adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
124556 | 2020-04-03 09:30

Koronavirusdünyanı cənginə alıb. Hələ ki, dünya ölkələrindən Çin koronavirusun cəngindənçıxıb onu öz cənginə sala bilib. Və dediklərinə görə, artıq məhv ediblər.

Bizdədə var. Statistika aşağıda qeyd edilib.

Hökumətimizsağ olsun. Təhlükəni hiss edər-etməz lazımi tədbirlər görməyə başladı. Artıqbir neçə gündür ki, karantindəyik.

Hökumətimizistəmir ki, biz yoluxaq. İstəmir ki, biz məhv olaq.

Ammabiz...

Bizçoxdan yoluxmuşuq. Özü də koronadan betərinə. Biz elə bir virusa yoluxmuşuq ki,bu virusun simptomlarını müəyyən etmək olmur. Bu elə virusdur ki, bunu heç biraparat tapa, göstərə bilmir. Bu irsi virusdu. Tarixi var tariximizdə. Bu maraqlı virusdu. Məhv olursan, ammayaşayırsan. Bu virusun müalicəsi yoxdu. Antivirusu da yoxdu. Peyvəndi də. Heçbilinmir ki, hansı yolla keçir. Amma keçir.

Hələki, adını tapa bilməyiblər bu virusun. Çünki bu virus məhz bizə məxsusdu. Vəbizdən başqa digər millətə keçmədiyi üçün ona ad qoymağa dünyanın marağı yoxdu.Özlərində olmayana niyə ad qoysunlar ki?! Bizimkilər də heç özlərinə ad tapabilmirlər, bu virusa adı hardan tapsınlar ki?!

Adınıqayıra bilmədiyimiz virus insanlarımızın canına hopub onların içindəki "uzi”aparatında görsənən orqanlarını zədələməsə də, görsənməyən orqanlarını məhvedir. Yəni mənəviyyatını, sevgisini, qeyrətini və s.

Məsəllərçəkim ki, söhbətimin məğzi sizə agah olsun.

Karantindi.Paytaxta giriş-çıxış məhdudlaşdırılıb. Virusun yayılmaması üçün tədbirlərgörülür.

Təcilitibbi yardım maşınının sürücüsü maşınının xüsusi təyinatlı avtomobil olduğundanyoxlanmayacağını ehtimal edərək rayon sakinlərini paytaxta daşıyır. Virusuvirus daşıyır.

Digəri30 manatdan maşının "baqaj”ında insan daşıyır. Yenə əyalətdən paytaxta. Bizimyerli viruslara yoluxublar. Hər ikisi.

Biriqoruyucu "maska”ları satışa çıxartmır ki, qoy süni bahalaşma yaransın, sonrasatsın.

Digərizibil qutularından işlənmiş maskaları yığıb, yuyub təzədən camaata sırımaq istəyir.

Yaşlılarkoronaya tez yoluxur. İmmunitet zəifliyindən. Və sağaltmaq çətin olur. Qərar çıxdı ki, yaşlılar otursunevdə. Yoluxma və yayma təhlükəsinin qarşısı alınandan, virus məhv ediləndənsonra ürəkləri nə qədər istəyir çıxarlar küçələrə. Onlara hər şey qurbandı. Təkiözləri virusa qurban olmasınlar. Elə bil qocalar xoda düşdülər. Küçə qoca ilədoludu. Bizi də özləri ilə aparmaq istəyirlər.

İmmunitetdənsöz düşmüşkən, dedilər ki, zəncəfil immuniteti gücləndirir. Təcili kilosu 6manatdan qalxdı 45 manata. Oldu fil qiymətinə. Hələ sarımsağı demirəm.

Spirtigizlətdilər. Yenə də qiymətdə qazanmaq üçün. Hələ dərəcəsini demirəm. Ona dabarmaq elədilər. 96 faiz harda var ki?!

Biridurdu şeir yazdı. O birisi mahnı oxudu.O birisi oynadı. Biri video çəkdirdi. Koronanı elədilər lağlağı.

Saxtasənədləri yaymağa başladılar. İnsanlarda karantin yerləri barədə mənfi fikirformalaşdırmağa başladılar.

Hamısınıedən bizim o adını tapa bilmədiyimiz virusun xəstələridi, daşıyıcılarıdı.

İnanın,bunlar koronadan təhlükəlidirlər. Bunların qızdırması da olmur, öskürmürlər də.Heç halsız da olmurlar. Amma virus daşıyırlar. Və cəmiyyəti zəhərləyirlər.

Bizkoronanı adlayıb keçəcəyik. Özü də vaksinsiz. Allah bizə elə vaksin qismət eləsinki, bu yerli virusa yoluxmuşlara vuraq. Vuraq ki, bəlkə o görsənməyən orqanlarıtəmizlənə. Təmizlənə ki, heç olmasa, belə həmrəyliyə ehtiyacımız olan günlərdəiçimizə şeytan kimi girib ilan kimi cəmiyyətimizi zəhərləməsinlər.

Qeyd: 30 mart 2020-ci il. Dünyanıbürümüş COVID-19 koronavirusinfeksiyasına ölkəmizdə yoluxanların sayı 273. Sağalan 26, daşıyıcı 243, ölüm4. Tutulanlardan 3-ü uşaqdır.

31 dekabr 2019-cu ildə Ümumdünya SəhiyyəTəşkilatının Çin Ölkə Ofisi Çinin Hubei əyalətininUhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə hallarıhaqqında məlumat vermişdir. 7 Yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllərinsanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel CoronavirusCOVID-19) olaraq təsdiqlənmişdir. Əsas əlamətləri qızdırma, öskürək, çətinləşmiş tənəffüs.

Dünyanın203 ölkəsində 693,224 nəfər koronavirusa yoluxub və xəstəlikdən 33,106 nəfər vəfatedib.

P.S.Evdə oturun. Özünüzü də qoruyun, doğmalarınızı da, ətrafınızdakıları da. Bu günqələbə qazanmalıyıq ki, gələcək qələbələrin şahidi olaq.

Nicat Novruzoğlu


TƏQVİM / ARXİV