adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BİR YAŞIL YARPAQ

FAİQ QİSMƏTOĞLU
49776 | 2020-02-21 09:00

İnsan ömrü yaşılbir yarpağa bənzəyir. Bu yarpaq yaşıl olur, yaşayır, bir gün də saralıb xəzanadönür. Payız gəlir və ömür tamam olur, o yarpaq saralıb budaqdan düşür.Budaqdan qopan saralmış yarpaqlar bax, beləcə yerə düşür, tamamlanmış bir ömrənöqtə qoyur...

Uzun illərtanıdığım və dostluq elədiyim Allahın dərgahına qovuşmuş Müşfiq Cabiroğlu dabir yaşıl yarpaq ömrü yaşadı. Saraldı, soldu vəbudaqdan qopub dostlarının çiynində son mənzilə yola salındı. Hələ dəonun ölümünə inana bilmirəm... Hələ də elə bilirəm ki, bizim müştərək dostumuz,böyük bəstəkar Oqtay Kazımınin oğlu Elçin Kazımi deyəcək ki, Faiq, dur gedəkMüşfiqlə görüşək, bir stəkan çay içək. Amma hər şey gözlədiyimin əksinə başverir...

Dostum ElçinKazımi bu günlər yenicə çapdan çıxmış "Müşfiq Cabiroğlu -55” kitabını bir dostuilə mənə göndərir. Beləcə, o kitabı vərəqləyirəm, kitabın ideya və maddi dəstəkmüəllifi Gültəkin Novruzovanın çox gözəl tərtib etdiyi "Müşfiq Cabiroğlu-55”-igörürəm. Kitaba ön sözü onun redaktoru, şair, ssenarist İkram Əliyev yazıb.Gözüm onun qələmə aldığı ön sözdəki bu sətirlərə sataşır: "Onun şeirlərini oxuyuram...Hal şeirləridir... Əksəriyyəti ithafdır... Doğmalarının, yaxınlarının sevincinəşərik olur, qəmini bölüşür, uğurlarına fərəhlənir şeirlərində...”

Bu ön sözləİkram Əliyev Müşfiq Cabiroğlunun gözəlbir portretini yaradır. Onun necə bir ürək sahibi olduğunu, millətinə,xalqına sevgisini çatdırır. Onu da çatdırır ki, Müşfiq Cabiroğlu həm istedadlışair idi, həm yazıçı idi, həm də publisist idi.

... Onun çöhrəsindəhəmişə təbəssüm olardı. Böyük Cabir Novruzun övladı olsa da, heç vaxt yekəxanalıq,təkəbbürlük və özündən razılıq hiss etdirməzdi. Elə ona görə də onu tanıyanlarMüşfiqin bu səmimiyyətinə, sadəliyinə və olduğu kimi görünməyinə sevgi iləyanaşırdılar.

Kitabda Müşfiqinşeirləri, publisist yazıları, mahnılara yazdığı sözlər, eləcə də onun barəsindətanınmış yazarların və ictimai xadimlərin xatirələri yer alıb. Bununla yanaşı,Müşfiqin ailəsi, dostları və sevdiyi insanlarla adi günlərdə, toylarda, şənliklərdəçəkdirdiyi fotolar da toplanıb. Bir-birindən gözəl, publisist yazılar, məqalələrvə portret oçerkləri bir daha Müşfiq Cabiroğlunu böyük oxucu kütləsinətanıtdırır və sevdirir. Qələmə alınan hər bir yazıda, hər bir məqalədə Müşfiqinözü, sözü, ürək döyüntüləri, Allaha və dünyaya olan böyük məhəbbəti əksinitapıb. O yazılarda boğazdan yuxarı qeyri-səmimi sözlər, ifadələr tapmaq mümkündeyil.



Müşfiq Cabiroğlunə qədər istedadlı idisə, bir o qədər də yumorlu, duzlu, dostların yanında dərdini danışmayan adam kimi tanınırdı. Mən bir dəfə görmədim ki, o, öz həyatından,taleyindən, dərdindən-kədərindən söhbət açsın. Hansı ki, Müşfiq atasınıitirmişdi, anasını itirmişdi və ən nəhayət, üç qardaşını itirmişdi. Bu dünyaboyda dərdi Müşfiq Cabiroğlu heç kəsə, heç kimə ağrı-acıyla danışmazdı. Əksinə,o, dostları ilə görüşəndə bu ağır dərdləri unudar, onlara sevgi, məhəbbət ərməğanedərdi.

Tanınmış şairlərdənvə publisistlərdən Musa Ələkbərli, MahirQabiloğlu, Arzu Nəbioğlu, Təbriz Novruzlu, Rasim Nəbioğlu, Elçin Kazımi, AtaşHüseyn, Qafar Əsgərzadə, Elşad Dağlı, Emil Cəfərov, Vüqar Xızılı Müşfiqin ölümüilə bağlı bir-birindən rəngarəng, bir-birindən yaddaqalan və bir-birindən fərqliyazılar qələmə alıblar.

Bax, həminyazılarda bir daha hiss edirsən ki, Müşfiq Cabiroğlu ölməyib. Sadəcə olaraq, o,dünyasını dəyişib. Çünki Allaha böyük sevgisi olan, bu dünyada öz izini qoyan, sevgisini, məhəbbətini insanlarapaylayan işıqlı adamlar heç vaxt ölmürlər. Ən azından onu xatırlayan sonuncuadam ölənə qədər o yaşayırlar. Müşfiq Cabiroğlunun da on minlərlə oxucuları,dostları və sevdiyi insanlar tez-tez xatırlayır və yada salırlar. Deməli,Müşfiq Cabiroğlu bu gün də sağdı və aramızdadı...


TƏQVİM / ARXİV