayı, Həsən rahatca yolu düşməyə başlasalar da, mənim dayandığımıgörüb onlar da dayandılar. Yolun üzü aşağılığı, sağ tərəfin açıq olması və dərələrməni qorxutdu. Rəhim dayı nə olduğunu soruşanda qorxduğumu dedim.

- Rəngin də ağarıp, ay Emin. Niyə qorxursan? Guyabiz sürə bilirik ki?

- Nə bilim. Qorxuram. Siz düşün yavaş-yavaş. Mənyolu rahat bilən kimi sizə qoşulacam.

Beləcə 5kilometrlik yolun 1 kilometrini velosiped məni yox, mən velosipedi daşıdım.Arabir arxamca mənə ayaq uyduran minibüsü sürən Emreden "özür dilerim, umarımbir problem yok” deyə soruşuram, o da "yok, o ne söz” deyə gülümsəyir.

Ayağımınkökü ağrıyır velosiperdi daşımaqdan, amma bu qədər pul vermişəm, bacaracam. Heçvelosiped sürməsəm belə buranın mənzərəsi o qədər gözəldir, havası o qədər təmizdirki, heç ruhum da inciməz.

Nəhayət ki,Emrenin de, elə dostların da dəstəyindən sonra özümdə güc tapdım. Emre mənə təklifetdi ki, mənə bir az da balaca velosiped versin. Bu lap mənim ürəyimdən oldu.Balaca velosipedi götürən kimi qoşuldum dostlara. Yol betondur, hava çiskinli.İstər-istəməz əyləci sıxan kimi sürüşürsən. Ona görə də maksimum dərəcədəehtiyatlı olmalı, velosipedlə qız kimi davranmalısan. Döngələr çox sərtdir,döngələrə çatanda hamı sürəti azaldır, hətta o qədər sərtdir ki, bəzəndayanırıq da.

İnsanlar əllərindəkifürsətdən necə gözəl istifadə ediblər. Hamı çörək qazanır buradan. 1944-cü ildəMilli park adı alan Ayder yaylası, 1987-ci ildə artıq turizm bölgəsi olaraqtanınmağa başlayıb.

Çiskinliyağış kaskımın üstündən damcı-damcı burnumun üstünə düşür. Rəhim dayınındediyinə görə burnum bir az qızarıb da. Yolun solu ilə maşınlar gələn kimi hamımızsağa çəkilirik, sonra yenə yola səpələnirik. Bir də gördüm ki, məndən bir xeyliqabaqda əllərini velosipeddən çəkib sürətlə aşağı düşən Yusuf şappıltı ilə yerədəydi. Biz ona çatanda artıq ayağa qalxmışdı. Elə bil ki belə bir şey olmayıb.

Bu da son!Bizdən başqa heç kimin gəlmədiyi, görmədiyi yerləri görüb hamının olduğu yerəçatdıq. Hava yumşaldı, yağış kəsdi. Emre Həsənə çəkdikləri videoları, şəkillərigöndərəndən sonra kasklarımızı, əlcəklərimizi çıxarıb Emreyle sağollaşırıq.

İçimizdə məmnunluqvə bir az da hamıdan üstünlük hissi var. Çünki biz heç kimin çıxmadığı, getmədiyiyerləri görüb qayıtmışıq. Onlarsa elə buralarda o dükan sənin, bu dükan mənimdeyib gəzişirlər. Qərara gəldik ki, artıq otelimizi görək. Bilək ki, bu sürpriznə olan şeydi. Üzdən görmüşdük, çox gözəl bir yerdə yerləşirdi. Otelə çatdıq.Resepşna yaxınlaşıb otaqlarımızın açarları alırıq, nömrələrini öyrənirik.Liftin olduğunu görüb sevinirik. Qalxırıq üçüncü mərtəbəyə. Həsənlə otağaçatırıq, qapını açıb otağı görən kimi şoka düşürük. Həsən gözlərini bərəldib mənəçevrilir:

- Bura nədi belə? Biz hara düşmüşük?

Mənsə gülümsünürəm.

- Hə, bu lap ağ oldu. Tura verdiyimiz pula görə bulap çox oldu.

Hamam-tualetinqapısını, şkafları, daxılları açıb baxırıq. Hər şey əladır. Mini barı görüb tezqapısını açırıq. Soyuq içkilər, bir-iki keks... Tez qazosları aşırdırıq. Həsənləbir-birimizə qımışıb özümüzü atırıq çarpayıya. İlahi, elə bil buludların üstündəyik.Evdəki dəmir-dümür çarpayım yadıma düşən kimi başımı silkələyib fikrimdənuzaqlaşdırıram.

- Həsən, başımızın üstündə gur işıq var, gərəkhaqçuna danışasan, dedikləri qədər varmış.

- Hə, düz deyirsən, Emin.

- Adə, indi necə eləyək? Çöldəki gözəlliyi görməyəçıxaq, yoxsa bu rahat çarpayıda uzanıb qalaq? Nə burdan doyulmaz, nə də ordan.

- Yox e, onsuz da gecəni doyunca yatacıq. Çıxaq, şəkililəritapaq. Onsuz da bələdçilər biz sərbəst buraxıblar.

- Onda sən gözlə, mən şəkililərin otağına başvurum.

Şəkililərinotağı bizimkindən də böyükdür. Üç nəfərlikdir. Rəhim dayıylaYalçın doktor məni Şəki halvası və bamiyəylə çaya qonaq edirlər. Həsənə "aşağıdüş” deyə yazıram. Biz aşağı düşəndə tur yoldaşlarımızın çoxusu orada idi.Hamının da üzündə sevinc, məmnunluq. Bir-birimizə oteli tərifləyirik. Söhbətmini bardan düşəndə qazosları aşırtdığımı deyirik. Doktor deyir:

- Xəbərouz var?

- Nədən?

- Mini bardakı içkilərin pulunu 3 qatına alacaqlarsizdən...

Vəssalam da.Gəldik zurnanın züüüy dediyi yerə.

Sən demə, qaldığımız otelin bir gecəlik qiyməti 600 manatdan başlayırmış.



Ardı gələn sayımızda...


TƏQVİM / ARXİV