adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AQİL ABBAS: CÜMŞÜD NURİYEV ÜÇÜN ÇOX AYIB

AQİL ABBAS
60544 | 2019-11-29 09:58

Cümşüd müəllim Az.TV-dəkiçıxışı zamanı müharibənin ilk illərindəyaradılmış qadın batalyonunu aşağıladı, «əxlaqsızlar batalyonu» adlandırdı. Çox kişilər qaçıb gizlənəndə həmin qadınlar gecə-gündüz,qışın şaxtasında, yayın tülyanında səngər-səngərgəzir, əsgərlərimizə mənəvi güc verir, onların anası-bacısı olurdular, ərzaq,pal-paltar daşıyırdılar. Yeməklərinibişirirdilər, pal-paltarlarını yuyurdular.

Onlarla qadın əllərinə silah götürübdüşmənlə vuruşurdu, şəhid olurdu.Qaratel xanım kimi Milli Qəhrəman adına layiq görülürdü. Salatın Əsgərovakimi güllə qabağına gedirdi. Qarabağın Həcərikimi atəşkəsə qədər əsgər paltarını əynindən çıxarmırdı.

Tibb bacıları birbaşa döyüşmeydanında özlərini ölümə atıb yaralılarayardım edir, onları döyüş meydanından çıxarır, hətta lampa işığında əməliyyat aparır, yüzlərlə yaralını ölümdən xilas edirdilər.

Rada Abbasova BakıdaEksperimental xəstəxanasındakı gül kimiişini buraxıb gedib Ağdamda tibbbacısı kimi döyüşürdü.

Nə qədər desəniz belə misal çəkə bilərəm.

İsti ev-eşiklərini, balalarınıqoyub səngərlərə gedən xanımları «qadın batalyonu» adlandırıb təhqir edərəkaşağılamaq ayıbdan da ayıb bir şeydir, adı yoxdur.

Təəssüf edirəm.

Azərbaycan qadınları döyüşdəheç vaxt ərlərini, oğullarını təkqoymayıblar. Sabah, ya birigün döyüşlər onsuz da yenidən başlayacaq və yenə də Azərbaycan xanımları səngərdəərləri ilə, qardaşları ilə, oğulları ilə çiyin-çiyinə düşmənlə vuruşacaq.

Eşq olsun Azərbaycan xanımlarına!


TƏQVİM / ARXİV