adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ŞUŞANIN HİMNİ

FƏRİDƏ RƏHİMLİ
48401 | 2013-05-11 00:23

ErmənilərŞuşanın himnini də səsləndirdilər... Buhəyasızlığı da etdilər... Musiqimizdən, ədəbiyyatımızdan, məişətimizdən,incəsənətimizdən, milli oyunlarımızdan tutmuş, torpaqlarımıza qədər bizdənoğurladıqları, bizə aid olan hər şeyə yiyələnmək fikri qanına, iliyinə işləmişbu azğınlar bunu da etdilər...

1984 - cüildə orta məktəbin buraxılış imtahanlarından əvvəl bütün sinif uşaqları vəmüəllimlərimiz Şuşaya - İsa bulağınaistirahətə getmişdik. Doğulduğum yerlə Şuşa arasında məsafə çox olmasa da,oraya səfərim birinci dəfə idi.

Şuşanındolamalarından qalxıb, şəhərə girəndənsanki bir sehrli aləmə düşmüşdüm. Qədim abidələri insanı düşüncələrin qoynundakeçmişə götürürdü. Ciyər dolusu udmaqistədiyim havası insana özünün də anlamadığı bir rahatlıq gətirirdi. Xüsusifərqli havası, əsrarəngiz təbiəti,suyunun dadı, otların, yarpaqların ətri (hələ çiçəkləri demirəm!), meşədəgiləmeyvələrin təbiiliyi və bolluğu, bir sözlə Vətənini sevən bir gənc üçünbütün bunlar bir möcüzə, bir sehr, bir fəxr, sevinc idi. İndiyə qədər tərifinieşitdiyim bu sehrli aləmə girmədiyim üçün özümü qınadım da. Və buraya tez- tezgələcəyimə özümə söz verdim.

Sonra aliməktəb həvəsi, mürəkkəb şəhər həyatı, ailə və 1988 - ci ildən başlayan ermənixislətinin açıq şəkildə üzə çıxması...

Sözümə əməl edə bilmədim. Amma hey yuxumagirdi Şuşa... Hey gənclik illərimə, orta məktəb həyatıma, sevimlimüəllimlərimlə rəsmiyyətdən uzaq keçirdiyim o xoş ana qayıtdım. Və bütünbunların özülündə həmişə Şuşa vardı...

Nazlı qızabənzədirlər, nazənin gözəl deyirlər, konservatoriya adlandırırlar, alınmazqalaya bənzədirlər Şuşanı. Amma mənim xatirimdə qalan Şuşa qədimliyi ilə,havası, suyu, təbiətiylə bir sirr idi. Hər daşının altından bir əfsanəçıxacaqmış kimi ehtiyatla yanaşılmalı bir qədim abidə idi. Bu sehrli aləmi ilə,bu qədimliyi ilə çox doğma idi mənə Şuşa. Sanki çox sevdiyin bir insana olanyaxınlıqdı bu! Və bu insanı sənin əlindən zorla alıblar. Ona edilənişgəncələri, təcavüzü görə - görə əli-qolu bağlı baxa-baxa qalmısan... Buinsanın sənin köməyinə ehtiyacı olduğunu bilə - bilə, kənardan ah - uf etməkləseyrçi vəziyyətdəsən. Çox şey edə biləcəyin halda heç nə edə bilmirsən. Səninnemət saydığın buz bulaqların başında murdar erməni donuz kababı yeyir. Səninçəmənində dərdiyin gülləri erməni haxçikləri tapdalayır. Sənin meşəsindəsığalladığın ağacın yarpaqlarını qoyunotaran erməni dığası əlindəki çomaqla öz malıymış kimi döyəcləyir. Üstündəaddımlayarkən öz keçmişimizə gedib -gəldiyimiz Qırxpilləkən onlarçün mənasız oylağa çevrilib. Vaxtilə Cıdır düzündəat oynadan igidlərimizin ağlar ruhlarının gözü önündə erməni dığaları gəzişir.Və malik olduqları bu göydəndüşmə nemətdən ilhamlanan azğınlar hərtərəflimənimsədikləri bu yurda himn də qoşublar...

Şuşa himni! Bizim qoruya bilmədiyimiz Şuşanınhimni. Biz yaza bilmədiyimiz, qoşa bilmədiyimiz himni!

İlk dəfə eşidəndə əzizi ölmüş kimi hönkür-hönkür ağlamaqdan başqa çarəm qalmadı. Düşmənin bu həyasızlığına nifrətdən,özümün köməksizliyimdən, çarəsizliyimdən ürəyim partlamaq istədi. Biz Bakıda "Şuşa", "Xanbağı", "Cıdır düzü", "Xan qızı", "İsabulağı" və sair kimi restoranlar açarkən, düşmən Şuşanı özününküləşdirib,həyasızcasına ona himn də qoşur. Ona görə də zaman - zaman başqalarına peşkəşetdiyimiz torpaqlarımıza ayrı-ayrılıqda himn yazsalar, təəccüblənməyək gərək!Çünki Təbriz, Zəngəzur, Dağıstan, Göyçə himnimiz çoxdan çalınıb. Növbədə ürəyimizi parçalayacaq daha hansıhimnlər durur?..

Erməninintürklə üz - üzə, baş - başa gəlməsinin gülünc olduğu hər zaman ortada olub.Amma həmişə hiyləgərliklə, qoltuqaltı olmaqla, yaltaqlıqla, qul, köləxislətiylə öz istəklərinə çatan erməniləri durdurmağın bircə yolu qalır - hərbirimizin içində çalınacaq qeyrət himninin səslənməsi!

Mən Mübarizİbrahimovu, bu himni dinləyərkən daha yaxşı anladım! Bu həyasızlıqlara dözmədiqardaşımız. Qeyrəti, vicdanı yol vermədi bu azğınlığın baş alıb getməsinə. Ohimni dinlərkən mənə əziz olan, üstündə əsdiyim, məni bu həyata bağlayan hərşeyin üstündən qələm çəkib, bütün nifrətimlə düşmən üstünə getməyə hazır idim!Səbr kasamız daşıb, bıçaq sümüyə dirənib.Çox yox, bir neçə oğlumuz Mübariz qeyrətdə, Mübariz ruhda, Mübariz qətiyyətdəolsa, erməni bu himni çala bilməz! Onların nəinki himnini, hətta səslərini dəömürlük susdurmağa qadir oğullarımız ola - ola, nəyi gözləyirik ki? Dünyabirlikləri ilə hesablaşmaq, "ağsaqqalların" məsləhəti, məşvərətinidinləməyin, əməl etməyin illərdir bizi axmaq yerinə qoymaqdan başqa bir şeyolmadığı açıq - aşkar ortadadır.

Şuşadabircə himn səslənməlidir - Azərbaycan bayrağı altında!

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV