adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: XƏYANƏT

FAİQ QİSMƏTOĞLU
53484 | 2020-04-12 07:24

Elə xəyanət varki, onları bağışlamaq olur. Məsələn, bir dost başqasına xəyanət eləyir. Fikirləşirsənki, yəqin nəyəsə ehtiyacı var, çörəkpulunagörəmi, ya da başqa səbəbə görəmi bu xəyanəti elədi. Və bir müddət qəlbinsınsa da, müəyyən zamandan sonra həmin adamı kəsdiyin duz-çörəyə, münasibətə,salama görə bağışlayırsan. Və yaxud da səni sevən bir qız görür ki, səndənyaxşı, imkanlı bir oğlan var qoşulur onaqaçır və yaxud da rahatca zurna-balabanla toy elətdirib gəlin köçür. Onda da qəlbinbir balaca sınır və deyirsən ki, bu qız niyə məni atıb getdi. Elə ki, illərkeçir, düşünürsən, yəqin bu qız səni sevmirmiş yalandan dildə deyirmiş sənisevirəm. Ona görə o yaran da sağalır, səni sevən qızı da unudursan.

Amma elə xəynətvar ki, onu bağışlamaq heç cür mümkün deyil. Bəlkə bağışlayanlar var, amma eləadamlar bağışlanmamalıdır. Onlar vətənin ağır, çətin günündə, vətənə, dövlətə,prezidentə, millətə xəyanət eləyənlərdi. O insanlar ki, bu gün millətin ən ağırgünlərini yaşadığı anlarında onlar hansısa gəlir mənbəyinə, hansısa qazanca,hansısa marağa görə, vətənə, dövlətə, prezidentə və xalqa xəyanət eləyirlər.Onları heç vaxt, heç zaman bağışlamaq olmaz.Bir gün bundan əvvəl "Sirkə iki manat qırx qəpiyə” adlı yazı qələməalmışdım. Bu yazı qəzetdə çap olunandan sonra bir neçə oxucu mənə zəng edib özfikirlərini bölüşdülər. Dedilər ay rəhmətliyin oğlu, nə qoyub nə axtarırsan, sənsirkədən yazırsan, amma bu gün sirkəsiz də yaşamaq olar. Bu gün elə bir gündüki, ərzaqsız keçinmək mümkün deyil. Məsələn, biz hər gün soğan, kartof, un vədigər ərzaq məhsulları alırıq. Sənə nə düşüb ki, sirkə o yana getdi, sirkə buyana getdi yazırsan. Heç mən on gündü ki, sirkə almıram. Amma hər gün, kartof,soğan, çörək, un da alıram. Hünərlioğlansansa, onda bizim dediklərimizi də yaz.

Ona görə də bu qənaətəgəldim ki, indiki zamanda bu qiymət artımı zaman-zaman yüksəlirsə, ilk növbədəkasıb və imkansız adamların büdcəsinə çox böyük zərbə vurur. İmkanlı adamlar daqiymət artımından inanmıram ki, razı qalsınlar. Kim qiymət artımından razıolar? Təbii ki, heç kim. Bir-iki fakt sadalayım, görün düz deyirəm, yoxsa yox?!

Karantindən əvvəlsoğanın bir kiloqramını 70-80 qəpiyə alırdıqsa, indi soğanın bir kiloqramı 1manat, 1 manat 40 qəpikdi. Heç kartof daondan geri qalmır. Kartofun da kiloqramını karantindən əvvəl 80-90 qəpiyəsatışa çıxarırdılar. Bu gün isə kartofun bir kiloqramı 1 manat 20 qəpikdir.İndi gəl görüm, "evdəqal” devizi ilə olan bir məqamda o imkansız, kasıb adam bupulu hardan tapacaq? Bax, əsas məsələ də bax, budur! Tək soğan-kartofla məsələheç də həll olunmur. Ondan da vacib məsələlər var ki, onların da qiymətiartmaqdadı.

Sadəcə bir fakt,yağın bir kiloqramını bir həftə əvvəl 12 manata almaq olurdu. İndi isə yağınbir kiloqramı 14 manat 50 qəpiyə qalxıb. Şəkər tozunun və un məmulatlarının daqiymətində artım var. Adam hər dəfə super marketlərə gedəndə, bu qiymətartımını görüb qanı itin qanına dönür. Düşünürsən ki, balam, camaatın bu ağır,çətin günündə kimdi bu qiyməti artıran? Və onlar kimə və nəyə arxayındı ki, buqiyməti ildırım sürətilə qaldırırlar? Bax, qalırsan çıxılmaz vəziyyətdə. Məsələn,bir həftə bundan əvvəl 50 kiloqramlıq unun kisəsi 25-26 manata satılırdı. Artıqunun qiyməti 32-33 manata çatıb. Hələ belə getsə, çox güman ki, bu qiymət sabitqalmayacaq və bir az da artacaq.

Bax, bizim bəlalarımızbudur. Bizim sıxıntımız koronavirusdan da çox müəyyən möhtəkirlərin bir gözqırpımında, bir anın içərisində qiymətləri fantastik dərəcədə qaldırmasıdı.Balam, bunlarda görəsən, Allahdan qorxma, insaf, mürvət, qanundan qorxmaqyoxdurmu? Görünür, yoxdu da! Əgər olsaydı, onlar bu qiyməti qaldırmazdılar. Vəbir də, həmin möhtəkirlər çoxdan bu şeylərə öyrəşiblər. Bu zadlar var ki,onların bir də görürsən, yadına düşdü və başladılar camaatın çətin və ağır günündə qiymətləri sehirbazkimi bir-bir artırmağa. Hər şeyin qiyməti arta-arta gedir və bilmirsən ki,bunun axırı hara gedir və harda qurtaracaq. Vallah, adam papağını qabağınaqoyub fikirləşəndə tükləri biz-biz olur. Və tükləri biz-biz olur ki, ayə, bu çətin zəmanədə o möhtəkilərin görəsən,bu haram yolla qazandıqları pullar onlara rahatlıqla qismət olacaqmı? Və bəzənmöhtəkirlər rahatlıqla qazandıqları pulları çox asanlıqla həzm edirlər və xərcləyirlərdə.

Amma bir dəgörürsən ki, qurban olduğum o Ulu Yaradan nə vaxtsa onların haram yollaqazandıqları pulları burunlarından tökdü. İnanmırsınız? Gedin tarixə baxın.Kimlər ki, xalqa zülm edib, kimlər ki, xalqın qanını içib, kimlər ki, xalqıntaleyiylə oynayıb, onların heç biri, istəyirpadşah olsun, istəyir kim olur olsun, rahat ömür sürməyiblər. O bəla, o zülmonların qabağına çıxmasa da, balalarının, nəvələrinin qarşısına çıxıb. Bunungeci-tezi var. Gərək ilk növbədə bu möhtəkirlər Allahdan, sonra qanundanqorxsunlar. Əgər Allahdan, qanundan qorxmurlarsa, deməli, bu adamlar Allah bəndəsideyil, şeytana xidmət eləyən bir qrup ünsürlərdi.

Ölkə prezidenticənab İlham Əliyev bu çətin zəmanədə, bu çətin məqamda dövləti, milləti, xalqıqorumaq, müdafiə eləmək üçün, koronavirus bəlasından xilas eləmək üçün çoxciddi addımlar atdı. Ölkədə bütün sahələrdəciddi rejim yaradıldı. Hətta Nazirlər Kabineti yanında operativ qərargah da fəaliyyətəbaşladı. Bütün bunlar ona görədi ki, ölkəmizdə tez bir zamanda koronavirus bəlasındanxilas olaq və özümüzün əvvəlki həyat tərzimizə, əvvəlki gözəl anlarımızaqayıdaq. Bu elə də asan deyil. Tək prezidentin, tək dövlətin atdığı addımla buməsələləri heç vaxt həll edə bilmərik. Hərbir Azərbaycan vətəndaşı, hər bir məmur, hər bir insan bu prosesdə ölkəprezidentinə arxa durmalı, dəstək verməli və onun yanında olmalıdır.

Görəsən, buinsanların qəlbində, bu insanların ürəyində bir vətən sevgisi varmı ki, heçolmasa bu ağır anda heç olmasa xalqın qəlbini qaraltmayaq, xalqa zülm eləməyək.Əgər biz xalqımızı, dövlətimizi, millətimizi və prezidentimizi seviriksə, ilknövbədə qanunlara əməl eləməliyik... ilk növbədə yaradılan şəraitə görə biz özməsuliyyətimizi hiss eləməliyik və düşünməliyik, necə edək ki, bu qaranlıqdan işığa çıxaq? Biz buqaranlıqdan işığa çıxa bilərik. Amma təəssüf ki, aramızda sapı özümüzdən olanbaltalar, erməninin dəyirmanına su tökən bəzi qara qüvvələr hər cür hərc-mərclik,xaos yaratmağa, nə bilim daha nələrə əl atmağa çalışmırlar. Bütün bunlar isə təbii ki, ölkəni idarə edən qüvvələr tərəfindənçox yaxşı hiss edilir və başa düşülür. Sadəcə olaraq, hər şeyin bir zamanaehtiyacı var.

Bu gün ölkəmizdədoğurdan da gözəl və demokratik bir mühit yaradılıb. Çox təəssüf ki, bu demokratikvə şəffaf mühitdən sui-istifadə edən insanlar da var. Prezident İlham Əliyev dəfələrlədeyib ki, süni bahalaşma yaratmaq möhtəkirliketmək xəyanət kimi qəbul ediləcək. Bu, cənab prezidentin fikridir. Əlbəttə, kimlərsə bu möhtəkirliyi edirlərsə,kimlərsə vətənin ağır günündə qaz vurubqazan doldurmaq istəyirlərsə, onların gec-tez öz cəzalarına çatması o qədər dəuzaqda deyil. Təbii ki, ölkəmizdə buproblemlə bağlı insanların çoxunarahatdır. Məsələn, millət vəkili Vahid Əhmədov deyib ki, karantin rejimində un, un məmulatlarının, şəkər, ət məhsullarınınqiymətini artırmağa icazə verməməlidir. Hökumət təcili müdaxilə etməsə, qiymətartımı gedir və gedəcək. Bax, hətta millət vəkilləri də bu məsələdə cənabprezidentə dəstək olur və onun həyata keçirdiyi siyasi, iqtisadi islahatları dəstəkləyirlər.Təbii ki, hər bir vətəndaş, hər bir insan bu məsələdə birmənalı olaraq dövlətin,millətin, xalqın yanında olmalıdır.

Bu o qədər asanməsələ deyil. Biz bütün çətinliklərdən bütün problemlərdən, bizi sıxan busıxıntılardan birlikdə xilas ola bilərik. Nazirlər Kabineti yanında Operativ Qərargahda bu iqtisadi sabotajın, süni qiymət artımının aradanqaldırılması üçün təbii ki, ciddi addımlar atmalıdır. Əlbəttə operativ qərargahölkədə çox böyük işlər görülməsinə təkan verib və bu xalq tərəfindən də birmənalıolaraq alqışlanıb. Amma bu işdə, bu prosesdə, yəni süni qiymət artımınınyaradılmasında Nazirlər Kabineti yanında Operativ Qərargah daha ciddi addımlaratmağa məcburdu. Və bu ciddi addımlar atılmasa, görünür, müəyyən möhtəkirləryenə öz hərəkətlərindən çəkinməyəcək, ölkədə süni bahalaşma yaradacaq və bununla da bizim ümumiinkişafımıza xəyanət edəcəklər. Üstəlik də İqtisadi İnkişaf Nazirliyi yanındaantiinhisar siyasəti də istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətitez-tez yoxlamalar aparmalı, monitorinqlər keçirməli, qanunu pozub sünibahalaşma yaradan ayrı-ayrı işbazları və möhtəkirləri üzə çıxarmalıdılar. Vəbir də onu qeyd edək ki, ölkədə tək dövlət qurumları deyil, hər bir Azərbaycanvətəndaşı aktiv və fəal olmalı, gördüyü nöqsanları və çatışmazlıqları sosial, şəbəkələrdə,saytlarda, mətbuatda qabartmalı və bununla da bu faktlara gündəmə gətirməkləölkədə gedən süni bahalaşmanın və qiymət artımının qarşısının alınmasında hərəöz töhfəsini verə bilər.

Aydındır ki, birjurnalist olaraq biz də həmişə prezidentin, dövlətin, dövlətçiliyin və Azərbaycanxalqının yanında olmaqla özümüzlə böyük qürur duymuşuq. Əgər biz bu nöqsanları,gördüyümüz bu qüsurları zamanında deməsək,təbii ki, bir jurnalist, bir vətəndaş olaraq məsuliyyətsizlik etmişolarıq. Əlbəttə, bütün bunları ona görə deyirik ki, bir daha Azərbaycanda süniqiymət artımı yaradanlara qarşı mübarizəyə hamı qalxsın və bu sahədə kim millətin,dövlətin, prezidentin əleyhinə addım atırsa, onlar məsuliyyətə cəlb edilsinlər.

Dünyada hər cürxəyanəti bağışlamaq olar. Yazımızın əvvəlində də o fikirləri səsləndirdik. Ancaq dövlətə, vətənə, millətə, prezidentə xəyanətiheç vaxt bağışlamaq olmaz. Özü də belə ağır zamanda. Bu, Üçüncü Dünya Müharibəsi səviyyəsindən də ağır olan müharibədi. Bəziləriİkinci Dünya Müharibəsinin fəlakətlərindən, dəhşətlərindən, insanların ölümlərəməhkum edilməsindən, şəhərlərin, kəndlərin dağılmasından, faciəsindın söhbətaçır. Bu koronavirus müharibəsi isə bütövlükdə Üçüncü Dünya Müharibəsi deməkdir.Bəlkə də ondan da dəhşətli faciə deməkdi. Bunun qarşısını almaq üçün isə təkbir nəfərlə, beş nəfərlə yox, bütündünya ayağa qalxmalı, bütün ölkələr öz sözünü deməli, biz də Azərbaycan xalqı vədövləti olaraq, ölkədə tez bir zamanda normal həyat tərzinin qurulması üçünciddi addımlar atmalıyıq.

Xəyanətibağışlamaq olmaz! Özü də o xəyanəti ki, o dövlətə, millətə, xalqa edilir. Bucür adamların yeri yalnız və yalnız həbsdir! Gərək hüquq-mühafizə orqanları dabu cür möhtəkirlik edənləri tez-tez arayıb araşdırsın və onları cinayət məsuliyyətinəcəlb etsin. Və inanıram ki, biz bir olsaq, hər şeyə qalib gələcəyik – həm süniqiymət artımına, həm də koronavirusa!

Və sonda birdaha demək istəyirəm ki, Allah-Təala bu milləti çox istəyir. Ən azından ona görəki, biz də Allahı çox istəyirik. Allah bu milləti, bu xalqı, bu dövləti, buprezidenti qorusun!


TƏQVİM / ARXİV