adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: VAHİMƏ

FAİQ QİSMƏTOĞLU
45676 | 2020-02-28 09:47

İkiildən, bir ildən bir dünyada vahimə yaradan bir məsələni ortaya atırlar: yadeyirlər "quş qripi” var, ya deyirlər "donuz qrpipi” yaranıb, ya da deyirlər, təzəbir zad çıxıb, məsələn, koronavirus! Bunlar nə şeydisə, gün kimi aydındır ki,dünyanı idarə edən və təlatümə salan qüvvələr tərəfindən ortaya atılır. Əgərbelə olmasaydı, bu vahimə yaradan viruslar zamanı qiymətlər bahalaşmaz, qıtlıqyaranmaz və dünyanın altı üstünə çevrilməzdi.

İndi nə qədəranlamaz və qanmaz olmalısan ki, bu təzə zadı da çıxaranların dünyanı idarə edənqüvvələr olmasını bilməyəsən. Və bu təzə zad da koronavirusdan ibarətdir. Heçkim kar, kor və lal deyil. Və heç kəs də anlamaz və qanmaz deyil. Hamı qəşəngbilir ki, dünyada iqtisadi cəhətdən iki güclü ölkə var: biri ABŞ-dı, biri dəÇin Xalq Respublikası! Çin Xalq Respublikası dünyada yeganə ölkədir ki, ordakommunist partiyası hakimiyyət başındadır. Və dünyanı dağıdan Amerika da gecə-gündüzdüşünür ki, balam, necə eləyək, böyükSSRİ-dən sonra yeganə kommunistlərin hakimiyyətdə olduğu Çini dağıdaq. Bir tərəfdənİranı dağıtmaq istəyirlər, bir tərəfdən Rusiyanı parçalamaq istəyirlər, bir tərəfdəndə Türkiyəni bölməyə çalışırlar. Hərəsinidə ABŞ bir yolla çökdürmək istəyir.

Çində elə-belə dövlət deyil ha! Dünyada iqtisadiyyatına görə, 2-ci yerdədi, əhalisinəgörə isə 1-ci pillədədir. Səhv eləmiriksə, Çin Xalq Respublikasının əhalisi birmilyard yarıma yaxındır. Üstəlik də dünyanın hər yerində istehsal etdiyi məhsullarbazarlarda hökmranlıq eləyir. Heç buna Amerika imkan verərmi? Bu virusu dayaradan və yayan məlum qüvvələrdir. Çünki onlar bu virusun cəmiyyətə buraxmaqla milyardlarla dollar qazanırlar. Əvvəlvirus yayırlar, sonra da onun müalicəsivə yayılmaması üçün yeni vaksinlər, qoruyucu vasitələr istehsal edilir.

Nəböyük hadisə olub?! Çin kimi böyük bir ölkədə koronavirusdan 5-6 min adamdünyasını dəyişib. Deyilənlərə görə, 40-50 min adam bu virusa yoluxub. Əksəriyyətmüalicədən sonra sağalaraq həyata qayıdıb. Bu günlərdə isə bildiriblər ki,koronavirusa qarşı bəs peyvənd tapılıb. O peyvəndi vurandan sonra insanlarvirusa yoluxmayacaq. İndi dünyada çox böyük bir vahimə yaranıb. O vahiməni dəyaradan kimlərdi? Bu da həmin ölkələrə gün kimi aydındır.

ArtıqAvropa ölkələrinə və qonşumuz İrana da deyilənlərə görə, bu virus gəlib çıxıb.Amma İranın səhiyyə naziri də bildirib ki, koronavirusa yoluxan və bu xəstəlikdənölən bir nəfərin adını və soyadını gətirib bizə göstərsinlər, biz də razılaşaq.İranın adını bu xəstəlikdə hallandıran da onun düşmənləridir. İran səhiyyəsiçox yüksək səviyyədədir və hər cür xəstəliyin qarşısını öncədən almaq imkanınamalikdir. Bu iranlı səhiyyə nazirinin fikirləridir. Bəlkə də səhiyyə nazirihaqlıdır. Ən azından ona görə ki, Amerika kimi nəhəng bir dövlət bu ölkəyəqarşı iqtisadi sanksiya tətbiq etməklə yanaşı, əks təbliğat da aparır. Və bir dəİranda koronavirusun yaranması qonşu olaraq bizi də narahat etməyə bilməz.

Qripxəstəliyinin müxtəlif formaları mövcuddur. Dünya səhiyyəsinin və eləcə də bizimhəkimlərin bildirdiyinə görə, elə bu koronavirus da qripin bir formasıdır. Həril dünyada qripin müxtəlif formalarından 250-500 min arasında insan dünyasını dəyişir.Ən çox da ağ ciyərində vərəm xəstəliti olanlar və digər problemlər yaşayaninsanlar qripə yoluxarkən daha gec sağalır, yaxud da xəstəliyi ağır olanlarmüalicə edilməsinə baxmayaraq, dünyasını dəyişirlər. Necə olur ki, bir gündədünyada avtomobil qəzası zamanı 20 min adam ölür, amma bunun barəsində heç kəshəyəcan təbili çalmır və vahiməyaratmır? Bu gün birmənalı olaraq deyə bilərik ki, bu virusa qarşı müalicədən vəmaarifləndirmə işlərindən çox əksər ölkələrdə və eləcə də bizim ölkəmizdə müəyyənqüvvələr vahimə yaradırlar.

Məsələn,bu yaxınlarda sosial şəbəkədə bir səs yayılıb. Guya həmin səs də bir həkimə məxsusdur.Səs sahibi deyir ki, Azərbaycanda koronavirus var və bundan çoxları yoluxa bilər.Bu səsin də sahibini hüquq-mühafizə orqanları axtarıb və tapıblar. Həmin səsinsahibi polisə dəvət olunub, ifadə verib ki, elə özümdən bu məlumatı yaymışamki, camaat gülsün. İndi görün bizim düşüncəmiz nə gündədir. İnsanları güldürməküçün hətta koronavirusun Azərbaycana yayılmasını belə deyirlər. Hansı ki,sosial şəbəkədə yalan və gerçək yayılan bir xəbər ildırım sürətilə cəmiyyətiniçinə daxil olur və böyük narahatlıq yaradır. Əlaqədar qurumlar bu məsələniaraşdırıb aydınlıq gətirənə qədər camaat vahimə içində olur.

Düzdür,dövlətimiz bu virusun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər görür, həmAğciyər xəstəxanasında, həm də Bakı şəhər Klinik Xəstəxanasında hər cür şəraityaradılıb. Yəni viris ola biləcək şübhəli şəxslər ölkəmizə keçid məntəqələrindəciddi yoxlanılır, yüksək hərarətlə ölkəyə gələnlər nəzarətə götürülür və şübhədoğurusa, xəstəxanaya aparılır. Artıq bir neçə gündür ki, metronun bütünstansiyalarında və ictimai nəqliyyat olan avtobuslarda koronavirusa qarşıdezinfeksiya tədbirləri aparılır. Məktəblər, uşaq bağçaları və digər ictimaiyerlər dezinfeksiya edilir, nəzarətdə saxlanılır.

Çoxtəəssüf ki, televiziya kanallarında koronavirusa qarşı maarifləndirici vəqabaqlayıcı tədbirlər yetərincə deyil. Əksər kadrlar xarici kanallardangötürülür və bizim televiziya əməkdaşları da çox bəsit, primitiv şərhlər verirlər.Bu, təbliğatdan, maarifləndirmədən çox, əks təbliğata və vahiməyə çevrilir.

Bugün Bakıda bir maska ojiataj yaranıb. Əhali necə vahiməyə düşübsə, əksəriyyətapteklərə qaçır, ordan maskalar alırlar. Əhalinin vahiməsindənsə ən çox aptekmüdirləri və onun əməkdaşları qazanırlar. Məsələn, əvvəllər 10 qəpiyə satılanmaskalar 20-30-50 qəpiyə və bəzən də 1 manata satılır. Adətən maskanı o adamtaxır ki, o, virusa yoluxur və ölkədə də virusla bağlı karantin elan olunur.Bizdə isə nə o virus aşkarlanıb, nə də karantin elan edilib. Əcəba, bəs nolubki, bu camaat apteklərə qaçıb 5-6 qat baha qiymətə maskalar alırlar? Aptekmüdirlərinin isə çiçəyi çırtlayır, qaz vurub qazan doldururlar, Hətta elə adamvar ki, 10 maska alır. Artıq bəzi apteklər maskaları baha satmaq üçün 10 ədəddeyil, bir, ya iki ədəd verirlər.

Bugün əhalinin koronavirusla bağlı maarifləndirilməsinə çox böyük ehtiyac var. Buişdə müxtəlif televiziya kanalları, saytlar və sosial şəbəkə çox böyük roloynaya bilər. Ancaq gərək bu maariflənmə işləri də elə aparılsın ki, əhalidəvahimə yox, nikbinlik və düzgün seçim yolu yaratsın. Çünki bu gün insanlarındüzgün maarifləndirilməsinə və cəmiyyətdə özlərini təhlükəli viruslardanqorumasına çox böyük ehtiyac var. Əgər bu addımlar yerətincə ciddi atılsa,insanlar düzgün maarifləndirilsə, nəinki koronavirusun qarşısını almaq olar, həttaən təhlükəli xəstəliyi belə dəf etmək mümkündür. Yetər ki, qara qüvvələrinsanlar arasında vahimə yaratmasınlar.


TƏQVİM / ARXİV