adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: YOX BİR, ORTASINDAN TƏZƏ BİR ARAZ ÇAYI DA AXITDILAR

AQİL ABBAS
75830 | 2020-01-09 09:33

ABŞ-ın Bağdadda general Qasım Süleymanini raket zərbəsilə qətləyetirməsindən sonra Azərbaycanda sosialşəbəkələrdə, hətta bəzi saytlarda trollar arasındaqırğın gedir. Deməli, üç yerəbölünüblər – İranın tərəfinisaxlayanlar, ABŞ-ın tərəfini saxlayanlar, bir də öz doğma Azərbaycanımızıntərəfini saxlayanlar. Əslində bir tərəfdə var. İranın tolları qəsdən iki yerə bölünüb. Bir tərəf ağlayan tərəfdi, obiri tərəf isə aranı qızışdırmaq üçün ağlayan tərəfə həqarət edənlərdi ki, arabir az da qızışsın. Həmin trollar da eyniyerdən idarə odunur.

Qarğışın, söyüşün biri bir qəpik. Heç öldürən və öldurülən tərəfbir-birlərinə qarşı bu qədər aqressivdeyillər.

Ən çox məni ilgiləndirən odur ki, yazırlar, Azərbaycaniki yerə bölündü. Yox bir, ortasından təzəbir Araz çayı da axıtdılar.

Bu trolların sayı heç min nəfəri keçmir. Layk və şərh yazanları da əlavə etsək,onların da sayı üst-üstə olsun iki min nəfər, cəmi elədiüç min. Bu üç min nəfər on milyonluq bir xalqı iki yerə bölə bilərmi?! Heç yel olub yanından da keçə bilməz.

Azərbaycan qüdrətli, vahid vəbütöv bir dövlətdir. Xalq da öz dövlətinə sadiqdir və bütövdür. Bu xalq öz dövlətininmüstəqilliyi uğrunda son damla qanınadək vuruşmağa da hazırdır. Bunu 20 Yanvarda da görmüşük, Qarabağ müharibəsindədə, Aprel döyüşlərində də. Eləcə dəiqtidarın, Möhtərəm Prezidentİlham Əliyevin xarici və daxili siyasətinihəmişə dəstəkləyib.

Azərbaycan ikiyə bölündü? Yox bir,ortasından da təzə bir Araz çayı axıtdılar.


TƏQVİM / ARXİV