adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: AĞAPPAQ QAR

FAİQ QİSMƏTOĞLU
72107 | 2020-01-18 10:42

... Otaqda əyləşmişdi.Və otaqda əyləşdiyi anda ötən günlərini yada salırdı. Yada salırdı ki, niyəonun başına belə müsibətlər, çətinliklər, sıxıntılar gəldi? Nərgiz elə bir adamidi ki, ömrü boyu heç kısı pislik elıməmişdi vəömrü boyu heç kimin paxıllığını da çəkməmişdi. Belə baxanda gərək onuntaleyi və həyatı bu qədər acınacaqlı, bu qədər dərdli və bu qədər çıxılmaz vəziyyətdəolmamalıydı...

... Çox vaxt daözünü qınayırdı. Və deyirdi ki, bəxtim gətirmədi. Qız vaxtı həmişə ona deyirdilərki, Nərgiz, sən nə gözəl qızsan? O da bu sözü eşidəndə sevinər və ürəyiatlanardı. Anası da deyərdi ki, ay bala, gözəl olana qədər gözəl bəxtin olsayaxşıdı! Bu gözəllik nə vaxtsa Nərgizdən uzaq düşəcək, amma yaxşı bəxtsə bütünqapıları onun üzünə açacaq...

... Nərgiz o vaxtlar anasının dediklərinə bir o qədərdə əhəmiyyət vermirdi: çünki onu nə bəxt düşündürürdü, nə də gözəllik! Özü dəbilirdi ki, məhəllədə bütün qızlardan gözəldi. Və məhəllənin oğlanlarının daçoxunun gözü Nərgizdəydi. O da hər adamı bəyənib seçməz, hər adamın da sevgisinəcavab verməzdi. Qapılarına gündə bir elçi gələrdi. Atası da, anası da bu elçilərinəlindən lap boğaza yığılmışdılar. Tay kişi də, arvad da elçilərə "yox” deməkdənlap təngə gəlmişdilər...

... Günlərinbirində oğlanlardan biri Nərgizin "saqqızını” oğurlaya bildi. İşdən qayıdandaonun qabağını kəsdi və dedi:

- Sənə qurban olum, iyirmi dəfə elçilərimiziqapınızdan kor-peşman yola salmısınız. Dədən də ipə-sapa yatmır. Elə ikiayağını bir başmağa dirəyib deyir ki, mənim sizin oğlunuza verəsi qızım yoxdu,gedin tayınızı tapın! Sənin dədənə də, nənənə də canım qurban. Vallah, tayelçilər də utandığından sizə gəlmək istəmirlər. Hər dəfə oturanda çay gətirirlər,dədəngil də "hə” demədiyinə görə çay buz kimi olur və yenidən əliboş geridönürlər. Qadan alım, heç olmasa bu dəfə bizimkilərə pis sifət göstərməyin. Axımən yazığam?!

... Nərgiz diqqətləoğlanın dediklərinə qulaq asdı, sonra isə özünün uzun, qumral saçlarınısığallayaraq nazlı ədayla dilləndi:

- Sənin özün də az aşın duzu deyilsən. İndi ilan kimi dilçıxarırsan, amma evlənəndən sonra sifətin dönüb olacaq mürdəşir. Oğlanlarhamısı ilk vaxtlar belə danışırlar. Elə ki, qızı evlərinə apardılar, bax, onda əslsima üzə çıxır. Mən dədəmgilə heç nə deyə bilmərəm...

... Oğlan yenidənbasıb-bağlamağa, dil tökməyə başladı:

- Sənin başınadönüm, məni kor-peşman eləmə! Əgər "yox” desən özümü öldürəcəm!..

Nərgiz gülərək:

- Sən özünüöldürən adama oxşamırsan, afiristin birisən – dedi.

Oğlan pörtdü:

- Allahaand olsun, mən sözümün üstə möhkəmduracam. Nə desən nazınla oynayacam, təki razı ol!..

... Oğlanın ilankimi dil çıxarması Nərgizi yumuşaltdı və əvvəlki Nərgizdən əsər-əlamət qalmadı.Gözünü bir nöqtəyə zilləyərək dedi:

- Qoy onda elçilərinaxşam gəlsinlər! Mən razıyam!

"Razıyam” sözünüeşidəndə Oqtayın gözünə işıq gəldi. İstədi Nərgizin əlindən tutsun, qız əlinigeri çəkdi. Nərgizin qırımını görən Oqtay büzüşüb qaldı. Handan-hana dilləndi:

- Elçilərimizaxşam sizdədilər...

... Üç gündənsonra elçilər Nərgizgilə gəldilər. Yenə dədəsi fısqırıq çıxardı, ipə-sapayatmaq istəmədi. Anası dedi ki, ay kişi, çox da zilə qalxma ey, oğlan qızınsaqqızını oğurlayıb. Nərgiz deyir ki, razıyam. O deyəndən sonra tay biz neyləməliyik?Çıx elçilərin qabağına, xeyir-duanı ver!

... Elçilərmasanın arxasında oturub Nərgizin atasını gözləyirdilər. Əvvəl anası gəldi,sonra da atası Yaqub kişi içəri daxil oldu. Arvadı onun "havasını” almışdı.Bayaqkı görkəmindən əsər-əlamət qalmamışdı. Kişi mum kimi yumuşalmışdı. Masanınüstünə pürrəngi çay da gətirilmişdi. Elçilərin qabağında çay buğlana-buğlanaqalmışdı. Onlar gözlərini Yaqub kişiyə zilləmişdilər. Və gözləyirdilər ki, nədeyəcək. Zarafat deyil, bu tərs kişi dəfələrlə onları kor-peşman geri göndərmişdi.Kişi diqqətlə bir elçilərə baxdı, bir avadına baxdı, bir də masanın üstündəbuğlanan armudu stəkanlardakı çaya baxdı. Çöhrəsində əvvəlki zəhər-zəhrimar təbəssümləəvəzlənmişdi. Əvvəl "xoş gəlmisiniz” – dedi. Sonra da gözünü hərləyib oğlan tərəfinelçilərinə zillədi. Onlar hamısı Yaqub kişinin son sözünü gözləyirdi. Kişi dəbunu hiss edirdi və bilirdi. Yaqub kişi bir daha buğlanan çaya baxdı. Bir dahagözlərini elçilərə sarı zillədi. Bir daha arvadına dönüb tamaşa etdi. Və sonrada dedi:

- Allah mübarəkeləsin! Çayınızı şirin eləyin!

... Bir aydansonra Nərgiz və Oqtayın toyu oldu. Toya o qədər adam gəlmişdi ki, iynə atsanyerə düşməzdi. Bir neçə il mehriban dolandılar və hətta bir qızları da dünyayagəldi. Amma sonradan onların dedi-qoduları, söz-söhbətləri daha da çoxaldı.Oqtay gündə bir bəhanə edirdi: ya deyirdi işdən gec gəlirsən, ya da deyirdi məhəllədəfilan oğlana niyə salam verdin?! Belə mənasız söz-söhbətlər onların ayrılmasınagətirib çıxardı...

... Otaqda təkoturmuşdu. Və bu hadisələrin hamısı onun gözünün önündə yenidən canlanırdı. Nərgizneçə illərdi tənha yaşayırdı. Nə atasına yük olur, nə də anasına. Bir qızı barəsindədə səhərdən-axşama qədər götür-qoy eləyirdi. Deyir mən xoşbəxt olmadım, heçolmasa qızım xoşbəxt olsun. Və bu tək otaqda Nərgizi arayıb-axtaran da yoxdu,bir rəfiqəsi Xuramandan başqa. Elə bir bayram, elə bir gün olmaz ki, Xuraman oqapını açıb içəri girməsin...

... Və bəzən Nərgizgünlərlə, həftələrlə evdən çölə çıxmaq istəmir, özünə qapanır. Ən yaxşı haldaevdəki televizor ona hayan olur. Kirayənişin qaldığı ev də onu sıxır.Çarpayının üstündə uzanıb öz-özünə düşünəndə anasının dediyi sözlər yenidənyadına düşür: "Qızın özü gözəl yox, bəxti gözəl olsun”. Bax, bu sözdən düz 30il vaxt keçir. Nərgiz elə indi də gözəldi... Nərgiz elə indi də qəşəngdi... Nərgizelə indi də kimlər tərəfindənsə sevilir... Ancaq o, heç kəsin sevgisini qəbuleləmir. "Bir dəfə ailə qurdum bəxtim gətirmədi, ikinci dəfə bu addımı atmaram”- deyir. Heç atmır da.

... Əlini mobiltelefonuna aparır. Yenidən rəfiqəsi Xuramana zəng vurur:

- Ay qız,hardasan? Neçə gündü görünmürsən. Bəlkəxəstələnmisən?

Xuraman:

- Gözümdəmirvari suyu vardı. Ona görə də əməliyyat olunmuşam. Üç-dörd gün keçsin, gələcəm!

... Xuraman YeniGünəşlidə yaşayırdı. Özü də rus dili müəlliməsyidi. Və onların uzun illərdidostluğu, rəfiqəliyi təmənnasız olaraq davam eləyir. Nərgiz on gün, bir ayXuramanı görməyəndə sanki dünya uçub altında qalır. Çünki uçub altında qalandünyada ona Xuramandan savayı ikinci bir yaxın simsar insan yoxdu. Xuramanın daişi başından o qədər aşır ki, bəzən rəfiqəsinə gec dəyir. Bax, onda da Nərgizum-küsə eləyir. Xuraman təqaüddə olsa da, yenə fərdi qaydada şagirdlərhazırlayır və onlara rus dilini öyrədir.Çünki Nərgizin rəfiqəsi Xuraman çox savadlı, əxlaqlı və ziyalı bir xanımdı. Elədiyiyaxşılığı heç vaxt kiməsə minnət qoyan deyil...

... Nərgiz yenidəndarıxır. Düşüncələr onu lap yeniyetməlik, uşaqlıq dövrünə aparır. Bayırda yağanqar onu bir qədər üşütsə də, amma evin içində sobanın hərarəti qəlbinə birrahatlıq gətirir. Pəncərədən yağan qara tamaşa edir. O yağan qar ağ kəpənəkkimi yerə düşür və əriyir. Pəncərədən çölə baxanda kiminsə gəldiyini görür.Ancaq aydınlaşdıra bilmir ki, gələn kimdi. Qapı döyülən kimi açır və Xuramanıgörür:

- Bayaqdan ürəyimpartlayırdı. Nə yaxşı gəldin. Düşünürdüm ki, görəsən mən tək-tənha bu gün neyləyəcəyəm? Amma səningəlməyin məni sıxıntıdan xilas elədi.

Xuraman diqqətləNərgizə baxdı:

- Gör sənə nə gətirmişəm?Ürəyin istədiyi meyvələri, şirniyyatları almışam. Bir az bunlardan ye, sonra şəhərəçıxarıq. Rəngin-rufun da saralıb. Baxıram ki, kefin yoxdu.

... Hər ikisi oşirniyyatı səliqə ilə süfrənin üstünə düzürlər və pürrəngi çayla çox ləzzətlə dadına baxırlar. Doyunca yeyəndən sonraXuraman yenidən səslənir:

- Ay qız, durgedək şəhərə! Bir az mağazaları gəzərik,sonra da gedərik bulvara. Evin havasını udmaqdan rəngizmiz saralıb. Heç olmasaayda-ildə bir dəfə dənizin havasını udaq. Özü də görürsən nə gözəl qar yağır?!

... Nərgizonunla razılaşır. Və hər ikisi qoşulub əvvəl ticarət mərkəzinə gedir, sonra dabulvara üz tuturlar. Qar bir az da möhkəm yağır. Onlar uzaqlaşdıqca yağan qarıniçində görünməz olurlar...


TƏQVİM / ARXİV