adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Nədi ayə yenə üsyanları İranlıların - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
63853 | 2019-11-20 09:49

İranın bütün iyirminci əsr tarixi çevrilişlər,inqilablar və iğtişaşlar tarixindən başqa bir şey deyil. Yüz il ərzində ölkədəsiyasi idarəçilik sisteminin, demək olar ki, bütün variantları tətbiq olunub,sınaqdan çıxarılıb və son nəticədə hamısı iflasa uğrayıb. Adına məşrutə deyilənkonstitusiya inqilabı, dünyada ən qədim və uzunömürlü monarxiyalardan birinidevirmək cəhdi, həmin monarxiyanın daxilində sülalə dəyişikliyi, sonuncu sülaləninhər iki başçısının acı taleyi, xarici dəstəklə qurulan müstəqil dövlət və onunvur-tut bir ildən sonra qan içində boğulması, milli burjuaziyanın Qərbkapitalına qarşı səlib yürüşü və nəhayət, qələbə ilə bitən İslam inqilabı. Onmilyonlarla insanın iştirak etdiyi bu sonuncu inqilabı nəticələrinə, yəni ölkənininkişafa, xalqın azadlıq və rifaha qovuşmasına görə olmasa da, kütləviliyinəgörə dünyanın ən möhtəşəm inqilabı adlandırmaq olar.

Tarix boyu bütün müharibələr dövlətlərin öz siyasi təsirdairəsini genişləndirmək iştahlarından, inqilablar isə xalqın və onun ayrı-ayrızümrələrinin sosial-siyasi və mənəvi instinktlərinin total şəkildə tapdalanmasıucbatından baş verib.

Hələ XX əsrin astanasında İran cəmiyyətini bürüyən vətarixə "Tənbəki üsyanı” kimi düşmüş məşhurhərəkatın kökündə də bu amil dayanırdı. Nəsrəddin şahın ölkədə tütününalınması, emalı və satışı hüququnu tam olaraq ingilislərin ixtiyarına verməsi,ingilislərin öz Şərq müstəmləkələrində yaşayan ac-yalavac təbəələrini ucuz işçiqüvvəsi kimi İrana gətirərək həmin sahələrdə işlətməsi və üstəlik, qiymət məsələsindəinhisarçı siyasəti tütünü yetişdirən kəndlilərlə onun alqı-satqısı ilə məşğulolan tacirlərin maraqlarını birləşdirdi, onların səbr kasasını daşdırdı və ölkənisosial-siyasi təlatümlər bürüdü. 1891-ci ildə ilk dəfə Təbrizdə başlayan vəsilahlı qarşıdurma müstəvisinə keçən bu hərəkat qısa müddətdə bütün ölkənibürüdü və şah geri çəkilməyə məcbur olaraq ingilislərlə bağladığı müqaviləni ləğvetdi.

Çoxmillətli ölkələrdəinqilablar həm də ona görə təhlükəlidir ki, istər-istəməz milli-azadlıq hərəkatıideyasını gündəmə gətirir. Milli qüvvələr əvvəlcə öz niyyətlərini açıq bildirməsələrdə, hadisələr qızışdıqca, rejimin çökəcəyi yəqinləşdikcə ürəyindəkiləri dahaaçıq dilə gətirməyə başlayırlar. Demokratiya ilə, islahatlarla bağl şüarlarıyavaş-yavaş müstəqillik şüarları əvəzləyir. Ötən əsrin əvvəllərində vəaxırlarında Rusiyada da hadisələr bu senariylə getmişdi. Elə İranın özündə dəyuxarıda sadaladığımız siyasi proseslər vaxtı milli qüvvələr həmişə bu fürsətigözləyib, imkan düşəndə bu şüarları səsləndirib, hətta bir neçə əlverişli məqamdaonu gerçəkləşdirməyə də nail olublar.

Hətta sonuncu İslaminqilabında da bundan qaçmaq mümkün olmadı. Dövlət idarəçiliyi institutlarınınyaranması üstündə inqilabın lideri olan ayətullah Xomeyniylə xalq arasındaondan heç də az nüfuza malik olmayan ayətullah Şəriətmədari arasında yarananziddiyyət milliyyətcə türk olan (müstəqil Azərbaycandan fərqli olaraq müstəmləkəAzərbaycanında bu milləti öz adıyla çağırırlar) sonuncunun Təbrizə qaçması vəorada az da olsa milli çalar almış müqavimət hərəkatı yaratmağa cəhd göstərməsiylənəticələnmişdi. Yəni, çoxmillətçi olsa da, demək olar ki, birümmətçi İranda beləbüsbütün dinin və mövhumatın gücünə qalib gəlmiş bir inqilabın gedişində də milli faktor qismən dəolsa gündəmə gəlmişdi.

İndi İran yenidənçalxalanmağa başlayıb. Səbəb benzinin qiymətinin birdən-birə təxminən üç dəfəartırılmasıyla bağlıdır. Tarixdəki bütün inqilabların, siyasi çaxnaşmaların,sosial etirazların hərəsi bir səbəbdən, bəzən ciddi, bəzən ən adi və banal səbəblərdənbaşlayır. Əslində, bunlar səbəb yox, bəhanədir, sadəcə qığılcım rolunu oynayır.Səbəb həmişə və hər yerdə eyni olur: yuxarıda dediyimiz kimi cəmiyyətin bütünsosial-siyasi və mənəvi instinktlərinin tapdalanması. Sadə dildə desək,insanların dolanışıq qayğıları, onların hər bir hərəkətinin, davranışının nəzarətaltına alınması, sərt qaydalara tabe etdirilməsi və bundan doğan ümidsizlik. Buovqat fərdlərdə depressiya yaradır, cəmiyyətin əksər kəsimini bürüyəndəsəpartlayışa çevrilir.

Bizdə formalaşmış yanlıştəsəvvürlərə rəğmən İran cəmiyyəti heç də geridə qalmış cəmiyyət deyil, əksinə,ictimai şüurun səviyyəsi baxımından bəlkə də müsəlman Şərqinin ən yetkin ölkəsidir.Buna baxmayaraq bu ölkədəki bütün sosial-siyasi etirazlar elə başlayan andanböyük kataklizmlərlə müşayət olunur. Söhbət dava-şavadan, hətta kimlərinsəbaş-gözünün dağılmasından getmir, söhbət ölkənin bir anın içində əsl qançanağına çevrilməsindən, hər xəbərin ölüm-itim faktlarına bələnməsindən gedir.Heç sonuncu hadisələr də istisna olmadı. Etirazlar haqqında yayılan ilk xəbərlərinəsas yükü məhz ölənlər haqqında statiskalardan ibarət idi.

Rejimlər dəyişir, ammahakim elitanın bu cür situasiyalardakı davranışları dəyişmir. Monarx şahla,respublikaçı ruhanilər siyasi rəqiblərinə münasibətdə bir-birlərindən fərqlənmirlər.Bu, şərqin ümumi bəlasıdır. Hakim zümrə dinc etiraz aksiyalarına icazə vermir,versə də bu formada olan etirazları danzına belə almır. Məzlum zümrənin canıboğazına yığılır və ölümünü gözünün qabağına alaraq ən radikal etirazformalarına əl atır. Vurur, sındırır, yandırır… və öldürülür. Nə vaxtadək? Sonuolmalıdır, ya yox? Axı, sonuncu İran inqilabının birinci nəslinin nümayəndələrinin heç də hamısı bu fanidünyanı tərk etməyib və hazırda ölkənin başında duranların mühüm bir qismi eləhəmin inqilabı eləyənlərin özləridir. Və bu cür üsullarla əbədi olaraq qalib gəlməyinmümkün olmadığını kim bilməsə də onlar yaxşı bilirlər və ya bilməlidirlər. Odurki, 40 ildir ki, (bu müddət ərzində Musa peyğəmbər yəhudiləri kölədən xalqaçevirmişdi) öz xalqına düz-əməlli gün-güzəran gətirməyən bir inqilabın eksportukimi xülyalardan əl çəkmək və bir az da öz xalqına tərəf addım atmaq vaxtıdır.Axı, başı inqilab ixracatına qarışdığından öz xalqını unutmuş nəhəng bir dövlətinbir neçə ilin içində dağılıb yerlə-yeksan olması uzaq tarixi dövrün hadisəsideyil.



TƏQVİM / ARXİV