adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Türkmənistan kosmosa köçür, türkmənlər xaricə - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
100119 | 2020-02-28 09:42

Türkmənlərin Arxadağ təxəllüslü başçısıQurbanqulu Berdımühəmmədov yeni nəhəng bir layihənin icrasına başlayıb. Onun buil ölkənin müstəqilliyə qovuşmasının 30 illiyl ilə bağlı Aşqabadda 300 metrlikmonument ucaldılmasıyla bağlı qərarının yaxın hədəfi hələlik Eyfel qülləsinin vətəniFransaya çatmaq olsa da, müstəqillik dönəmində ölkədə aparılan monument siyasəti göstərir ki, bu xəmir xeyli su aparacaq.

Qonşu və qardaş ölkədə monumentbazlığın əsasını indikiölkəbaşının sələfi Saparmurad Türkmənbaşı Niyazov qoymuşdu. Söhbət bir vaxtlar müstəqilölkənin bəzəyi sayılan, ölçüləriylə qibtə doğurmasa da, məzmunuyla bütün türkmənləriheyran qoyan, gecə-gündüz dur demədən fırlanan arkadan gedir. Təpəsində Türkmənbaşınınqızıla çəkilmiş 12 metrlik heykəli quraşdırılmış, zahirən günəşlə. əslindəsəYer Kürəsiylə baş-başa verərək sutkada öz oxu ətrafında bir dəfə dövrə vuran buarka artıq on ildən çoxdur fırlanmasa da, parıltısı hələ uzun illər görənləringözlərini qamaşdıracaq. Onun gecələrdaha gur bərq vuran qızılı şölələri təkcə Türkmənistanı nura boyamır, türkmənlərinqaranlıq yoluna işıq salmırdı, həm də pəncərələrin şüşələrindən, bacaların deşiklərindən,damların, barıların çatlarından içəri dolaraq onların evlərini və özlərini himayəedir, məzlumları ciddi nəzarət altına alaraq daxili bədxahların şər-şəbədəsindən, xarici düşmənlərin xata-balasından qoruyurdu.

Düzdür, Türkmənbaşının yerinə gələn Arxadağ sələfinəsadiq xələf olmadı, ona asi çıxdı. Amma o da segisini türkmənlərdən əsirgəmədi,müqəddəs kurallara toxunmadı, fərdin taleyini özünə, toplumun gələcəyini daxilivə xarici qara qüvvələrə etibar etmədi. Hakimiyyətə gəlib möhkəmlənəndən, özünəarxayın olandan sonra, sadəcə, abidəninyerini, adını və təyinatını dəyişdi. Təpəsindəki qızılı suyuna çəkilmiş heykəlitarixin zibilliyinə tulladı, ölkənin neytral dövlət olması şərəfinə ucaldılmışmürəkkəb kompazisiyalı arkanı sadələşdirərək onu müstəqilliyin 20 illiyinə həsrolunmuş monumentə çevirdi, yerini dəyişərəktəxəllüsünə uyğun olaraq Köpədağa söykədi. Boyunusa toxunmadı, hətta onu daha20 metr uzadıb 95 metrə çatdırdı.

Zaman xüsusilə Türkmənistanda daha sürətlə irəlilədiyiüçün indi həmin abidə də günün tələblərinə cavab vermir. Əgər müstəqilliyin yaşı,nə az, nə çox, düz on il artaraq 30-a çatıbsa, deməli, abidə də böyüməlidir.Yoxsa, bunun nəyi müstəqillik oldu ki?! Arxadağ da elə millətin bu ehtiyacını nəzərəalaraq 2020-ci ildə Aşqabadda 300 metrlik yeni bir müstəqillik monumenti ucaltmağaqərar verib. Bu qərar həm də qardaş ölkənin gələcək inkişaf perspektivlərininanonsu kimi qiymətlidir. Deməli, bundan sonra müstəqillik abidələrinin boyu dayaşı kimi yuvarlaqlaşacaq. 40 illiyə 400, 50 illiyə 500 metrlik monument və s.Bu minvalla 50 illikdə Moskvanın Ostankino qülləsiylə, 80 illikdə isə DubaydakıXəlifə Bürcüylə yarışmaq imkanı yaranacaq. Əgər bundan sonra dünyada yeni birhündür bina tikilməsə, 90 illikdə marşurut artıq açıq fəzaya çıxaraq kosmasadoğru istiqamət götürəcək.

Ancaq bu yolda qarşıya bir neçə mühüm əngəlçıxabilər ki, bunları nəzərdən qaçırmamaq lazımdır. Birincisi, zaman problemidir.Arxadağ nə qədər ki, özünə Bibliya peyğəmbərlərinin təxəllüsünü götürməyib,onun əsrlər boyu yaşaması sual altındadır. Odur ki, varis məsələsinə diqqətləyanaşmalı, Türkmənbaşının səhvini təkrarlamamalıdır. Üstəlik, varislər də daim sədaqətlivaris tapmaq prinsipinə əməl etməlidirlər.

Bu sahədə işlər hələlik yaxşı gedir. Artıqekspertlər onun oğlu Sərdarı öz yerinə hazırlamaq üçün konkret addımlaratdığını söyləyirlər. Ötən il Arxadağın bir müddət televiziya ekranlarındagörünmədiyini, yəqin, çoxları xatırlayır. Təxminən bir ay o, türkmənləri özününat çapmaq, maşın sürmək, güllə atmaq kimi şoularından feyziyab olmaqdan, şirinnəğmələrindən həzz almaqdan məhrum eləmişdi. Təbii ki, xalq nə qədər itaətkarolsa da əvəzolunmaz liderləri gözləriönündən itəndə ağzını dinc saxlaya bilmir, dedi-qodunun biri bir qəpik olur.

Təzədən ekranlarda peyda olandan sonra attığıaddımlar da göstərdi ki, ölkəbaşı əslində sağ-salamat və sapsağlam imiş, müəmmalıqeybə çəkilməkdə məqsəd xalqın və məmurların sayıqlığını və sədaqətini sınağa çəkməkmiş.Qayıdan kimi sınaqdan çıxmayanların çarmıxa çəkilməsi prosesi başladı. ƏvvəlcəDaxili işlər nazirini işdən çıxardı və damladı. Sonra başqalarını. Bu günlərdəsəMilli təhlükəsizlik naziri vəzifəsindən azad olunub, indi hamı səbirsizlikləonun damlanacağı günü gözləyir. Bütün bu hoqqalar yeni varisin işiniasanlaşdırmaq üçün strateji postları daha üzüyola və sözəbaxankadrlarla möhkəmləndirmək məqsədilə törədilir. Ola bilsin ki, bu cür sınaqlar vəyerdəyişmələr ən iddiasız kadrlar tapılana kimi hələ uzun müddət davam eləsin.

Avtoritar ölkələrdə yeni varisin təqdimatının damöhtəşəm və gözqamaşdırıcı olması yazılmamış qanunların siyahısındadır. İndi Sərdarıntəşəbbüsü və rəhbərliyiylə ölkədə 1,5 milyardlıq yeni şəhər salınır. Çox gümanki, bu şəhər də qlamur tikililərlə, monumentlərlə, başı göyləri dələn qala vəbürclərlə zəngin olacaq. Ümumiyyətlə, səmərəsiz, bir az göz qamaşdıran, bir azvahimə yaradan tikintilərə aşırı məhəbbət bütün avtoritar rejimlərə xas olansevdadır. Bu onlara yalnız büdcə vəsaitlərini talamaq üçün yox, həm də güc vəqüdrət nümayişi üçün lazımdır. Rusiya kimi, Çin kimi ölkələrdə bu cür layihələrəona görə rast gəlinmir ki, onların öz güclərini nümayiş etdirmək üçün başqa resurslarıvar.

İkinci əngəl daha qəlizdir. Kosmos yalnız göycisimlərinin yox, həm də yaradanın qərar tutduğu bir məkan olduğundan onunla həssasdavranmaq lazımdır ki, qəzəbə tuş gəlməyəsən. Yoxsa, öz adlarını şöhrətəmindirməkdən ötrü məşhur Babil qülləsini tikənlərin taleyini yaşamalı olarsan.

İlahi qəzəb üçünsə səbəblər çoxdur. Bir vaxtlarbu ölkədə şörəyin, qazın və başqa zəruri malların guya havayı olması barədədolaşan əfsanələrə rəğmən iqtisadi durum gündən-günə pisləşir və artıq dözülməzmərhələyə qədəm qoyub. Məsələn, insanlar dövlət mağazalarından lazımi ərzaq məhsullarınıalmaq üçün səhər saat 6-dan mağazaların qarşısında, daha doğrusu, arxasındanövbəyə dururlar. Məhz arxasında, çünki dükanlarda ərzaq qurtarana kimi davameləyən bu növbələr o qədər uzun olur ki, üst-başlarından cır-cındır tökülənadamların küçə və prospektlərin qlamur mənzərəsinə xələl gətirməmələri üçünmağazaların qarşısında növbə tutmaq qadağan olunub.

Un, yağ,qənd, yumurta və bir çox digər zəruri ərzaq məhsulları talonla və məhdudnormada verilir. Özü də hər ailə yalnız iki adda ərzaq məhsulu ala bilər. Hərbir ailə üzvünə görə ayda 5 kilo un almaq olar. Üstəlik, son vaxtlar 8 yaşakimi olan ailə üzvüləri siyahıdan çıxarılıb. Bəzi vilayətlərdə hər adambaşına nəzərdətutulan çörək norması ikidən birə endirilib. Əgər kimsə ölkənin bir şəhərindənvə ya rayonundan digərinə gedibsə, bu məhsulları almaq üçün bir neçə idarədənlazımi arayışlar toplamalıdır.

Təbii qaz ehtiyatlarına görə dünya üçüncüsü olanölkədə əksər evlərdə və mənzillərdə camaat qışı çör-çöp yandırmaqla birtəhəryola verir.

Pambıq yığımı mövsümü zahiri təmtərağına görəSovet dövrünün atəşfəşanlığını da kölgədə qoyub. Keçən il planın yarısı qədər məhsulyığılmasa da onun öhdəliklərlə birlikdə artıqlamasıyla yerinə yetirilməsi barədəgurultulu raportlar ölkəni başına götürmüşdü. Bu kampaniya vaxtı keçmiş ənənələrəsədaqətlə əməl olunur. İnsanlar küçələrdən tutulub maşınlara basılaraq pambıqyığımağa aparılır, sərnişin nəqliyat daxil olmaqla bütün nəqliyyat infrastrukturubu prosesə cəlb olunur. Məhz buna görə ABŞ başda olmaqla bir çox Qərb ölkələrininonlarla firması Türkmənistandan pambıq almağı dayandırıb.

Mövsümün sonundasa qabaqcılları mükafatlandırmamərasimi keçirilir. Onlar öz pullarına təzə və müasir bir televizor alıb gətirir,sonra da həmin televizor hədiyyə kimi özlərinə təqdim olunur. Təzəsini almağagücləri çatmayanlara isə evlərindəki köhnə televizoru təzə qutulardaqablaşdırıb gətirmək tapşırılır. Mükafat kimi daha çox televizorun seçilməsi dətəsadüfi deyil. Gecə-gündüz Arxadağın rəngarəng şoularını göstərdiyinə görətelevizor bu ölkədə ən strateji məişət avadanlığı sayılır.

Bir sözlə, indi bu ölkədə təkcə alabaşlar vəaxaltəkələr adam kimi yaşayır. Arxadağ türkmənlərin, onlar da Arxadağın arxasıolduğu üçün türkmənlər ona, o da Türkmənistanın qüruru olan bu cinslərədayaqdır, onların rahatlığı və firavanlığı üçün heç nəyi əsirgəmir, bir-birindəngözəl fermalar, zavodlar inşa etdirir.

Bütün bu çətinliklərin məntiqi nəticəsi olaraqmiqrasiya geniş vüsət alıb. Nə qədər qanuni və bürokratik maneələr yradılsa da,40 yaşdan aşağı insanların ölkədən getməsinə rəsmi qadağa qoyulsa da, kimi qaçaq,kimi də rüşvət verməklə başını götürüb qaçır. Üçüncü əngəlsə budur. Bəs,cavanlar çıxıb getsə monument ucaltma meydanlarında kimlər işləyəcək? Qocalarınbu ağır və şərəfli işləri görməyə taqətləri çatacaqmı?

M.Cavadoğlu

İndi bu ölkədə təkcə alabaşlar və axaltəkələradam kimi yaşayır. Arxadağ türkmənlərin, onlar da Arxadağın arxası olduğu üçüntürkmənlər ona, o da Türkmənistanın qüruru olan bu cinslərə dayaqdır, onlarınrahatlığı və firavanlığı üçün heç nəyi əsirgəmir.


TƏQVİM / ARXİV