adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜYÜN

FAİQ QİSMƏTOĞLU
61740 | 2020-01-26 09:55

... Səhərin gözühələ açılmamışdı və qaranlıq idi. Səhəringözü açılmamışdan Bəhmənlidən çox az adam maşınla kənddən çıxar, ya rayon mərkəzinəgedər, ya da Bakıya üz tutardı. Onda indiki kimi kənddə çoxlu maşın yox idi. Oböyüklüdə Bəhmənlidə cəmi-cümlətanı altı maşın vardı. Və o altı maşından biri dəQurban kişidəydi. Elə səhərin gözü açılmamışdan maşını işə salmış, sükanarxasında əyləşmiş və kənddən çıxmaq istəyəndə su idarəsinin yanında, yəni Məmişkişinin yaşadığı yerdə yolun ortasında bir qaraltı gördü. Maşını yavaş sürdüyünəgörə, qaraltının üstünə düşən işıqda nəyinsə olduğunu hiss etdi. Düşündü ki, nəyaxşı maşını bərk sürməyib...

... Maşının mühərrikinisöndürmədən yavaş-yavaş bir az da o qaraltıya yaxınlaşdı. İşıq o qaraltını biraz da işıqlandırdı. Maşından düşüb yolun ortasına atılmış o qaraltıyayaxınlaşdı. Baxanda gördü ki, bu adi qaraltı deyil. Tikinti idarəsindəqaravolçu işləyən Rüstəm kişinin meytidi. Bir anlıq Qurban kişi özünü itirdi.Elə qonşuluqda olan Məmiş kişini səslədi:

- Ay Məmiş, ay Məmiş,bir çölə çıx!

... Məmiş kişipencəyini çiyninə atdı, cəld şalvarını geyinib səs gələn tərəfə getdi. Hələ dəmühərriki sönməyən maşının səsini eşitdi. Qaranlıq olduğuna görə, əl fanarınıda özüylə götürdü. Düz gəlib yolun kənarında dayandı:

- Qurban, məniçağıran sənsən?

Qurban kişi:

- Hə - dedi. – Gəlbir yola bax, gör bu Rüstəm kişinin meyitidi, ya yox?! Bəlkə mən səhv eləyirəm...

Məmiş kişi əlindəkifanarın işığını meyitin üstünə saldı və sonra da gözləri doldu:

- Düz tanımısana Qurban, bu Rüstəm kişidi. Yazıq tikintidə qarovulçu işləyirdi. Gör bunu nə zülmlə öldürüblər. Kim eləyibsə,Allah bəlasını versin! Özü də gətirib yolun ortasına atıblar ki, maşın üstündənkeçsin və iz də itsin...

Qurban kişiyenidən dilləndi:

- Sən burda dur,mən qayıdım kəndə əmioğlumgilə. Onlarda telefon var. Milisə zəng edib xəbərverim. Birdən evə qayıdarsan ha! Kənddən gələn başqa maşının sürücüsü fikirliolar, meyitin üstündən keçər...

Məmiş kişiyaşarmış gözlərini sildi:

- Sən nədanışırsan a Qurban, heç elə şey olar, Rüstəmin meyitini qoyub evə gedərəm? Sənget, milisə xəbər ver!

... Qurban kişimaşını kəndə sarı döndərdi və düz əmisi oğlugilin qapısına sarı üz tutdu. Hələdə səhərin gözü açlmamışdı. Və Qurban kişi gəlib əmisi oğlugilin qapısındamaşını saxladı və bir neçə dəfə əmisi oğlunu səslədi. Səsə əmisi oğlunun böyükoğlu çıxdı. Tanıdı ki, çağıran Qurban əmisidi. Və dedi:

- Ay əmi, səhəringözü açılmamış xeyir ola?

Qurban kişi:

- Əmioğlum dayatıb, xəstədi. Onu narahat eləmək istəmirəm. Amma məcburam sizə deyim. Kəndingirəcəyində Rüstəm kişini öldürüb yolun ortasına atıblar. Sizdə də telefonolduğuna görə gəldim burdan zəng edib milisə xəbər verim.

... QapıdaQurban kişinin səsini eşidən kimi əmioğlusu da yuxudan oyandı. Qurban kişiotağa keçib:

- Ay əmioğlu, bədxəbər olmasın, bəs qaravolçu Rüstəmi öldürüblər. İstəyirəm elə burdan milisə zəngedim – dedi.

... Baş verən qətlhadisəsinə əmioğlusu da təəssüfləndi. Dedi ki, balam, Rüstəm kişi kimə nə eləmişdiki, onu öldürüblər? Telefonla milisə zəng elədilər, ölüm hadisəsi ilə bağlımilisə xəbər verdilər.

... Rayon mərkəziilə Bəhmənlinin arası 50 km məsafə idi. Ordan milislər və müstəntiq hadisəyerinə gələnə qədər ən azı bir saata yaxın vaxt keçdi. Ona kimi də kənd camaatıvə qonşu Yağlıvənddən olanlar hadisə yerinə yığışdılar... ... Hərənin ağzındanbir söz çıxırdı. Biri deyirdi ki, bir neçə gün əvvəl Bəhmənlidə mal-qaranınörüşə girməsinə görə Rüstəm kişi iki qardaşla mübahisə eləyib. Biri də deyirdiki, əşi, onlar boş şeydi ey, bunun kiminləsə dədə-babadan düşmənçiliyi varmış,onlar da gəlib qisasını alıblar. Bir başqası da deyirdi ki, əşi, Rüstəmi həradam öldürə bilməzdi. Çünki o, çox güclü adamıydı. Bu bir nəfərin işi deyil,iki-üç nəfərin əməlidi...

... Bir saatdansonra hadisə yerinə müstəntiq, kriminalist, prokuror və rəis müavini Məmmədov gəldilər.Milis rəisi Hacı Dadaşov məzuniyyətdə idi. Onu müavini Məmmədov əvəz eləyirdi.Müstəntiq də, kriminalist də hadisə yerini diqqətlə nəzərdən keçirdilər.Meyitin müayinəsi isə xüsusi diqqət çəkdi. Və müayinə zamanı müstəntiqləprokurorun sözü üst-üstə düşmədi. Söhbətiorda kəsdilər.

... Hadisə yerinəbaxış zamanı istintaq üçün çox lazımi sübutlar götürüldü. Xüsusilə də qətlzamanı cinayətkarlarla Rüstəm kişinin mübarizəsi önə çəkildi. Məlum oldu ki,cinayəti törədən şəxslə süpürləşən zaman onun dırnaqlarının arasında cinayətkarıntükü qalmışdı. Bax, bu tük məsələsi də istintaq üçün çox önəmli əhəmiyyət kəsbedirdi...

... Şübhəli şəxskimi istintaq bir neçə adamdan şübhələnirdi.Prokuror Zeynalov bir neçə həftə əvvəl Rüstəm kişiylə mübahisə eləmiş,iki qardaşı – Nəcəf və Eldar Babayevlərin cinayət məsuliyyətinə cəlb olunmasıilə bağlı sanksiya da imzaladı. Və prokurorun sanksiyası ilə şübhəli şəxs qismində hər iki qardaş həbsolundu və Bayıl həbsxanasına göndərildi...

... İstintaqınxeyli ləngiməsi və bəzən də fərqli ifadələr zərərçəkmiş tərəfi çox narahatedirdi. Və zərərçəkmiş tərəf də elə iki ayağını bir başmağa dirəyib deyirdi ki,Rüstəm kişini bu iki qardaş öldürüb. Təbii ki, "öldürüb” demək asan idi vəonlardan şübhələnmək də olardı. Amma bu şübhələri sübut edən maddi dəlillər vəfaktlar lazım idi. O isə yetərincə deyildi. Müstəntiq də, prokuror da işitezbazar baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərdi. Bu isə o demək idiki, artıq istintaq bitmiş, indi isə məhkəmə istintaqı başlamalıydı...

... Rayona da əslənDəvəçidən olan 25 yaşlı cavan bir oğlan hakim təyin edilmişdi. Və bu cavanoğlan da işə başladığı ilk gündən Füzuli camaatının və elin, obanın hörmətiniqazanmışdı. Yəni başqa hakimlər kimi hərəkət etməz, dədəsi qəbirdən dirilib gəlsədə haqqı nahaqqa verməzdi. Çünki onun babası da, dədəsi də Rəhmli kəndindəhaqq-ədalət carçısı kimi tanınmışdı. Həttarayon məhkəməsinin sədri Məmməd Kərimovun atası Abdulməcid kişi də Dəvəçidənoğlu Füzuliyə hakim gedəndə demiş di ki, oğul, heç vaxt haqsızlıq, ədalətsizlikeləmə. Əgər haqsızlıq, ədalətsizlik eləsən, verdiyim çörək səni tutacaq!

... Üstəlik də25 yaşında gənc bir oğlanın böyük bir rayona məhkəmənin sədri təyin edilməsiçox böyük məsuliyyət idi. Hakim Məmməd Kərimov Füzuli camaatı ilə o qədərqaynayıb qarışmışdı ki, onları öz doğmaları kimi bilirdi. Hətta deyirdi ki,Füzuli mənim ikinci vətənimdi. O, şeirə, poeziyaya, ədəbiyyata da çox böyükmaraq göstərirdi. İstedadlı yazıçı və şair Seyran Səxavət, Vaqif Bəhmənli ilə dostluq eləyirdi. Elə onunçörək kəsdiyi adamların da çoxu ziyalı və sadə adamlar idi.

... Dəfələrlə vətəndaşlarışərləyib böhtan atan milis işçilərini məsuliyyətə cəlb etmişdi. Ona görə dəFüzuli camaatı yaxşı bilirdi ki, Məmməd Kərimov çox vicdanlı və namuslu birhakimdi. Haqsız yerə və maddi sübut olmadan heç kimə cəza təyin etməz...

... Bir müddətdənsonra cinayət işi hakimin masasınınüstünə gəlib çıxdı. Zarafat deyildi, iki qardaş bir nəfərin qətlində ittihamolunurdu. Hakim istintaq materiallarınıvərəq-vərəq oxudu və araşdırdı. Şübhələndiyi və istintaqda səhv addımlaratılan yerləri xüsusi nəzarətdə saxladı. Proses başlamamışdan öncə istintaqzamanı qanun pozuntularını müstəntiqin və prokurorun nəzərinə çatdırdı. Bir neçəgündən sonra isə həmin cinayət işinin məhkəmə istintaqı başlandı...

... Elə ilk gündənməhkəmə istintaqında bəzi şübhəli məqamlar üzə çıxdı. Məlum oldu ki, ekspertizarəyində göstərilən mərhumun dırnaqlarının arasındakı tüklər o iki qardaşın heçbirinə məxsus deyil. Elə bu şübhəli məqamlar hakimə məhkəmə istintaqında şəraityaratdı ki, kələfin ucunu ələ keçirsin. Kələfin ucunu isə ələ keçirməksə elə dəasan deyildi; çünki raykomun birinci katibi Qədim Əhmədov, prokuror Zeynalov vəmüstəntiq Əhmədov çalışırdılar ki, məhkəmə istintaqı tezliklə yekunlaşsın vəmüttəhimlərə cəza təyin edilsin.

... Cinayətişinin acı bağırsaq kimi uzanması davam edirdi. Zərərçəkmiş tərəf də cinayətkarıntapılıb cəzalanması üçün Mərkəzi Komitədən tutmuş Respublika Prokurorluğuna, ƏdliyyəNazirliyinə qədər şikayətlər yazırdı. Və bu şikayətlərin də ardı-arası kəsilmirdi...

(Ardı növbəti şənbənömrəmizdə)


TƏQVİM / ARXİV