adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: İMAM MUSTAFAYEV KOLXOZ SƏDRİNƏ NƏ DEDİ?..

FAİQ QİSMƏTOĞLU
56111 | 2020-02-28 15:26

... Bir çoxları,daha doğrusu, dostlarım məni qınayır ki, Bəhmənlidən nə qədər yazı qələmə almaqolar? Mən də deyirəm ki, ay qardaşlar, Füzulinin Böyük Bəhmənli kəndində onmindən çox insan yaşayır. Deməli, mən hələ Bəhmənlidən minlərlə yazı qələmə alabilərəm. Çünki bu kəndin başqa yaşayış məntəqələrinə bənzəməyən qeyri-adi adət-ənənələri,milli dəyərləri və xüsusiyyətləri var. Və bu kəndin o qədər mərd kişiləri, mərdağsaqqalları olub ki, nə qədər yazsam, yenə də azdır. O kişilər, o ağsaqqallaradi insanlar və adi ağsaqqallar kimi deyillər. Ən azından ona görə ki, o böyükeli, o böyük yurdu ən çətin anda, ən çətin məqamda o kişilər xilas ediblər.

Zarafat deyil,qan davasını yatırasan, iki nəsil arasında sülh yaradasan və onları bir-biriləbarışdırasan. Bunu ancaq sözü daşdan keçən, sanballı və ağsaqqallığı ilə eləməyibacaran kişilər həyata keçirə bilər. O kişilər ki, min il bundan qabaq da olub,bu gün də var və min il bundan sonra daolacaq. Çünki o kişilər ləyaqəti, qüruru və namusu bütün dəyərlərdən yüksəktutublar...

Nə yaxşı ki, gəldiniz...

Pənah kişi bizimkəndin ən halal və zəhmətkeş adamlarından biridir. Və Pənah kişi həm də bizimləqonşudur. Daha doğrusu, bizim ata evindən çıxıb 100-120 metr gəlirsən, məktəbinyanından sola dönüb onların həyətinə girirsən. Və Pənah kişi biz uşaq ikənhamımıza çox doğma olub. Futbol oynayanda, qoyun-quzunu otarmağa aparandaonların və bizim evimizin yanındakı 500 illik yaşı olan çinar ağacının kölgəsindəəyləşib "xoşmətə” oynayanda bu kişi bizə yaxınlaşar və çox səmimi söhbət eləyərdi.Deyərdi ki, görürəm hamınız zəhmətkeş uşaqlarsınız, qoyun növbəsindən gəlirsiniz.Yaxşı ki, bu çinar ağacı var. Onun kölgəsi olmasa, yayın istisində otardığınızbu qoyunlar istidən birtəhər olar. Sonra Pənah əmimin oğlanları Gəncalı, Ələsgərgəlib o çinar ağacının kölgəsində bizimlə bir yerdə oynayardılar.

Pənah kişi həm dəmənim rəhmətlik atamla yaxın dost idilər. Çox vaxt əvvəllər zastava olan vəsonradan məktəbə çevrilən yerdə domino oynayardılar. Pənah əmim də həmin məktəbdətəsərrüfat işlərinə baxardı. Yəni məktəbin qışda odunu-ocağı vaxtında gətirilərvə təmir işləri də heç vaxt ləngiməzdi. O kişi həm məktəbdə təsərrüfat işləriniqaydaya salar, həm də səliqə-səhmana xüsusi diqqət yetirərdi. Və onu da deyərdiki, bu çörəyi mənə yuxarı məktəbin direktoru rəhmətlik Cavanşir müəllim verib. Bu kişinin əlindən həmdə çox yaxşı yemək bişirmək gəlirdi. Bizim kənddə xeyirdə-şərdə bütün yeməklərirəhmətlik Pəsi kişi, İrəvan və bir də Pənah kişi bişirib. Və onların bişirdikləriyeməyin dadından heç vaxt doymaq olmazdı. Birincisi, istər dolma olsun, istərsədə bozartma, hamısı ocaqda odunla bişirilərdi. Və odunla bişirilən yeməyin dadıbaşqa cür olurdu. Mən yazını kompüterdə diqtə edərkən baş redaktorun birincimüavini hörmətli Əbülfət Mədətoğlu dedi ki, bu günorta vaxtı o yeməkləri yadasalmaqla bizi qırmaq istəyirsən? Mən də dedim ki, Allah eləməsin, Bəhmənliyə gəl,nə vaxt desən, qohum-əqrabam ocaqda sənəbir bozbaş bişirsin ki, barmağının beşini də yalayasan. O da dedi ki, gələrəmha, amma sonra Qurbanəli bəy kimi qaçıb gizlənməyəsən. Qardaş, bizim nəsil bəynəslidir. Qonaq gələndə çiçəyimiz çırtlayır. İstəyirsən 10-15 nəfərlə gəl. Təkbizim qapıya deyil, hansısa bir Bəhmənlinin qapısına düşsən, sənə elə bir süfrəaçar ki, orda quş südü də taparsan...

Axı, Pənah əmimdəndanışırdıq. Bir il bundan qabaq böyük oğlu Bakıda yolu keçərkən avtomobil tərəfindənvurularaq dünyasını dəyişib. Onda yas yerində olanda çox səbrli idi. Çünkioğlunun dərdini ömür-gün yoldaşı Səkinə xala ilə bir çəkirdi. Axı dərd bir yerdəçəkiləndə daha yüngül olur. Bir dəfə kəndə gedəndə eşitdim ki, Səkinə xala rəhmətəgedib. Bizim hər birimizi Səkinə xala uşaqlıqdan çox istəyirdi. Mən də mamamoğlu Təbrizi götürüb Pənah kişigilə getdim. Evin mətbəxində əlini yuyurdu. Mamam oğlu Təbrizin səsini eşidib çölə çıxdı.Bizi görüb pilləkənlə həyətə düşdü. Həyətə düşməmişdən dedi qalxın evə! Dedik, evə qalxmağa ehtiyacyoxdu, bayırda yaxşı gün çıxıb, elə burda oturub dərdləşək. Əvvəl mənitanımadı. Sonradan bildi ki, Faiqəm. Səkinə xalanın rəhmətə getdiyindən təəssüfləndiyimizibildirdik və "Allah rəhmət eləsin, səbrinizi versin” – dedik. Amma gördük ki, həddindənartıq kövrəlib və gözləri dolub. Həddindən artıq kövrələn və gözləri dolan Pənahkişi qəhərli-qəhərli dilləndi:

- Rəhmətlik sonnəfəsinə qədər mənim nazımla oynayırdı. Hətta qəsdən məni acılayırdı ki, ürəyimondan sınsın. Uşaqlarım da ona irad tutanda deyirmiş ki, bunu bilərəkdən eləyirəmki, dədəniz məndən incisin və öləndə fikir-xəyal eləməsin!..

Bu sözləri deyəndənsonra Pənah kişi bir qədər də kövrəlir. Deyir ki, bu yaşda ailəni itirmək çox çətindir. Oğlum rəhmətə gedəndədözə bildim. Amma indi dünyaya sığmıram. Elə hara gedirəm səsi qulağıma gəlir.Sonra süfrəyə çay gətirirlər. O çaydan bir qurtum alıb dərindən köks ötürür. "SənAllah, çayınızı için” – deyir. Biz də çayımızı içirik. Mamam oğlu Təbriz Yasinoxuyur. "Fatihə” surəsini deyir və biz də ürəyimizdə həmin surəni təkrar eləyirik.Deyəsən, bundan dərdi bir qədər azalır və sonra da deyir:

- Nə yaxşı ki, gəldiniz,yoxsa ürəyim partlayırdı. Allah ölənlərinizə rəhmət eləsin...

... Bir az mənimatamdan danışdı, bir az rəhmətlik Nəsib əmidən danışdı, bir az da digərdünyasını dəyişmiş qohum-əqrabalardan söhbət açdı...

... Həyətdənçıxanda bir daha bizə öz razılığını bildirdi. Dedi ki, əziyyət çəkib gəlmisiniz.Təbii ki, bu bizim borcumuz idi. Axı rəhmətlik Səkinə xala biz uşaq olanda çoxnazımızla oynamış və əziyyətimizi çəkmişdi. Heç olmasa, biz də o qapıya getməkləona son borcumuzu verdik...

* **

Bizim kənddəkolxoz sədri işləmək elə də asan olmayıb. Elə bir kolxoz sədri olmayıb ki, Bəhmənlidə3-4 il işləyə bilsin. Ən yaxşı halda bir-iki il o vəzifədə ola bilərdi. Vəbir-iki ildən sonra narazılıqlar, söz-söhbətlər baş alıb gedərdi. Daha doğrusu,kolxoz sədri at oynadanda, haqsız yerə kimisə işdən çıxaranda Burcuvay kişi kimibir neçə ağsaqqal Bakıya gedər, ordan nümayəndə gətirər və bu nümayəndələr dəkolxoz sədrinin işini yoxlayar, nöqsanlarını aşkar edərdi. Təbii ki, nöqsanlarıolan kolxoz sədrini də ya işdən çıxarardılar, ya da cinayət məsuliyyətinə cəlbedərdilər.

Bir gün dəBurcuvay kişi eşidir ki, Mərkəzi Komitənin birinci katibi İmam MustafayevFüzuliyə gəlir. O da çıxır baş yola, görür ki, budur, Mərkəzi Komitənin birincikatibinin avtomobili gəlir. Özünü atır maşının qabağına, sürücü o dəqiqəsaxlayır. Birinci katib də maşındandüşür və deyir:

- A kişi,canından bezmisən? Niyə özünü maşının altına atırsan?

Burcuvay kişidillənir:

- YoldaşMustafayev, xahiş edirəm bizim kəndə dönəsiniz.

Birinci katib:

- Sizin kənddə nəbaş verib ki, ora gedim?

- Yoldaş katib,Bəhmənlinin kolxoz sədri bir neçə nəfəri işdən çıxarıb balalarını çörəksizqoyub. Onların heç bir günahı yoxdur...

... Birincikatib düz gedib Bəhmənlinin kolxoz həyətindəkiinzibati binasının yanına çatır. Oradabütün camaat toplaşıbmış. Kolxoz sədrindən narazı olanlar, razılıq edənlərhamısı burdaymış. Və İmam Mustafayevin maşınını görən kimi camaat o tərəfə gəlir.Maşın dayanır, İmam Mustafayev yerə düşür və ağsaqqallarla görüşür. Soruşur ki,bu kəndin kolxoz sədri kimdir?

Burcuvay kişi odəqiqə deyir:

- Müseyib!

Müseyib kişi irəlidurur və birinci katib də ona diqqətlə baxır.

İmam Mustafayev:

- Kolxoz sədri sənsən?

- Bəli, yoldaşMustafayev, mənəm!

- Niyə iki-üçkolxozçunu işdən çıxarmısan?

- Ona görəçıxarmışam ki, onlar dövlətin əmlakını mənimsəyib və cinayət eləyiblər.

İmam Mustafayevkolxoz sədrinin bu sözlərindən sonra bir qədər əsəbləşir:

- Onların cinayəteləməsini sən yox, hüquq-mühafizə orqanları müəyyənləşdirir.

- Yoldaş katib,o işlərin hamısını prokurorluğa vermişik.

İmam Mustafayevbir qədər də hövsələdən çıxır və deyir:

- Kimi işdənçıxarmısan, hamısını öz vəzifəsinə qaytar.

Müseyib kişi:

- Yoldaş birincikatib, qaytara bilmərəm!Çünki onlar cinayət eləyiblər. Sabah, biri gün bununüstü açılar, mənim özümü həbs eləyərlər.

İmam Mustafayev:

- Sənə yenədeyirəm, onları işinə qaytar!

Müseyib kişi:

- Dediyimdedikdi, məni tutsalar da, nə vaxta qədər kolxoz sədriyəm, onları işə qaytarandeyiləm.

Bu dialoq bir qədərdə davam edir. Amma kolxoz sədrini inadından Mərkəzi Komitənin birinci katibiİmam Mustafayev döndərə bilmir ki, bilmir...

... Bir müddətdənsonra Müseyib kişini kolxoz sədri vəzifəsindən çıxarırlar və özünü də həbsedirlər. Həmin hadisələrin şahidi olan vəbu gün 90 yaşını haqlayan Bəhmənlinin ağsaqqalı Talıb kişi deyir ki, əgər Müseyibkişi inadından dönsəydi, o vəzifədən çıxarılmaz və tutulmazdı. Amma Müseyibkişi də haqlı idi. Çünki o adamları işdən çıxarmasaydı və cinayət məsuliyyətinəcəlb etdirməsəydi, onun özünü də təhlükə gözləyirdi. Həbsxanadan çıxıb gələnMüseyib kişi deyirdi ki, bu gün də mənə bildirsəydilər ki, mövqeyini dəyiş, dəyişməzdim.Çünki mən haqlı və ədalətli yol tutmuşdum. Kişi dediyindən dözünrsə, o heç kişideyil.

Heç özüm dəbilmirəm bu söz-söhbət hardan yadıma düşdü? Bildiyim odur ki, biz uşaq vaxtı bubarədə çox eşitmişdik və Müseyib kişinin Mərkəzi Komitənin birinci katibindən çəkinmədənöz sözünün üstündə durması həmişə bizə çox qəribə gəlirdi. Yəni o kişi özmövqeyinə görə hər cür əziyyətə və məşəqqətə hazır olub. Və heç vaxt da elədiyihərəkət üçün peşimanlıq hissi keçirməyib. Hətta yaşlı nəslin nümayəndələri dədeyirlər ki, İmam Mustafayevlə söz güləşdirmək hər kişinin işi deyildi. Bunuancaq bəhmənlilər eləyə bilər. Və Bəhmənlidə bu gün də öz sözünün üstündəduran, mövqeyini dəyişməyən, əqidəsinə sadiq olan nə qədər böyük ağsaqqallar,ziyalılar var. O yerdə ki, haqqın olduğunu bilirsən, ona heç vaxt gözyummamalısan. Çünki haqqa göz yummaq gün işığına göz yummaq kimi bir işdir...


TƏQVİM / ARXİV