adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: QAÇDIM SƏNİN DALINCA MƏN...

FAİQ QİSMƏTOĞLU
55103 | 2020-01-16 08:46

... Hər bir sənətkarın,hər bir müğənninin və hər bir ifaçının onu kütləyə, xalqa tanıdan mahnısı olur.Və daha doğrusu, buna həm də müğənninin "vizit kartı” deyirlər. Başqa sözləfikrimizi ifadə eləmiş olsaq, uzun ömürlü mahnılara "möhür vurulub” fikrini dəsəsləndirənlər çoxdur. Kim nə deyirdesin, Mirzə Babayev Azərbaycan estrada sənətində oxşarı və bənzəri olmayan təkrarsız böyük bir ifaçıdır. Yəni onun kimi estradamüğənniləri dörd nəfər sayıla bilər, beşincisi yoxdur. Məsələn, Mirzə dayıdansonra Flora Kərimovanı, Oqtay Ağayevi və İlhamə Quliyevanı deyə bilərik. Başqaoxuyanlar da var. Amma onlar nə Mirzə Babayevdi, nə Oqtay Ağayevdi, nə Flora Kərimovadı,nə də İlhamə Quliyevadı.

Hər dəfə onun "Kəpənək”mahnısına qulaq asanda bir daha Mirzə Babayevin necə böyük sənətkar və ifaçıolduğunu yenidən hiss edirəm. Və bu günlərdə həmin mahnıya yenidən qulaq asdım.Sözlər, musiqi və ifa çox unikaldı. Balaca bir şeirlə şair çox gözəl təbiət mənzərəsiyaradır. Və bu təbiət mənzərəsinə musiqi orijinal rənglər qatır. Mirzə Babayevisə söz və musiqini elə ifa edir ki, sanki rəssam təbiətin, güllərin, çiçəklərin içərisində gözəl birtablo yaradır! Yəni təbiətin tablosunu.

Tabloya baxandahiss eləmirsən ki, ordakı güllər, çiçəklər, dağlarda, yamaclarda bitən çiçəklərdi,yoxsa rəssamın yaratdığı mənzərədi. Bax, Mirzə Babayev də "Kəpənək” mahnısındabelə bir qeyri-adi, unikal bir mənzərə yaradır. Səsin və sözün sehrinə düşübMirzə dayının səsinin işığında o kəpənəyi tutmaq istəyirsən. Tuta bilirsənmi?Heç tuta bilməyəcəksən də. Çünki Mirzə Babayev özü o kəpənəyi tuta bilmədi. Oki, qala biz onu tutaq! Şerin bir bəndinə fikir verin, görün sizi hara götürübaparacaq:

Sorağını gül-çiçəkdənalınca mən,
Gördüm yoxsan.
Qaçdım sənin dalınca mən, dalınca mən,
Gördüm yoxsan...

Gördünüz və duydunuzmu?Mirzə dayı Allahın dərgahında olsa da, onun "Kəpənək”i yenə uçur. Hər yaz gələndə,hər bahar məmləkətimizə qədəm qoyanda bu kəpənək yenə gələcək və yenə uçacaq.Amma elə bil ki, o kəpənəklər bizdən küsüblər. Daha doğrusu, bizdən yox, Mirzədayıdan küsüblər. Çünki hər baharda gəlirlər, gülün, çiçəyin içində uçurlar vəMirzə dayını görməyib gedirlər. Onun sevdiyi və vəsf elədiyi kəpənəklər Mirzədayı bu dünyada olmasa da, hər bahar gələcək, güllərin, çiçəklərin üstünəqonacaq və heç kəs də onu tuta bilməyəcək. Mirzə dayının kəpənəkləri həmişəuçacaq...



Çox unikal və qeyri-adi səsəmalik olan Mirzə Babayev öz adını Azərbaycan musiqi tarixinə qeyri-adi ifalarıilə qızıl hərflərlə yazıb. Onun bir-birindən gözəl mahnıları, duetləri və bənzərsizifaları milyonlarla tamaşaçıların qəlbində əbədi iz qoyub. Və bu gün Azərbaycanestradasını bərbad günə salanlar, keçmiş ənənələrə yenilik gətirməyi bir yana,bayağı ifaları ilə Mirzə Babayevin səsini eşidəndə görəsən heç utanırlarmı?Xüsusən, çılpaq vəziyyətdə, göbəyi açıq, müxtəlif televiziya kanallarında çıxışedərək kenquru kimi ora-bura tullanan və özlərinə varlı müştəri axtarandırnaqarası çılpaq müğənniciklər nə demək istəyirlər...

Təbii ki, belələri sənətüçün yox, ev, maşın, var-dövlət üçün çalışırlar. Və hamısına da nail olurlar.Bizim sənətdən başı çıxmayan, pulu və imkanı çox olan bəzi iş adamları isəonları göydə "qapazlayır”, qarabağlıların sözü olmasın "bişi” kimi yeyirlər.Tay biz bunlara qatışa bilmərik.

Axı, azman və böyük sənətkarMirzə Babayevdən danışırdıq. Gör bir anlıq hara gedib çıxdıq? Elə bil güllükdən,çiçəklikdən gedib düşdük bataqlığa. İndi bataqlıqdan yenidən qayıdırıq MirzəBabayevin güllü-çiçəkli dünyasına. Onun Brilyant Dadaşova ilə ifa etdiyi "MənimMirzə dayım” mahnısı həqiqətən də çox koloritli və sevilən bir duetdi. MirzəBabayev indiki tanınmış müğənnilər kimi hər ifaçı ilə duet oxumazdı. Onun duetyoldaşları da çox istedadlı və qeyri-adi səsə malik idi.

Məsələn, elə BrilyantDadaşova kimi...

Mirzə Babayevlə bir dəfə 20il bundan qabaq yol polisində işləyən dostum Rəsul Əliyevin yanındagörüşmüşdüm. O qədər yumorlu, duzlu, məzəli danışırdı ki, söhbətindən doymaqolmurdu. Rəsul müəllim sənətkara dedi ki, Faiq mənim dostumdu, özü dəjurnalistdi, bəlkə səndən bir yazı qələmə alsın? O mənə hörmətlə yanaşdı. Ammadedi ki, görürəm yaxşı oğlandı, yazı yazmağa ehtiyac yoxdu.

Onun söhbət elədiyi bir neçəepizod bu gün də yadımdan çıxmır. Dedi ki, rəhmətlik Əlağa Ağayev Məşədi İbadrolunu o qədər də yaxşı oynamayıb. O rolu mənə versəydilər, Üzeyir bəyin ürəyindənnə keçib, hamısını ortaya qoyardım. Amma neyləmək olar ki, rejissorlar məndənistifadə etmədilər.

Allah sənə rəhmət eləsin,Mirzə dayı! Sənin doğurdan da Azərbaycan filmlərində çəkildiyin rollara tamaşaedəndə aktyor kimi necə böyük istedad sahibi olduğunu o rejissorlar görməyibsə,tay mənim buna sözüm yoxdu. Onlar sizə zərbə vurmayıblar ey, Azərbaycan mədəniyyətinə,kino sənətinə ziyan veriblər. Elə təkcə "Dəli Kür”dəki mollaların məclisində və eləcə də "Müsyö Jordan və Dərviş Məstəlişah” filmində yaratdığı iki obraz səni Azərbaycan kinosunda əbədi yaşadacaqdı.

Hələ mən "Bəyinoğurlanması”nda Mirişin atası, "O qızı tapın” filmində milis rolunu demirəm.

Əgər sən bəlkə də rus,gürcü olsaydın, səni çoxdan o ölkənin rejissorları axtarıb tapar, xeyli kinoyaçəkərdilər. Siz kiçik epizodlarda elə bir obraz yaradıbsınız ki, filmlərdəkibaş qəhrəmanlar yadda qalmır, sizin o balaca epizod tamaşaçı yaddaşına həkkolunur. Bunun üçün isə yalnız və yalnız istedad, təcrübə və bir də zəhmətkeşliktələb olunurdu. Bu üç elementin üçü də bu böyük sənətkarda vardı.

O vaxt da, indi də bizim bəzirejissorlar sənət haqqında deyil, ayrı-ayrı adamlarla münasibətdən yaranan işədaha çox üstünlük veriblər. Elə bugünün özündə də istedadlı, sənət, teatr vəkino üçün canlarını verən xalq artistləri, əməkdar artistlər qalıblar kənarda, çoxsönük və bəsit rol oynayan müğənniləri və zəif aktyorları teleseriallara vətamaşalara dəvət edirlər. Bunu kim edir, əlbəttə, şəxsi mənafelərini üstüntutan rejissorlar.

Məsələn, Vaqif Səmədoğlunun"Bəxt üzüyü”ndə Moşu obrazının unikal ifaçısı Valeh Kərimov bu gün heç birteleviziya tamaşasına və eləcə də teleseriallara dəvət edilmir. O, özü bu barədəmətbuata açıqlamasında deyir ki, düzdür, Prezident təqaüdü alıram vədolanışığım da yaxşıdı. Amma məni heç kəs nə verilişə, nə də tamaşaların çəkilişinədəvət edir. Evdə oturub ölümümü gözləyirəm. Bundan ağır vəziyyət ola bilərmi?

İndi evdə oturub ölümünügözləyən istedadlı aktyor, xalq artistitək Valeh Kərimov deyil. Onun kimi unudulan, yaddan çıxan neçə-neçə istedadlar evdə oturub Əzrayılın gəlməyinigözləyirlər. Bəs onda Mədəniyyət Nazirliyi, ölkəmizdə 7-8 televizoya kanalınınrəhbərliyi görəsən nə düşünür? O istedadların nə pula, nə də çörəyə ehtiyacıvar. Onların ehtiyacı istedadını bu xalq yolunda axıra qədər xərcləməkdir.

Sovet dövründə də tək MirzəBabayev kimi istedadlı adamlar deyil, məsələn, Fazil Salayev, HüseynağaCavadov, Məmmədsadıq Nuriyev bir o qədər də filmlərə çəkilməyib. Onlar kimiMirzə Babayev də sağlığında öz qiymətini və dəyərini almayıb. Amma görünənbudur ki, bu böyük və dahi adamların yaratdığı obrazlar, ifalar Azərbaycanxalqı nə vaxta qədər var, o vaxta qədər də bu millətin, bu xalqın yaddaşındaqalacaq, bu dahi və əvəzedilməz sənət adamlarını əbədi yaşadacaq.


TƏQVİM / ARXİV