adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Ümidi itən topluma loğmandan çarə olmaz... - Eminquey yazır

EMİNQUEY AKİF
65277 | 2019-12-11 08:04

Bizə çox yaxın olan türktoplumundakı dəyişiklikləri izləyirəm. Saytlarından, qəzetlərindən. Hər günsəhər saat 10-da ən aparıcı türk qəzetlərinin elektron versiyasını gözdənkeçirirəm. Adamın içi sızıldayır. Axı əvvəllər belə deyildi?

Hörmət var idi, sevgi var idi.

İnsanların çoxusu əxlaqlı,tərbiyəli, xeyirxah idilər.



                           Nəbadə mübahisəyə girişəsən. Qəza oldu? Dərhal uzaqlaş!

Emin Çölaşanın bir yazısında oxumuşdum.

"Kiçik bir yol qəzası baş vermişdi. İki maşınbir-birinə az-maz dəymişdi. Hər iki maşında da balaca bir cızıq. Sürücülərmaşından düşdülər, ağız-ağıza verdilər. Söyüş yox idi, təhqir yox idi, təhdidyox idi. Və adamlardan biri o birinə silah tuşladı.

Yollardayaşanan rəzilliklərə hər gün rast gələ bilərsiniz. Ən xırda bir qəzadasürücülər maşından düşüb bir-birilərinə girirlər, şillə sənin, təpik mənim.

Sürücülərinçoxusu da oturacağının altında sopa, ya da bıçaq saxlayırlar.

Yaxud da qəzabaş verir, sürücü maşından düşür və orada olan bir nəfər fürsətdən istifadəedib maşına girir, oğurluq edib aradan çıxır".

Millət acdır... Ortada milyonlarla işsiz insan var.

Çox hissəsi cinayətə əl atmağa məcbur qalır.

Universitet qurtarmış gənclər də iş axtarır, amma hanıiş? Bəziləri ofisiantlıq edir, bəziləri fəhləlik.

Toplumdahüzur yoxa çıxıb. Adamlar ümidlərini itiriblər.

Ona görə də hamı çarəni tilovu xarici ölkələrə atmaqdagörür.

İllərdir millətin beynini yuyurlar.

"Mənim məmurum işini yaxşı bilir!”.

"Vəziyyətdən necə çıxırsan, çıx!”

Din ticarəti elədilər, amma toplumun əxlaqi dəyərlərigünü-gündən pozulur, çürüyür və yox olmağa doğru gedir. Haqsızlıq və zülmartıb.

Təhsilsistemi çökdürüldü.

Bu səbəbdən də məmləkətdə bir sürü quldur, manyak,ruhi xəstə və başdanxarab ortaya çıxdı.

Bir hadisəbaş verir, məsələn bir cinayətkar tutulur. Əhali cinayətkarı günahlandırmaqdan,ona qarşı çıxmaqdan, dövlətə qarşı çıxır, onu günahkar bilir.

Niyə? Çünkiinsanlar dövlətə güvənmir.

                                                Necə oldu ki,bu vəziyyətə düşdü ölkə?

Son günlərdəgündəm olan qadın cinayətlərinə baxın!

Bu qədər ruhixəstə, manyak, bu qədər təcavüzkar boş-boşuna çıxdımı bazara?

Bəzitelekanallarda izləyirik.

Aparıcı qadınlarbəzi kasıb-kusub, təhsilsiz, cahil və məzlum ailələri ekranda bir küncə sıxıbşərə, böhtana qol qoymağa məcbur edir.

Kim kimdən uşaqpeydahlayıb, kim kimə necə təcavüz edib, uşağın atası kimdi, DNT testi nədeyir, hamısını bizə soxuşdururlar.

Adamlar evlilikproqramı adı altında göstərilən rəzilliklərə baxmaq məcburiyyətində qaldılar.

İndi eyniaparıcı qadınlar fərqli verilişlər aparırlar.

Yeməkproqramları və sairə.

Yüz minlərlədollar ödəyib xaricdən formatını aldıqları o verilişləri belə bir-birilərindənoğurlayırlar.

Mediya belə buhala qalandan sonra toplumun halını necə olduğunu düşünün!

Sonra ortayaaşpazlar, qurmanlar çıxdı. Bunlar hər gün ekranlarda və saytlarda camaatınönünə keçib ağız sulandıran yeməklərin necə hazırlandığını izah edir,nuşi-canlıqla yeyir, lüks restoranların reklamını edir... Lap belə ələ salarmışkimi...

Amma millətacdır...

Millətzibilliklərdən və bazar artıqlarından yemək yığır özünə. Və bunlar ağızsulandıran yeməkləri yeyib qarınlarını doyururlar.



                                            Siçana bənzəyən türk mediyası

Peyk antenilətürk kanallarına baxıram, təxminən 300-ə yaxın nə adda istəsəz kanal var. Bir dəgörürsən, bunun 200-ü eyni anda Kamal Sunalın filmlərini göstərir. Kinonunreklam vaxtı hardasa yarım saat çəkir, ancaq cinsi fəaliyyəti gücləndirən dərmanlarınreklamıdır. Ya bir qız, ya da bir oğlan bar-bar bağırır. Ki, "mikrofonun əlindəqalıb, ha oxumaq istəyirsən, səsin çıxmır?", elə isə bu dərmanı al, səsinaləmə yayılsın. Bütün dərmanların qiyməti də 49.99 tl, 89,99 tl.

Reklamdanbezib kanalı dəyişirsən. Görürsən ki, bayaq baxdığın film reklama çıxanda hardaqalmışdısa, bu kanalda o epizoddan davam edir. "Daha keçib, bu kanaldaqaldığım yerdən baxıram da" deyib şirin-şirin film ab-havasına girmişkən,laanq! Budur, bu dəfə bal reklamı gedir. Bildiyimiz arı məhsulu. Yenə ya birqız, ya da bir oğlan bar-bar bağırır. Ki, ey insanlar, bu bal təmiz hava udmuş,təzə çiçəklər görmüş arıların topladığı baldır. Açır bal bankasının ağzını,orta barmağını salır bankanın içinə, sonra da çıxarıb ağzına salıb yalamağabaşlayır. Bu dəfə də öz hərəkətləri ilə insanları cinsi aktivliyə meyilləndirir.

Beləcə, 200-əyaxın kanalda eyni ssenari davam edir.

100 kanaldan20- si bizim Mikayılın səhabələridir. Baxırsan ki, ortada nə mövzu var, nə məqsəd.Ağlamalı bir mahnı gedir, hamı öz kədər dünyasında atasını yenidən öldürür,anasını yenidən basdırır, qəmlənir. Və qəfil... "ranqada dinqo, danqadarinqo”. Adamlar gözü yaşlı-yaşlı başlayır oynamağa, şənlənməyə.

Hardasa 30-ayaxın kanal da dini kanallardır. Quran oxuyan kim, moizə oxuyan kim. Bukanalların reklam bazası da maraqlıdır. Bu dindarlar da öz aləmlərini inkişafetdiriblər. Yenə ya bir qız, ya da bir oğlan bar-bar bağırır. Ki, ey müsəlmanlar,sizə yeni səccadələrimizi təqdim edirik. Namaz qılmaq istəyirsiniz? Amma nə etməklazım olduğunu bilmirsiniz? Alın bu elektron cənamazı, sərin yerə. Cənamaz sizənə edəcəyiniz, hansı sözləri deyəcəyinizi başa salacaq. Beləcə, heç bir vərəqəbaxıb İxlası oxumayacaqsınız. Quranı ərəb dilində oxuya bilmirsiniz, alın bu qələmi,açın Quranı, sözlərin üzərində gəzdirin, bu qələm sizə ərəbcə yazılmış sözləritərcümə edəcək. Reklamdan sonra da hansısa saqqalı bığından uzun molla kafirləribudamağa davam edir. Bir də görürsən, hansısa kanalda Nihat Hatipoğlu yığıbkütləni qabağına, "peyğəmbəri, Əbu Bəkri, Öməri yuxuda görməyin” yollarınıöyrədir.

Xülasə, elə bil bütün bu kanalları bir adam idarə edir və ölkədə yalnız iki problem var – cinsi zəiflik və iman. Əccəb işdi!Burdan zinanı təbliğ elə, ordan da de ki, cəhənnəmliksən!

Bəs, yaxşı,bu boyda məzmunsuz türk kanalları kimə və nəyə xidmət edir? Bunlar hardanmaliyyələşir? Qazancları nədir? Çox maraqlıdır. Məncə, son zamanlar eynilə bu əhvalatdakısiçan kimidir türk mediyası.

Bir uşaq səhər yuxudan durar və inəklərin qaldığıtövləyə girər. Və baxıb görər ki, inəklərin ayaqlarını yara basıb, yaranın daüstü milçəklərlə doludur. Tez anasının yanına qaçıb bunu xəbər verər, anası dacavabında deyər: Oğlum, gecə siçanlar yeyib inəyin ayağını”. Təbii ki, bu uşağaansının dedikləri inandırıcı gəlmir və yenidən anasından soruşar: Ana,bapbalaca siçan o boyda inəyi necə yeyər ki, inəyin bundan xəbəri olmaz? İnəkayağnı qaldırıb siçanı əzə bilər axı.

Deməli, alimlərin araşdırmalarından bilirik ki,siçan hansısa canlını tutubsa və yemək istəyirsə, yemək istədiyi hissəni üfürərərkkeyidər, sonra qurbanını yeməyə başlayar. Qurbanı iş işdən keçdikdən sonrabundan xəbəri olar, amma nəticədə "iş işdən keçib e, keçib!”

Toplum ruhsağlamlığını və utanc hissini yaxşıca itirdi.

Yəqin bunagörə də artıq həkim verilişləri də çoxalmağa başlayıb. Korladıqları, ziyanverdikləri insanlara indi də necə sağalmağın yolunu öyrədirlər. Deyirlər ki,ruh və əsəb xəstələrinin sayı həddən artıq çoxalıb.

Amma ənvacibi isə budur – insanlar ümidini itirib, ümidini.

Hərə özhaqqını özü axtarmağa başlayınca bir sürü polis də işə qarışınca aləm dəyirbir-birinə.

Qadıncinayətləri işin sadəcə kiçik bir qismidi.

Adamlar özlərini itirdilər, yaxşıca dəliyə döndülər,manyaklaşdılar. Və bütün bunlara isə elə adamların özü səbəb oldu.

Siyasətindən mediyasına, məktəblərindən küçələrinə vəticarətinə kimi vəziyyət təəssüflərolsun ki, bu cürdür.

Çətin ki düzələ.

Allah bundan betərindən saxlasın.

Bu yerdə deyiblər e:

- Bir millət, iki dövlət!

TƏQVİM / ARXİV