adalet.az header logo
  • Bakı 11°C

Papağımızı atmayaq, geyinək! - Emin Piri yazır

Emin Piri
61848 | 2020-03-18 09:00

Əvvəllər "Novruz” deyərkən ilk ağla nə gəlirdi, bunudeyə bilmərəm, amma indiki yeniyetmə və gənclərin yadına daha çox papaq atmaqkimi düşür. Bəli, məhz papaq atmaq. Doğrudanmı, bəşəriyyətin mil illərdir qeydetdiyi, bir Novruzdan digərinə kimi həvəslə gözlənilən bu bayram papaq atmağınsimvoluna çevrilməli və yaxud yada düşməlidir?!

Bəli, papağı ayaq altına atmağı bayram qeyd edirik,bunun həsrətilə yaşayır və sonda bununla fəxr edirik. Bu günkü TV və digər təbliğatvasitələrində, verilişlərdə az qala bundan ağızdolusu danışılması,simvollaşdırılması heç də ürəkaçan deyil və türklərin minilliklər fəlsəfəsiniözündə daşıyan bir bayramın mahiyyətini dəyişir.

Tarixə ekskursiya edərək sizi yormaq istəməzdim.Qısa xatırlatma kifayət edər. Sovet dönəmindən öncə bayram günlərində papaqyerinə evin bacasından çuval sallayardılar.

Bacanısa göyə-Tanrıya açılan bir "yol” kimi yozsaq,bu çuval sallamanın Tanrı xatirinə istənilən hədiyyə və təbrikləşmə olduğunuqeyd edə bilərik. Ev sahibi isə şükranlıq əlaməti olaraq bayram hədiyyələrinibacaya-Tanrıya açılan yolla geri qaytarardı. Bəlkə də bizim aradığımız bumetafizik qatlar sadə kütlənin düşünülməmiş şəkildə instinkt vərdişi idi. Ammabu, Tanrıya şükranlıq fəlsəfəsi türklərin, şərq xalqlarının İslamdan da çoxuzaqlara gedən, öz genetikasında qoruyaraq saxladığı bir ayin idi.


Kommunizmin "allahsızlıq” dövründə isə tanrıyaaçılan "yol”-baca qapıyla əvəzləndi. Yəni göydən yerə enmək-bacadan qapıya keçmək.İdealizmdən materializmə keçmək.

Düşünürəm ki, bütün bunlarda da metafizik qat var. Ola bilsin, adi gözlə görmədiyimiz,ağlımıza gəlməyən, şüuraltı qatlarda yatan nəsnələr və simvollardır.

Şərq amili kimi qəbul etməyə çalışdığımızpapaq atmaq, kimisi tərifləyərək və ya təbrik edərək papaq uzatmaq isə daha çoxQərbdə həyat şəraitinin çətin olduğu dönəmlərdə dilənmək məqsədilə yayılmışdı.Və bu daha mədəni dilənçilik sayılırdı.

Biz nə vaxtdan papaq atmağa belə meylliolduq?-Deyəsən, Qarabağın işğalından sonra bu bizdə daha çox dəbə mindi. Dahabir simvolik nəsnə...
Bəli, mentalitet söhbətlərini sevməsəm də, yenə el deyimi ilə qeyrət rəmziolan, başımızda göz bəbəyi kimi gəzdirdiyimiz papağı hansı vicdana, əqidəyə,namusa sahib olduğu bilinməyən birinin ayağı altına atırıq. İki qoza görə dəyərmi?!

Düzü, XXI əsrdə, Bakıda bacaya, Novruzadətlərinə qayıtmağa çarə tapmaqda acizəm. Amma türk ayinlərinin ən azındanmahiyyətinə varmağa və qayıtmağa dəyər.

Papağımızı atmayaq, geyinək!

TƏQVİM / ARXİV