adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Mirzə Şəfi Vazeh Avropanı yenidən fəth etdi

ETİBAR CƏBRAYILOĞLU
60014 | 2019-11-08 17:16

BerlininHumboldt Universitetində görkəmli Azərbaycan şairinin "Xalq Əmanəti” layihəsi çərçivəsindəişıq üzü görən "Bütün əsərləri” təqdim olundu

Müəllimiona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsiniverdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərəkAvropada tanıtdı. Söhbət görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onunalman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.

Xalq Bankın, "Q Gallery Berlin”nin və AzərbaycanınAlmaniyadakı səfirliyinin birgə ərsəyə gətirdiyi , dünyanın ən nüfuzlu təhsilocaqlarından biri – Humboldt Universitetində keçirilən konfrans "Xalq Əmanəti”layihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin "Bütün əsərləri”ninelmi ictimaiyyətə təqdimatına həsr edilmişdi.

HumboldtUniversitetinin professoru, tarixçi alim Eva Maria Aux çıxışındaMirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından söhbət açdı.Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, üç dildə dərcolunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onunoxucularına qiymətli hədiyyə kimi təqdim etdi. Universitetin əsasən şərq ölkələriistiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun,həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi:"Mənim fikrimcə bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimiyadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsininnövbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətindəgörürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfəalman dilində çap olunması faktnıın özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycanıntanınmış dilçi alimlərindən biri, professor Fəxrəddin Veysəlli isə özçıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarınıizah etdi. Vazeh yaradıcılığının Azərbaycan-alman mədəniyyətləri arasındauğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fonBodenştedtin də rolunu xüsusi qeyd etdi. Yeri gəlmişkən, tədbir boyu bu fikirlərialman alimləri də dəfələrlə vurğuladılar.




Almaniyanınnüfuzlu tarixçi alimlərindən sayılan professor Udo Ştaynbaxın çıxışı damaraqla qarşılandı: "Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə almandilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, AlmaniyadaVazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədərtanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun həriki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları yoxdur.Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqdayardımçı olacaq”.

Şübhəsizki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimathəm də ədəbi-bədii müstəvidə də olmalı idi. Təşkilatçılar da bunu gözəlbilirdilər və həmin hissəni Berlin "Q Gallery Berlin” incəsənət mərkəzindəqonaqlara təqdim elədilər. "Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimovkitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsiolaraq ərsəyə gəlməsi barədə məlumat verdi. Layihə rəhbəri ədibin 225 illiyinətəsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəkiişlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim elədi. Mirzə Şəfi Vazehyaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya vəmusiqinin idi. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərləriniAzərbaycan və alman dillərində səsləndirdilər. Vazeh poeziyasını özündə əksetdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.


KristianaFoqt, aktrisa: "Maraqlıdır ki, Vazehin şeirləri mənə Hötenixatırlatdı. Ona görə də sirli şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə vəasanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxınolacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki,bu mənim üçün gözlənilməz oldu".

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda Xalq Bankın "Xalq Əmanətilayihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.



TƏQVİM / ARXİV