adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ZÜLM

FAİQ QİSMƏTOĞLU
49186 | 2020-04-20 08:10

... Mənə elə gəlirki, bəşəriyyətin, dünyanın, dövlətlərin bu gündən ağır vəziyyəti heç vaxtolmayacaq. Düzdür, ağır günlər, ağır anlar, ağır illər olub. Böyük müharibələr,yüzillik müharibələr, amma onlar bir ölkənin, iki ölkənin arasında gedən böyükmüharibələrdi. Amma onların da bitmə dövrü nə zamansa olmalıydı. Bu gün isə bəşəriyyətləbu böyük bəla arasında ölüm-dirim mübarizəsi gedir. Bütün dövlətlər, bütünxalqlar, bütün Yer üzü ayağa qalxıb və bu böyük bəlaya qarşı mücadilə eləyir,döyüşür.

.... Indikidövrdə insanlar bir-birinə bir qədər də yaxın olmalı, bir qədər dədoğmalaşmalı, bir qədər də sevgilərini bir-birinə bildirməlidilər... Indikidövrdə insanlar bir daha ayılmalı, düşünməli və fikirləşməlidilər ki, aydadi-bidad, nədən bəşəriyyətin başına belə bir faciə gəldi?Bu faciədə hər bir insanın, hər bir dövlətin, hər bir ölkənin özünün payı var.Çünki harda haqq pozulursa, harda haqq dərəcəsi düz gəlmirsə, orda haqsızlıqbaş alıb gedir, dünya məhvərindən çıxır. Bəlkə də dünya ona görə bu günə düşdüki, Allahın yaratdığı bütün nələr varsa, o sistem böyük dövlətlər tərəfindəndağıdıldı. Göy üzündə nüvə sınaqları keçirildi, okeanda nüvə sınaqlarıkeçirildi, dünyanın hər yerində müasir silahlar sınaqdan keçirildi. Axırı dabu... Sözümün canı bu deyil. Sözümün canı odur ki, heç olmasa insanlar indiayılsın, indi başa düşsünlər, bir-birlərinə zülm yox, yaxşılıq eləsinlər...

... Deyirlər ki,zülmkara rəhm etmək, zülm olunanın haqqını yemək kimi bir şeydi. Yəni zülmkaraheç vaxt rəhm etmək olmaz. Və zülmkarın yanında olmaq, ona havadarlıq etmək,ona arxa durmaq məzlum və yazıq xalqın haqqını tapdamaq deməkdir. Zülminsanları bir-birindən uzaqlaşdırar... insanların haqqını başqasına verər...insanların sevgisini, məhəbbətini, həyatını, işığını əlindən alar... haqqıolanı çöldə, düzdə qoyar. Və bu gün dünyanın hər yerində bu mizan-tərəzi bayaqdediyim kimi, pozulub...

... Zülmdən uzaqolmaq lazımdır... insanlara yaxşılıq eləmək lazımdır... yıxılanı qaldırmaqlazımdır... acı yedizdirmək lazımdır. Əgər biz yıxılanı qaldırsaq, acıyedizdirsək, zülm olunanı zülmkarın əlindən xilas eləsək, inanın, bundan böyükyaxşılıq, bundan böyük duruluq, bundan böyüklük ola bilməz. Çox təəssüf ki, bizgözümüz görə-görə baxırıq ki, hansısa bir adam əzilir, haqqı yeyilir, onun üstünə kimsə yeriyir, biz buna gözyumuruq və görməməzliyə vurub çıxıb gedirik. Hansı ki, səsimizi qaldırsaq, dillənsək, bəlkə də o zülmkar öz zülmündən əlçəkər, kənara çəkilib durar və bir daha həmin o fağırı, o yazığı incitməz, haqqını əlindən almaz...

... "Qurani-Kərim”in"Yunus” surəsinin 44-cü ayəsində buyurulub ki, həqiqətən Allah insanlara zərrəcəzülm etməz, lakin insanlar özləri-özlərinə zülm edərlər. Müqəddəs kitabdadeyildiyi kimi, insanın bir-birinə zülmü heç vaxt yaddan çıxmır. Allah-Təalanınsevgisini, məhəbbətini qazanmaq lazımdır. Bəzən görürsən ki, biri deyir, əşi,Allah elədi bu günahı, Allah elədi bu işi, Allah bizi bu günə saldı... Allahheç bir bəndəsini yaman günə salmaz, Allah heç bir bəndəsini ac qoymaz, Allahheç bir bəndəsini vaxtından tez əlində-ovcunda nəyi varsa almaz. Onun əlindən alan, onu pis günə qoyan,haqqını yeyən zülmkarlardı. O zülmkarlarki, bu gün bizim də məmləkətimizdə, bizim də dövlətimizdə kifayət qədərdir. Vəbiz o zülmkarlara deyirik ki, heç olmasa bu ağır gündə, bu çətin gündə, buağrılı və faciəli gündə millətə zülm eləməyin...onların haqqını yeməyin... onun üstünə yeriməyin... imkanınız varsa, kasıba,yetimə-yesirə, əlsizə-ayaqsıza, xəstəyə əl tutun, kömək eləyin... Çəkilin buzülmlərdən, bu zülmkarlıqdan. Ona görə də biz insanlar bir daha Allahımızıtanımalı, onu sevməli, bir-birimizə arxa durmalı, yaxşılıq eləməliyik. Yaxşılıqheç vaxt itmir, heç pislik də unudulmur. Insan nə eləyirsə, o, gec-tez onunqarşısına çıxır...

... Zülmdəndanışdıq, zülmkardan danışdıq. Və mənim yadıma böyük Mirzə Cəlilin 1907-ci ildə"Molla Nəsrəddin” jurnalının 24 mart13-cü nömrəsində çapdan çıxan "Qullu biyabanlar” felyetonu düşdü. Həminfelyetonda yazılır: "Zəngəzurda müsəlmanlar acından ölürlər. Mən sözümüqutardım. Siz də istəyirsiniz hər kəsə baş əyin. Amma onu yaddan çıxarmayasınızki, biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzədemişik, yazıq ermənilər, görəsən onlar Allaha nə cavab verəcəklər. Amma indi Zəngəzurdamüsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bubuğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər isəpis adamdırlar”...

Görürsünüzmü, bugün də ölkəmizdə nə qədər ac-yalavac,kasıb, imkansız, bayaq dedim, bu çətin vəziyyətdə, karantin rejimində, həttaçörək tapa bilməyən insanlar var. Onlara kömək eləmək lazımdır, onlara əltutmaq lazımdır. Onlara əl tutmaq, arxa durmaq çox böyük savabdır. Özü də elə əltutmaq lazımdır ki, tay onu çəkib bütün efirlərdə göstərməklə həmin adamlarıutandırmasınlar. Bax, belə, zülmdən kim uzaq olsa, onun həyatında həmişə işıqolar, sevgi olar, ruzi olar, bərəkət olar...


TƏQVİM / ARXİV