adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Gecələr şair kimi ağlamaq da olar - Emin Piri yazır

Emin Piri
77754 | 2020-02-21 09:30

Aqil Abbasın Gənc Ədiblər Məktəbində gənclərləgörüşü keçirilirdi. Ona göndərilən birinin yazısından bəhs etdi. Yazıda deyirki, ermənilər azərbaycanlıları doğrayıb xaş bişirdi. Biz həqiqətləri üzəçıxarmaq istərkən ya bayağılığa yol veririk, ya da öz həqiqətimizi üzümüzə-gözümüzəbulaşdırırıq. Bu cür yazılardan qaçmaq lazımdır, elə həqiqəti olduğu kimi vermək,baş verən faciələri bayağılaşdırmadan yazmağımız bəs edər. Onsuz da Qarabağdabaş verənlər nə insanlığa sığır, nə də digər canlı əməlinə. Boş yerə əsrin faciəsidemirik. Bayağılıqdan, pafosdan qaçmaqla həqiqətləri bədii güclə verməkbacarığı əsas qayə olmalıdır...

Sevindim- Azərbaycan prezidenti İlham ƏliyevləErmənistan baş naziri Paşinyanın görüşü zamanı ermənilərin diplomatiyadabiabırçı məğlubiyyətinə. Tarixin, faktların, əsl həqiqətin dövlət rəhbərləri səviyyəsindəüzə çıxmasına... Müxalifli, iqtidarlı, hansı düşərgəni təmsil etməsindən aslıolmayaraq təmsilçilik hamımız üçün əsas olmalı, buradakı uğurlara sevinməliyik.Diplomatiyada bu, hər hansı şəxsin deyil, bütöv Azərbaycanın, azərbaycançılığıntəmsilçiliyidi, özüdür.

Üzüldüm- biz gör, kimlərlə müharibədəyik. Kimlərbizim torpağımızı işğal edib. Bu cür savadsızın təmsil etdiyi xalqa? Həyasızarvadlar kimi yanlışlarını deməkdə davam edən bir şəxsin mənsub olduğu millətləmüharibədə olmaq da bir bədbəxtçilikdir. Ermənilərdən daha güclü, daha böyükölkəylə müharibədə olsaydıq, bu , o qədər məni üzməzdi.

Bəli, dünya da əslində bu torpaqlar kimindir,kimə məxsusdur bilir. Hətta dünyadakı elm, texnologiyanın inkişafı, yüz illərləöncənin tarixini üzə çıxarmaq, DNT analizlərindən və.s-ə kimi bilməyə bəsedir. Eyni zamanda dünya bilsə belə bu kapitalist zamanında işəyaramır. Necə ki, BMT-nin işğal rayonlarla bağlı qətnamələri var. Dünya gücləriniöz maraqlarından başqa bir şey düşündürmür. Artıq bu cür diplomatik sevinclərdənsəngər, cəbhə sevgisi yaşamaq mərhələsinə keçmək lazımdır. Aprelin ardını gətirmək , "may”ı, "iyun”u,"iyul”u dadmaq lazımdır.

Bəzən ideologiyadan yanaşaraq Qarabağa fərqlimünasibət sərgiləyənlərin əməli də, sözləri də "iyrənc”dir. Elə Paşinyan kimi həmdə savadsızcadır. Qarabağ məsələsi bütün ideologiyaları aşmış problemdir.

Millətçilik? Millətçilik o zaman faşizmdir ki,sənin haqqını mənsub olduğun millətə görə almırlar. Sənsə durduq yerə millətçilikedirsən. Amma Qarabağ həm də millətçilərin məsələsidir. Çünki ordakı xalq azərbaycanlı,türk olduğuna görə soyqırıma məruz qalıb, torpağından qovulub.

Kommunist, sosialist? Erməni güclü sinif kimiazlıqda olmasına baxmayaraq ermənidən başqa digər sinfi , xalqları torpağındanqovubsa, torpağını mənimsəyibsə, bu elə kommunistlərin də problemi olmalıdır.

Liberal-demokrat? Qarabağdakı əhalimal-mülkündən məhrum olubsa, liberal haqları əlindən alınıbsa bu eləliberal-demokratların problemidir.

Dindarlar? O topraqlarda türklər, kürdlər, müsəlmanlarməxsus olduğu dinə görə öldürülüb. Ibadət yerləri( məscidlər) fərqli dinin məbədləriolduğuna görə dağıdılıb. Bu, elə dindarların, müsəlmanların problemidir.

Qarabağda Azərbaycan səngərində duran ermənin də anası-bacısı varmış. Haqlısınız, var. Elə bizim də var. Guya məcburəngöndərilirmiş onların liberal əsgərləri. Onlara güllə atmaq olmazmış. Və digərmışlar, müşlər...O erməni əsgəri "niqodnı” bileti alsın, özgə torpağına xidmətəgəlməsin. Pulu yoxdursa fərarilik etsin, digər ölkənin vətəndaşlığını alsın və.s.i.Bir sözlə, erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından.Onsuz da yenə fərqli səbəblər tapassınız. Yenə ayrı mışlar, müşlər...

Adamı yandıran ermənilər yox, daha çox onlarahaqq qazandıran, içimizdəki "humanizm” adı altında niyyətini pərdələyənyazarcılaq, jurnalistciklər və digər cıqlar, ciklərdir.

Hə, keçək ordakı əsgərlərə. Əmin olun ki,Qarabağda duran erməni əsgərinə azərbaycanlını görən kimi vurmaq hava-su kimilazımdır. Azərbaycanlını öldürmək erməni əsgəri üçün medaldır, məzuniyyətdir, gələcəkdəkaryera yüksəlişidir.

Bəzən insan içində ikili ruhlaşma hiss edir.Hisləri, düşüncələri onun cismində iki ruh yaradır. Şair-hərbiçi-vətəndaş.Ağdamda səngər xidməti keçərkən üç erməniəsgəri öldürülmüşdü. Koordinatları verdik, məlumat təsdiqləndi. "Aşağı” düşəndəsevincimdən qonaqlıqlar verdim. Erməni əsgərlərinin öldürülməsinə görə. Içdim vəiçdim. Sonra səhərə kimi ağladım. Indi olsa nə edərdim? Məncə yenə içərdim vəağlardım. Şairlik bütün bunlara mane olmamalıdır. Haqq uğrunda, dövlətin üçündöyüşməkdən qaçmaqçün yalançı kosmopolitbayrağı altında gizlənməyə dəyməz. Onsuz da gündüzlər vətəndaş mövqeyin varsa, gecələr şair kimi ağlamaq da olar. Əsas odur içindəki iki ruhdan birini digərinin ayağına verməyəsən.Nə şairi vətəndaşa, nə vətəndaşı şairə...

TƏQVİM / ARXİV