adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ

FAİQ QİSMƏTOĞLU
61657 | 2020-03-17 09:30

...Biri vardı, biri yoxdu, Bəhmənlidə bir Yüsür kişi vardı. Və bu Yüsür kişininbir kərpic evi vardı, qoyun-quzusu vardı, inəyi-camışı vardı. Yüsür kişinin taynəyi vardı? Yüsür kişinin oğuldan-qızdan payı da vardı. Oğlu Məhəmməd vardı vəoğlu Məhəmmədin dəcəlliyi də vardı. Və bir də Yüsür kişinin bir boz eşşəyivardı...

BəhmənlidəYüsür kişidən savayı Məmmədxan kişinin də, Saleh kişinin də, Rzaxan kişinin də,Şamil kişinin də, Qəbil kişinin də eşşəyi vardı. Amma onların heç birinin eşşəyiYüsür kişinin boz eşşəyinə bənzəmirdi. Və o eşşəklərin hamısının rəngi qaraydı.Üstəlik də o eşşəklər bir o qədər də ipə-sapa yatmır, sahibi arabadan açıbburaxan kimi ilim-ilim itərdi...

...Və bir də görürdün ki, Məmmədxan kişi, Saleh kişi, Rzaxan kişi, Şamil kişi, Qəbilkişi itmiş eşşəklərini axtarırdılar. Və bu itmiş eşşəkləri tapmaq da elə asandeyildi. Çox axtarışdan sonra o eşşəkləri ya Selbasandan, ya da Palıdlıbağdatapmaq olardı. Və bu eşşəklər necə ilim-ilim itərdilərsə, elə də çətinliklə üzəçıxardılar.

Yüsürkişinin boz eşşəyi isə tək rəngiylə deyil, yazıqlığı, fağırlığı, bütün günüarabaya qoşulub ot daşımağıyla başqalarından seçilərdi. Yayın istisində Bəhmənlinindörd böyük çinarının altında sərin hava olardı. Sanki burda kondisioner işləyirdi.Və bu isti havada da qoyun növbəsinə gedən uşaqlar səhər saatlarında qoyunuörüşdə otarıb günorta vaxtı çinar ağacının kölgəsinə gətirərdilər. Və çinarağacının kölgəsində o sərinlikdə qoyunlar şellənib yatar, kef eləyərdi. Ancaqbu kefin içinə Saleh kişinin, Şamil kişinin, Qəbil kişinin eşşəkləri soğandoğrayardı. O eşşəklər gəlib kölgədə yatmaqları və dincəlməkləri bir yana,çinar ağacının altında dincələnqoyunların quyruqlarını gəmirərdi. Sanki bu eşşəklər qudurmuş itə bənzəyirdi. Gəmirdikləriquyruqlu qoyunların dişlədiyi yerdən qan axardı. Qoyunları otaran və çinarağacının kölgəsinə gətirən uşaqlar isə quyruq gəmirən bu eşşəkləri görən kimionları çinar ağacına yaxınlaşmağa qoymazdılar.

Yüsürkişinin boz eşşəyi isə çox sakit-sakit, fağır-fağır və yazıq bir görkəmdə çinarağacına yaxınlaşar, ətrafına göz gəzdirər, qoyunlara zərər toxundurmadan vəmaneçilik törətmədən bir yerdə uzanıb yatardı. O biri eşşəklər kimi, Yüsürkişinin eşşəyi ilim-ilim itməzdi. Və Yüsür kişinin oğlu Məhəmməd yaxşı bilirdiki, onların boz eşşəyini dəcəl uşaqlarminib Selbasana getməsə, o boz eşşək çinar ağacının kölgəsində ya uzanıb yatıb,ya da məzlum-məzlum gəlib-gedənlərə tamaşa eləyir.

...Bizim kənddə Yüsür kişinin boz eşşəyindən zəhmətkeş, yazıq və fağıq eşşək yoxidi. Yüsür kişinin oğlu Məhəmməd yayın istisində 3-4 dəfə araba ilə taxıl biçilənsahəyə gedir, orda arabanı samanla doldurur və evlərinə qayıdırdı. Bu qədər əziyyətdən,bu qədər zəhmətdən sonra o eşşəyə heç doyunca ot da verməzdilər. Ən yaxşı haldaonun qabağına 3-4 çəngə küləş atardılar. Yayın istisində də Yüsür kişinin bozeşşəyi bu küləşi "yavanlıq” eləyə bilmirdi. Boğazından da çox çətinliklə o küləşkeçirdi. O boz eşşəklə Yüsür kişinin oğlu Məhəmməd qoyu-quzunun, mal-heyvanınotunun hamısını daşıyardı. Və "göydən od yağanda” bir də görürdün budur ey,Yüsür kişinin boz eşşəyini oğlu Məhəmməd arabaya qoşub və taxıl biçilən sahəyəgedir...

Məhəmmədbizdən 9 yaş böyük idi. Deyirdim ki, ay Məhəmməd, insafın olsun, bu eşşəkyazıqdı, heç olmasa günorta bunu arabaya qoşma. Məhəmməd mənə diqqətlə baxırdıvə deyirdi:

-Ay rəhmətliyin oğlu, əgər bu yay günündə taxıl sahəsindən samanı, otudaşımasın, onda qışda heyvanlar acından qırılacaq. Gərək gedim qiyməti bir-ikimanata olan ot kipi alım. Onu da almağa pulumuz nə gəzir? Bilmirsən ki, Yüsür əminqoruqçudu? Mənim də elə işim yoxdur, dəmiryoldan cüzi məvacib alıram.

BəzənYüsür kişinin oğlu Məhəmməd insafa gəlib o boz eşşəyi "göydən od yağanda” tayarabaya qoşmazdı. Deyəsən, bizim dediyimiz onun ağlına batmışdı, bir az insafagəlmişdi... bir az eşşəyə rəhm eləmişdi... bir az fikirləşmişdi ki, eşşəkolanda nolar, axı onu da Allah yaradıb... Eşşəyə bu qədər zülm eləmək olmaz...Və deyirdi ki, hərdən öz-özümə qorxuram ki, bu boz eşşəyə çox əziyyət vermişəm,ahı məni tutacaq! Boz eşşəyin ahı Məhəmmədi tutmadı. Məhəmməd Bakıya getdi,orda bir müddət işlədi və yenidən Bəhmənliyə qayıtdı. Qayıdanda da dostuKamalla olan əhvalatlardan danışdı. Bakıda hara gediblər... hansı parkı gəziblər...hansı yerdə olublar... biz uşaqları başına yığıb o ki, var söhbət edirdi. Mamamoğlu Tehran, Təbriz, Əhməd, mən, əmiuşaqlarımızMəhəmməd, Nazim Mirələm ağzımızı ayırıb onun söhbətinə qulaq asırdıq. Axırdamamaoğlu Təbriz dilləndi ki, ə, Məhəmməd başdan-ayağa gop eləyir ey, siz dədurub onun gopuna qulaq asırsınız.

MəhəmmədBakıdan qayıdandan sonra da bu boz eşşəkdən əl çəkmədi. Düzdü, onun xotuğu davardı. Amma o xotuğu hələ arabaya qoşmaq mümkün deyildi. Bütün yükü boz eşşək çəkirdi.Bir dəfə elə oldu ki, boz eşşək xəstələndi, Məhəmməd arabaya o xotuğu qoşdu.Xotuq da arabanı çəkib apara bildi. Bir müddət xotuq arabanı çəkib aparandansonra boz eşşəyə yaxın durmadı. Və boz eşşək də gəlib çinar ağacının kölgəsindədayanar, məzlum-məzlum, yazıq-yazıq gah bizə, gah da ətrafına baxardı. Gözlərindənqəm-kədər tökülərdi. Tubunun oğlu Yavər boz eşşəyi görüb çiçəyi çırtladı. Dedi,bunu minib gedəcəm Palıdlıbağa. Oraqalınlıqdı, görüm nə iş görürəm. Tərs kimi inəyimiz də itib. Dədəmbir-iki şillə çəkdi ki, köpək oğlu, get itmiş inəkləri tap, gətir! Tapıb gətirməsən,səni dəli inək balasını ayaqlayan kimi tapdalayacağam. Tubunun oğlu Yavərbilirdi ki, dədəsi Məhərrəm kişi tərsin biridi. Dedisə, salacaq onu təpiyinaltına. Eşşəyi mindi, üzü Palıddıbağa doğru getdi. İki-üç saatdan sonra sevinə-sevinəqayıtdı ki, bəs Yüsür əmimin boz eşşəyinin ayağı çox yüngüldü, inəkləri tapıb gətirdim. Yazıq boş eşşəyi Tubunun oğluYavər nə günə qoymuşdusa, hələ də təri soyumurdu. Boz eşşəyi buraxan kimi, eşşəkqaçıb özünü verdi çinarın sərinliyinə...

Biray bundan əvvəl Yüsür əmimin oğlu Məhəmmədlə bir yas məclisində görüşdük. Mamamoğlu Təbriz də ordaydı. Dostu Kamalı xatırladıq. Mamam oğlu Təbriz dedi ki, səninyaddaşına min şükür! Əlli il bundan qabaq Məhəmmədin danışdığı hadisəni yadındasaxlamısan. Məhəmməd güldü və dedi ki, mən nə danışırdım, heç biri nağıl, gopdeyildi. Hər şey necə baş vermişdi, elə də danışırdım. Bax, əlli il bundanqabaq çəkilmiş bir şəkili sənə göstərərəm, tüklərin biz-biz olar. Bizim boz eşşəyinüstündə mənim, sənin və rus əsgərinin şəkili çəkilib. O şəkili də zastavadakı əsgərlərdənbiri lentə alıb. Ha yalvardım ki, nə desən verirəm, o şəkili mənə ver! Dedi ki,indi verə bilmərəm, başqa vaxt gələrsən göstərərm.

Yüsürəmimin yazıq boz eşşəyi həm mənim yadıma düşdü, həm Məhəmmədin, həm Təbrizin, həmdə Əbişin. Və o eşşək heç bir eşşəyə bənzəmirdi... və o eşşəyin qəmli və kədərligözləri bu gün də yadımdan çıxmır... Və yadımaböyük Ramiz Rövşənin "Gözü yaşlı yorğun eşşək” şeiri düşür:

Gözü yaşlı yorğun eşşək,
Kirimişcə yükünü çək.
Bu yol da gec-tez bitəcək,
Yorulmaq sənə qalacaq.


Sən belə fağırolanda,
Yükün lap ağır olanda,
Kürəyin yağır olanda,
Ümid palana qalacaq.


Bu palan zalımdı, zalım,
Səni hər gün zora salıb,
Axır bir gün yola salıb,
Səndən balana qalacaq.


TƏQVİM / ARXİV