adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

“Şəhidlərə nifrət edirəm” - Emin Piri yazır

Emin Piri
138852 | 2020-03-13 09:24

Siz bilməzsiniz,"90-cı illər uşaqlar”ının nələr çəkdiyini?!

Bir az müharibə,bir az qaçqın taleyi, bir az da atasızlığın verdiyi göz yaşıyla etdiyimizyavanlıq-"90-ci illər uşaqlar”ının savaşı...

Birinci sinfinmüharibə uşaqlarıydıq. Müəlliməmiz şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yadedilməsini istəmişdi. Sinif yoldaşımız, şəhid oğlunun "mən şəhidlərə nifrətedirəm” sözləri pozmuşdu o sükutu... "Müəllimə, şəhid adı gələndə anamağlayır!” demişdi.

Siz bilməzsinizgöz yaşının isti dərdləri necə sərinlətdiyini!

Ayaqqabımızyırtılmasın deyə ayağımızın böyüməməsi üçün dua edən uşaqlar idik.

Ayağı böyüməsindeyə hər gün ayaqlarını ölçən uşaqların nə hiss keçirdiyini anlamazsınız!

Ermənistan-Azərbaycanmüharibəsindəki cəbhə xəttini xatırladırdı bizə məktəb bufetinin qapısı. O cəbhəxəttini- o qapını illərlə keçmədik. Qəpiyə güllə atan cibimiz cəsarətimizi əsiretmişdi. Görəsən, o qapının arxasında nə var deyə düşünərdik. Görəsən orda nəedirlər? Bizim üçün yadplanetlilər qədər müəmmalı idi bufet qapısından o tərəfdəkihəyat. Nəhayət, səkkiz il sonra cəsarət tapıb keçmişdim o qapını. Bu, həyatımınindiyə kimi ən böyük inqilabı, ən böyük üsyanı idi. Cibimizi yaxşı tanıyırdıq. Atamızındodaqlarının titrəməsindən bilirdik ciblərinin yalanını. Sinif yoldaşımınpıçıltısını eşitmişdim o vaxt. O qapıdan niyə keçdi, bəlkə qanına susayıb?!

Siz bilməzsiniz "müharibə uşaqlar”ının nələr çəkdiyini?!

Oyuncağımızolmasa da, özümüz taleyin oyuncağına çevrilmişdik. Bəs, hardaydı körpələri sevənTanrı?! Nə din bilərdik, nə də ayrı bir şey. Bildiyiniz uşaq idik. Deyirdik, bəlkəterroristlər Allahı da əsir götürüb, yoxsa uşaqların belə acısına dözməzdi. Vəuşaq ağlıyla dua edərdik: "Tanrı səni qorusun, Allah!” deyərdik.

Siz bilməzsiniz Tanrısınıaxtaran uşaqların nələr çəkdiyini!

Müsəlmanuşaqları idik, amma bizi atamızın cibinə görə hindus kastalarına bölmüşdülər.

Bilirdik ki,okean balıqları dəniz balıqlarını sevgidən udmur. Bizim hislərimizi isə "okeanbalıqlar”ı yeyirdi.

Oyuncağımızolmasa da çox gözəl oyunları vardı, "90 uşaqları” nın. Paltarımızın yamağını gizlətmək idi,varlıların gözündən kasıb uşaqlarının oyunu.

Siz varlılar,bilməzsiniz kasıb uşaqlarının nələr çəkdiyini?!

Aldanmayın süfrənizdəsaralan meyvələrə. Bizim süfrəmizdə deyil, nağıllarımızda belə göydən alma düşməzdi,deməzdi bunu anamız, birdən ürəyimiz alma istəyər.

Siz bilməzsiniz bizi!

Şəhidlərxiyabanında o balaca uşağın dediyi sözlər də qulağımdan getmir:

-Ata, şəhid məzarlarınınüstünə niyə böyük daşlar, mərmər daşları düzüblər?!

-Oğul, şəhid məzarlarınımərmərə bükdük, daş qoyduq başlarına, qalxa bilməsinlər üzümüzə tüpürməyə!

Siz bilməzsiniz"müharibə uşaqlar”ının balaca ürəyilə nələr düşündüyünü!

Bundan sonrabilsəniz də bu, 90-cı illəri dəyişməz!


TƏQVİM / ARXİV