adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Rəssamlıqda ilk yolaçanlardan biri

ETİBAR CƏBRAYILOĞLU
70627 | 2019-12-23 15:59

"XalqBank”ın "Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli rəssam Tağı Tağıyevinrəngkarlıq və qrafika əsərlərindən ibarət albom işıq üzü gördü

Onlarıilk yolaçanlar adlandırırdılar-Tağı Tağıyev, qardaşı Mahmud Tağıyev xanımıXalidə Səfərova ilə, Səttar Bəhlulzadə, Kamil Xanlarov, Mikayıl Abdullayev,Maral Rəhmanzadə, Əbdül Xalıq, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev vəbaşqaları.

Bunəsil Azərbaycan rəssamlarına milli mədəniyyət və estetika ənənələrinə möhkəmbağlılıq xas idi. Onlar zəngin yaradıcılıqlarında Qərbi Avropa ənənələrinisintez etməyə və milli təsviri incəsənətin xüsusiyyətlərini inkişaf etdirməyəçalışırdılar. Adlarını sadaladığımız rəssamlardan hər biri keçmiş təcrübənidərk etmək üçün müəyyən yol qət edərək dünyagörüşünü ifadə edib, incəsənətinəsas obyekti olan gerçəkliyin interpretasiyasında öz individual bədii-plastikdilini axtarırdı.

Məhzbelə fırça ustalarından sayılan Xalq rəssamı Tağı Tağıyevin rəngkarlıq vəqrafika əsərləri toplanan albom "Xalq Bank”ın "Xalq Əmanəti” layihəsininvasitəçiliyi ilə sənətsevərlərə təqdim olundu.

İnqilab günü rəssam kimidoğulan

Beləbir məşhur deyim var-Rəssam olmurlar, rəssam kimi doğulurlar. Bu fikri Xalqrəssamı Tağı Tağıyevə də şamil etmək olar. Tağı Tağıyev Bakıda adlı-sanlızərgər Əzizağa kişinin ailəsində doğulub. O, anadan olan gün- 1917-ci ilnoyabrın 7-də dünya siyasətini dəyişən bir hadisə-inqilab baş vermişdi.

Babasının,atasının zərgərlik işləri Bakıdan çox-çox uzaqlarda da yaxşı tanınırdı,sonralar Tağının yaratdığı sənət əsərləri də dünyanın ən nüfuzlu muzeylərindəsərgilənəcəkdi...

TağıTağıyev zərgər olmadı, o, rəngkarlığı seçdi. Lakin sözsüz ki, rəssamıkörpəlikdən əhatə edən gözəllik, babasının, atasının gördükləri işə münasibətdətələbkarlığı balaca Tağıda dünyanın estetik qavrayışını tərbiyə etməli idi. HələliksəTağı sənətdə ilk addımlarını atır, Bakıdakı rəssamlıq məktəbini uğurla bitirir.Ali təhsil almaq arzusu ilə 1940-ci ildə Moskvaya gedir və Surikov adınaRəssamlıq İnstitutuna daxil olur. Lakin cəmi bir il sonra dünyanı lərzəyə salandaha bir hadisə baş verir və gənc Tağının bütün planlarını alt-üst edir.Müharibənin başlaması səbəbindən tələbə-rəssam doğma Bakıya qayıtmalı olur. Arxacəbhədə çalışır, fırçası ilə faşizmə qarşı savaşır, təbliğat plakatları çəkir,ideoloji vərəqələr hazırlayır. Həmin dövrdə Tağı Tağıyev tarixi mövzulardamonumental tablolar da yaradır. İstedadlı rəssam yaxşı başa düşürdü ki,müharibə qəhrəmanlarının portretləri xalqın döyüş ruhunun möhkəmlənməsinə, kütlələrəideoloji təsir göstərməsinə xidmət edir.



Xalqqəhrəmanı Koroğlunun portretini də rəssam məhz həmin dövrdə yaradır. Sənətşünaslar,həmin dövrü araşdıran mütəxəssislər Tağı Tağıyevin fırçasından çıxan Koroğlu portretini xalq qəhrəmanınınAzərbaycan təsviri incəsənət tarixində ən gözəl obrazı sayırlar.

Ötənəsrin 40-cı illərində Tağı Tağıyevin həyatında əhəmiyyətli hadisələr baş verir,o, peşəkar rəssam kimi tanınmağa başlayır, ailə qurur. Səttar Bəhlulzadə vəKamil Xanlarov kimi qeyri-adi və bənzərsiz fırça ustaları ilə yaxından tanışolur. Özünü müxtəlif janrlarda sınayır. Müharibə qəhrəmanlarının portretləriilə yanaşı doğma Bakının mənzərələri kimi ciddi epik əsərlər yaradır. "DənizdənBakının görüntüsü”, "Xalçasatan”, "Qara Qarayevin portreti” kimi məşhur əsərlərməhz həmin dövrdə çəkilib.

Portretlər qalereyası

TağıTağıyev 1940-50-ci illərdə bütöv bir portretlər qalereyası yaradır və özünüəsasən portret janrında çalışan bir sənətkar kimi tanıda bilir. Qara Qarayevin1948-ci ilə aid portretində görkəmli Azərbaycan bəstəkarının zəngin daxilialəmi, onun dərin ziyalılığı o qədər inandırıcı göstərilib ki,bu işıqlı insanlamənəvi ünsiyyətdə olduğunu hiss edirsən.

Rəssamdostu Kamil Xanlarovun portretində də onun açıq baxışı, sadəlik və insanlığın inadkarlıqla çulğalaşdığıziddiyyətli xasiyyətini dolğun təsvir edə bilib.

TağıTağıyevin Azərbaycanın görkəmli fırça ustası Səttar Bəhlulzadənin 1955-ci ildəyaratdığı portreti milli rəngkarlığın ən dəyərli nümunələrindən sayılır. Həminəsəri rəssama R. Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktoru KazımKazımzadə

sifarişverib və portret Səttar Bəhlulzadənin fərdi sərgisinə qədər hazır olmalı idi.Lakin təyin edilmiş vaxta qədər əsər üzərində iş hələ heç başlamamışdı. Birneçə saat ərzində Tağı Tağıyev naturadan eskiz çəkir və bir gecəyə işitamamlamağa nail olur.

SultanMəhəmmədin, Molla Pənah Vaqifin, Bəhruz Kəngərlinin, Həzi Aslanovun portretlərirəssama şöhrət qazandırır.

İstedadlırəssam 1940-ci illərdən başlayaraq Bakıda və sovet məkanında müxtəlifsərgilərdə iştirak edir. 1961-ci ildə Tağı Tağıyevin yaradıcılığında mühüm birhadisə baş verir, tanınmış rəssam Afrika ölkələrinə yaradıcılıq ezamiyyətinəgedir, Mərakeşdə, Qvineyada, Seneqalda, Fil Dişi Sahilində yerli xalqlarınhəyatı, mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti qazanır. "Afrika”seriyasından çəkdiyi əsərlər rəssamın müxtəlif illərdə təşkil olunansərgilərində uğurla nümayiş etdirilir.

Əsərləridünyanın müxtəlif nüfuzlu muzeylərində saxlanılan Xalq rəssamı Tağı Tağıyev 1993-cüil iynun 27-də həyatdan köçür.

Dəyərli "Xalq Əmanəti”

"XalqBank”ın "Xalq Əmanəti” layihəsinin sayca 19-cu nəşri də Xalq rəssamı TağıTağıyevə həsr edilmişdi. Layihə çərçivəsində çapdan çıxan "Tağı Tağıyev.Rəngkarlıq və qrafika” albomunun təqdimat mərasimində Rəssamlıq Akademiyasınınrektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə fəlsəfədoktoru Şirin Məlikova mərhum sənətkarın yaradıcılıq xüsusiyyətlərindəndanışdılar. "Xalq Bank”ın uzun illər ərzində həyata keçirdiyi "Xalq Əmanəti”layihəsinin Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılmasınaverdiyi töhfələri yüksək dəyərləndirdilər, bu nəcib işdə əməyi olanlaratəşəkkür etdilər.


TağıTağıyevin oğlu Əkrəm Tağıyev atasının xatirəsini əziz tutanlara, yaradıcılığınaqiymət verənlərə ailəsi adından minnətdarlıq bildirdi. Sonra tədbiriştirakçılarıTağı Tağıyevin əsərlərinin sərgiləndiyi ekspozisiya ilə tanışoldular.

Xatırladaqki, "Xalq Bank”ın 2010-cu ildən bəri həyata keçirdiyi "Xalq Əmanəti” layihəsimənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması, dünyaya tanıdılmasıməqsədi daşıyır. Layihə çərçivəsində nəfis şəkildə çap olunan kitablar tədrismüəssisələrinə, ölkəmizin xaricdəki səfirliklərinə, Bakıda fəaliyyət göstərəndiplomatik korpuslara hədiyyə olunur.

Buillər ərzində "Xalq Əmanəti” çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə,Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcədə Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, FazilƏliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun,şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgi təşkil olunub vəbədii albomlar çap edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza,nakam taleli Mikayıl Müşfiqin "Seçilmiş əsərləri”, görkəmli alim Əli Rəcəblinin"Azərbaycan sikkələri”, "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, şeirləri iləAvropanı fəth edən Mirzə Şəfi Vazehin "Bütün əsərləri” Azərbaycan, alman və rusdillərində işıq üzü görüb.

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV