adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Aqil ABBAS: URRAA! ERMƏNİLƏR BAKIYA GƏLİR

AQİL ABBAS
68597 | 2019-11-04 09:07

Millət Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı açılansərgilərin, yazılan esselərin sevincinitam yaşamamış, bir-birlərini bu əlamətdar gün münasibətilə təbrik eləməmiş ikincibir şad xəbər aldı. Ay dostlar,belə şad xəbərlərinarasında məsafə qoyunda, millət şoka düşər, sevincdən ürəyi partlayar, bəs onda bu nöyütü kim çıxarar?

Dostumuz, əzizimizRusiyanın xarici işlər naziriSerqey Lavrov bəyan etdi ki, tezliklə Ermənistan jurnalistlərinin Bakıya , bizim qələm əhlinində İrəvana dostluq və qardaşlıq səfərləri olacaq.

Hörmətli Elmar Məmmədyarov Vaşinqtonda erməni həmkarı və ATƏT-in həmsədrləri iləgörüşdən sonra dedi ki, danışıqlar çoxkooperativ, üzr istəyirəm ey,kooperativ yox, ona nə təhər deyirlər, hə, tapdım, kreativ alındı. Vəbelə qərara gəlindi ki, Ermənistan jurnalistlərinin Bakıya, bizim jurnalistlərimizin İrəvana səfərləritəşkil ediləcək. Nəhayət, Elmarmüəllim ATƏT-in uzun müddətlimənasız missiyasından milləti sevindirəcəkbir xəbər verə bildi.

Mən də təklif etdim ki, yaxşıolar ki, bizim Xarici İşlər Nazirliyi ilə ErmənistanınXarici İşlər Nazirliyiarasında futbol üzrəyoldaşlıq görüşləri keçirilsin. Bu daha böyük əks-səda verər. Necəki Türkiyə ilə Ermənistan arasında beləgözəl futbol görüşü keçirildi. HəttaAbdulla Gül Serj Sərkisyanı evinə dəvət elədi, xanımı da Ermənistan prezidenti üçün plov dəmlədi.

Düzdür,bir az dilxorçuluq oldu, bizim bayraqları Bursadastadiona buraxmayıb zibilliyəatdılar, eybi yox, əsas odu ki, qardaş Türkiyə ilə Hayastan arasında münasibətlər bir az sıcaqlaşdı.

Bəli, ermənilər Bakıya gəlir. YadımaVəzirovun Azadlıq meydanındadediyi sözlər düşdü: «Muştuluğumu verin,ermənilər Bakıya qayıdır».

Deyirəm görən jurnalistlər Bakıya gələndə AzərbaycanSSR-nin xalq artisti Nauri Allahverdiyanı da özləri ilə gətirərlərmi? Darıxmışıq, gözəl xanımıydı,vid-fasonu, Bisütun dağı kimi bədən quruluşu.

O vaxt Qarabağda bir erməni müğənnidə vardı Anahit. Onun səsiNaurinin səsindən də gözəl idi, ammaona heç bir ad vermədilər. Çünki vid-fasonuvə bədən quruluşu nəinki xalq artistliyinə, heç əməkdarartistliyə də düşmürdü. Bilmirəm,durur, yoxsa yox, Qarabağın Qarabağ vaxtıbizim Vasif Quliyevindostuydu. Hərdən İsa bulağınagətirdib oxudurdu.

Nauri gəlsə BakıdaZaradan da möhtəşəm bir konsert verə bilər. Gərək ki, gələnil də80 illik yubileyidi.

Erməni jurnalistləriNaurisiz gəlsə, inciyəcəm.

Amma bilmirəmonu Azərbaycan SSR xalqartistliyindən məhrum ediblər, yoxsayox.

P.S. Amma Dillər Universitetinin rektoru, yazıçı dostumuz Kamal Abdulladan incimişik. ProfessorRusiya səfirliyinin Primakovlabağlı etdiyi təklifə nəinki rədd cavabı verib, hətta universitet yetkilisi cavab məktubunda Primakovuyıxıb-sürüyüb.

Bax, bu yaxşı olmadı!

Darıxanlar üçün Naurininşəklini dərc edirik.

Bir vaxtların Kim Kardaşyanıidi.


TƏQVİM / ARXİV