adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: İSMAYIL QARAYEVİN XANIM QIZI

AQİL ABBAS
83189 | 2020-04-17 08:28

İsmayıl Qarayev mənim ən çoxsevdiyim yazıçılardandı. Ona görə indiki zamanda yazıram ki, sənətkarlar heç zaman ölmürlər, əsərləri nə qədər yaşayır, o qədər də yaşayırlar. Hələ orta məktəbdə oxuyandan biryazıçı kimi sevirdim onu. Xüsusilə qeyri-adi , bal kimi bir dili vardı, ağdamlıların deyimi ilə söyləsək,əsl Seyidli qaymağıydı,doymaq olmurdu. Azərbaycanda bal kimi dili olan beş-altı yazıçı varsa, onun da biri İsmayıl Qarayev idi.

Bircə dəfə görüşmüşdüm «Gənclik»nəşriyyatının qabağında. Ortaboylu, qarayanız bir kişi idi. Xeylaq da söhbət elədik.

Deyilənə görə, bir yazıçı kimimənim də dilim bal kimidi. Ona görə İsmayıl Qarayevə, Cəmil Əlibəyova, Əkrəm Əylisliyə borcum var.Onların da dili baldı. MövludSüleymanlının adını çəkməmək günah olar.

Bir gün yenə «Gənclik» nəşriyyatınınqarşısında maral kimi gözəl birqız gördüm. Qarabağlılar, xüsusilə ağdamlılar üçün gözəllikmeyarı maraldı. Onunla ölçürlərgözəlliyi. Boylu-buxunlu, yaraşıqlı, şirin xanımlara maral deyirlər.



Dostum Adil Cəmildənsoruşdum ki, bu maral kimi gözəl kimdi? Dedi ki, İsmayıl Qarayevin qızıdı, adı da Xanımdı. O, atası kimi ortaboylu deyildi, boylu-buxunlu, bir qədər sərt sifətli, amma atası kimiqarayanız idi.

İsmayıl Qarayevin çox gözəlbir əsəri var: «Gecə keçir». Əsərin qəhrəmanı da birxanımdı. Qorxusuz, ürküsüz, cəsarətli,qeyrətli bir türk xanımı. Yəqinİsmayıl müəllim bu əsəriyazanda Xanım onda uşaqimiş. Amma böyüyəndən sonra elə hər mənada əsərin qəhrəmanınaoxşayırdı.

Elə yaxın tanışlığımız yoxdu.Bir-iki dəfə belə, atüstü salamlaşmışıq.Amma bu xanımı çox gözəl tanıyıram. Həm bir şair kimi, özü də gözəlşair kimi, həm də bir bəstəkar kimi. Allah bu xanımahəm maral kimi gözəllik verib, həm də qeyri-adi istedad verib, heç nə əsirgəməyib. Əsirgədikləri də var, xoş günündə onları yadasalmaq istəmirəm.

Bu gün Xanımİsmayılqızının ad günüdü.

Yaşa, Xanım İsmayılqızı! Yaz, yarat , öz əsərlərinlə yaşat bu milləti.

Səni ürəkdən təbrik edirəm.


TƏQVİM / ARXİV