adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kişi sevər də, gəzər də – Emin Piri yazır

Emin Piri
94846 | 2020-02-21 09:04

İkidostumla söhbətləşirik. Söhbət əsnasında dostumun biri dedi ki, sovet vaxtı vəzifəli, evli adamı sevgilisi iləyaxalasaydılar işdən çıxardırdılar. O biri dostum da qayıtdı ki, bəs, SSRİ onagörə dağıldı da...

Biz bəzənsadə həqiqətlərdə böyük nələrsə, mürəkkəblik axtarırıq. Məhz bu! SSRİ-nidağıdan səbəb.

Bizimxanımlar eqoistdir. Dinimiz belə dörd arvadı halal buyurduğu halda bunlar özündənbaşqa, ikinci sevgiliyə dözmürlər. Hələ üçüncünü, dördüncünü demirəm. Allahgöstərməsin, yaxalasalar, nələr olar, nələr!Bəs, bu yazıq kişiləri niyə qoymursunuz dinimizin qaydalarını yerinə yetirsinlər?Niyə onların möminlik istəklərinin üstündən xətt çəkirsiniz?

Puluvarsa ayrı sevgilisi olsa dünya dağılmayacaq, ha?! Zəhmət çəkib qazanıb. Tək sənəmixərcləsin qazandığını? Bu qədər qəddar ola bilməzsiniz!

Maraq,ehtiras?! Əmin olun, qıraqda sevgili saxlamaq üçün bunlar səbəb deyil. Kişilərinkövrək qəlbi, çiçək kimi həssas düşüncələri, insani sevgiləridir buna səbəb.Uşaq saflığı qədər məsum qəlbləri onlara edilən təkliflərə "yox” deyə geriçevirəcək qədər qəddar deyil. Bəli, məhz insanlıq naminə, təklifi geri çevirərəkbir xanımı üzməmək üçün. O qəlbə, o böyük ürəyə yalnız alqış düşür. Nəinki,qınamaq.

Deyirlərkişilər pullandıqca qıraqda sevgili həyatı qurur. Böhtandır, vallah, böhtan.Siz o cür varlığa belə şər atmağa heçmi utanmırsınız? Səbəb pullandıqdan, vəzifəyəsahib olduqdan sonra kimisə saxlamaq istəyi deyil, qazandıqlarını başqalarıylabölüşmək istəyinə görədir. Qazandığı pulu tək yeyəndə boğazlarından keçmir. Məhz,bu səbəbdən öz zəhmətlərinin, əməklərinin qarşılığında əldə etdikləri başqa birxanımla da bölüşür, paylaşır. Necə də gözəl niyyət, saf əməldir bu!

Əhsən,belə sevgiyə!

Sizinyadınıza gəlməz, o vaxtı ABŞ prezidenti Bil Klintonu Monika adlı bir xanımlatutmuşdular. Yazığın başına oyunaçdılar. ABŞ-ın Iraqı bombalaması bir kənarda qalmışdı, sanki əsas problembuymuş. Yazıq vəzifəsini belə itirəcəkdi. Axırda Monika Klintonla yaşadıqlarınıkitab şəklində çıxardı. Milyondan artıq tirajla satıldı. Kimsə bu kitablara görəsağ ol demədi. Halbuki, dərinə getsək bu xəyanət kitab dünyasına xidmət etdi. Təsəvvüredirsinizmi, milyondan artıq kitab.! Kitab bazarı inkişaf etdi, insanlar kitabameylləndi, kitab oxumayanlar belə bu macəraya görə o kitabı aldılar. Hətta okitab dünyanın müxtəlif ölkələrində çapdan çıxdı. Bu xəyanət bəşəriyyətə, bəşəriideyalara, kitaba, elmə xidmət etdi. Amma kimdir kişilərin belə zəhmətini qiymətləndirən?!

Haçanbaxırsan, qadına şiddətə görə yazılar, məhkəmələr və.s. Amma demək olar ki, kişilərin qadın zorakılığına məruzqalmasıyla bağlı bir fakta rast gəlməzsiniz. Olsun, lap az, barmaq sayda.Halbuki xanımlardan daha çox şiddətə məruz qalırlar. Axı, onlar biri tərəfindənqadınlar kimi yalnız əri tərəfindən danlanmır. Tək arvadı yox, hələ sevgilisi,hələ bundan kənarda virtual sevgilisi, hələ rayondakı, qonşu məhlədəkini nəzərəalsaq bədbəxtliyin mənzərəsini ölçə bilməzsiniz. İndi gördünüz kim şiddətə dahaçox məruz qalır? Sadəcə abırlarınaqısılır, utanır, münasibətləri bitirməmək, xanımları məhkəmələrdə çürütməməküçün bu addımı atmır, içlərində çəkir bu həyatın amansız, haqsız, dəhşətağrılarını, qadın şiddətini.

O ki,qaldı yaxalanmağa? Bax, bu pisdir. Həqiqətən pis əməldir. Kişi sevər də, gəzər də. Gərək üzünə-gözünəbulaşdırmasın. Bax, bu, əsl günahdır, səniheç kim xilas edə bilməz. Məşhur şərq nağıllarında oxuduğum kimi qadın yıxanevi heç Allah da düzəldə bilməz.

Yadımadüşmüşkən, kompüteri söndürmədən bir əhvalat danışım. Bir kişi həyat yoldaşı ilərestoranda nahar edirmiş. Yan masada oturan xanımı görəndə bu kişi qalxıb salamverir. Təbii, yoldaşı o xanımın kim olduğunu soruşur. Kişi başlayır.

Bəs,bilirsən, maaşım çox azdır. Amma bizim evi kim aldı?-Əlbəttə, o xanım.

Yaydaxarici ölkəyə istirahətə gedirik, onun pulunu kim ödəyir?-Əlbəttə ki, o.

Maşınımıdemirəm hələ, onu kim alıb?-Əlbəttə, o.

Sənəaldığım bahalı hədiyyələr, ətirlər, geyimləri bu maaşla ala bilərəm?-Əlbəttəki,bütün bunları bizimçün edən, məni saxlayan o xanımdır.

Biraz vaxt keçir. O dedikləri xanımın yanında başqa bir xanım da oturur.

Bu kərəarvad soruşur: Bəs, onun yanında oturan qadın kimdir?

Əricavab verir ki, o da dostum filankəs kişini saxlayan qadındır.

Bu kərəarvadı o iki qadını diqqətlə izləyərək deyir: Bizimki daha qəşəngdir!


TƏQVİM / ARXİV