adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

“Heç kimin İradə kimi oğlu yoxdur” - Aydın Canıyev yazır

AYDIN CANIYEV
107132 | 2020-04-25 10:15

TARİXƏ REPLİKA:Bir az uzaqdan başlayacam – mən vaxtı irəli-geri çəkməyi bacaranlardan birikimi taleyimin müəllimi, hakimi, həkimi, ustadı olmuşlardan bunu öyrənə, tətbiqetməyi bacara bildim.

TARİXƏ EKSKURS:1997-1998-ci illərdə Moskvada... üç respublikanın sərhədində dünyaya gələn, dədəsi"Xram Xrista Spasitelya” kilsəsi sökülüb istifadədən çıxarılanda, özü 60 ilsonra həmin kilsə təzədən bərpa edilib istifadəyə veriləndə eyni küçəyləaddımlayan, Yer üzündə Misirin prezidenti Ənvər Sadatdan sonra Ağ Evdə ikiaylıq akkreditasiya qazanıb sərbəst gediş-gəliş haqqı qazanan dünyada ikinci,amma və həm də ilk və sonuncu SSRİ-li, yeganə azərbaycanlı, uşaqlığında SəmədVurğunla oturub-duran, böyüklüyündə kosmonavtlarla, prezidentlərlə salamlaşan,"XİX-XX əsr Rusiya filosofları” kitabında üç azərbaycanlıdan biri, eləcə də gözəlşairimiz Osman Sarıvəllinin üç oğlundan biri... Rafiq Qurbanovla söhbətlərimdədünya, elm, azərbaycanlılar, rəhbərlər və rəiyyətlər haqqında çox bilgilər əldəetsəm də, mənə bu an – pravoslavların bayram günündə gərəkəni bu oldu ki...

Rafiq Qurbanovixtisasca fizik idi. Rusiyada azərbaycanlılara Azərbaycan, azərbaycanlılarınuşaqlarına ingilis dilini öyrədirdi. Mən hamısını bir kənara qoyuram, sizəçatdırmaq istədiyimi yazıram: Rafiq Osman oğlu Qurbanov fizika... fəlsəsəfi üzrəelmlər namizədi idi! Həə, demək istədiyim budur:

Müttəfiq AzərbaycanSSR və Müstəqil Azərbaycan Respublikasının, eyni zamanda Tarixi Azərbaycan dövlətiningəlib-getmiş şairlərinin Poeziya Planetində ləyaqət simvolu Məmməd Arazın qızı,"Batmanqılınc”ı sovet istilası dönəmində dop"Dolu” – kəsəri batmanlıq qılınc,"Dolu”su erməni təcavüzü kəsimində "Batmanqılınc”- batman qılınc olan,jurnalistikanın, həyatın, siyasətin Aqil imzası, özü-özünün Şah Abbası – istəyəndəboynu kirlini də eşidən, istəməyəndə heç kimi hərləməyən, kefinə düşəndə istədiyivəzifəlini lağa qoyan, dolayan, ürəyi ağrıyanda, yarası göynəyəndə... "dünyanınən varlı” şəhərinin A-sını eşidəndə nəvəsi yaşda uşaqlar kimi A-ğlayan,q-A-r-A-b-A-ğın Qara Bəxtinin A-ları səslənəndə belə yumağa dönən, şəxsi Zəfərin,milli Faciənin bir bətnə-bir mətnə-bir sözə-bir cana sığışan Aqil Abbasınxanımı, 70 il ərzində yeganə olan S.M.Kirov adına Azərbaycan DövlətUniversitetinin jurnalistika fakültəsinin məzunu, Azərbaycanda ədalətin yalnızsözdə qalan dönəmində "Ədalət” adlı qəzetin baş redaktoru İradə Məmməd Arazqızı İbrahimovanın – İradə Tuncayın "Sarı odalar”ını oxuyanda (bitirməmiş!)anladım ki, mən jurnalistin – bir mərhələ televizya, ardınca da qəzet başredaktorunun, publisistin, şair Atanın yazıçı qızının, yazıçı-jurnalist-deputatxanımının, polis rəisinin Anasının, həyatda hər şeyə - arzularına, istəklərinə,xoşbəxtliyinə həmişə gec və bəzən də heç çatmayan, təkcə erkən nənə olmağındandiksinən, bu statusu özünə belə çöçün gələn, özünü eyməndirən... Sultanla...üz-üzəyəm: "Çox yorğunam. Fəhləlik yorub məni. Bütün dünyanın qara vətəndaşlarıkimi payıma düşən tör-töküntü olub, artıqlar olub... Hər şey tələsik, qaçaraq vəminnətlə...”. Və... mən TARİX FƏLSƏFƏSİ üzrə Ustad İradə Tuncaydan heç dəFizika Fəlsəsəfi üzrə Ustad Rafiq Qurbanovdan öyrəndiklərimdən az öyrənmədim.



İradə Tuncay"Sarı odalar”da Tarix Fəlsəfəsini o qədər mükəmməl anlatmış ki... kitabın ilk səhifəsindəki...ilk yazısının başlığı elə kitabın qiymətidir, həm də və eyni zamanda TarixdəTürklüyün dəyəridir: 555, yəni – mənə orta məktəbdə ədəbiyyat və coğrafiya müəllimlərimdərsi üərklə, ürəkdən – cani-dildən, anlaşıqlı və sərrast danışdığıma görə, bəzənürəkləri soyumurdu, iki, lap üç 5-i ("əla”) ard-arda, əvvəlki dərslərəsonradan, sonrakı dərslərə əvvəldən artırmaqla sakitləşirdilər!

Canlarına yağkimi yayılırdı, gözlərinə işıq kimi, təşnə ürəklərinə su kimi, "5”-"əla”yazmağa həsrət qalmaqdan keyləşmiş barmaqlarına can gəlirmiş kimi...

Bax, İradəTuncayın "Sarı odalar”ı belə "vzlyot” götürür ilk səhifədən – 5-də 5-lə vəüstündən daha bir 5-lə!

Yer kürəsinin səmasındaparad manevri edən qırıcı təyyarələr kimi Azərbaycanın üçrəngli bayrağınıcızan, Türkün göynən gedən tarixini Göy Türkün təntənəsi kimi təqdim edən İradəTuncay gözəl də tamamlayır bu Tarix Fəlsəfəsini. Bircə cümləylə! Cəmi bircəcümləylə: "... Mən bu şəhər haqqında hər şeyi bilirəm, amma bunun farkında olanbirisi yox ki...”

Həə, həqiqət eləbudu: İradə Tuncayın İstanbul haqqında, dolayısıyla Türklük və onun tarixihaqqında hər şeyi bilməsinin fərqində olmadıqları kimi, İradə Tuncayın özünün dəfərqində deyillər!

Nəinki biz, elə...Türk Məsələsini həll və həzm edə bilməyən Dünyanın özü də!

O İradə Tuncayınhaqqında ki, özü yazır özü haqqında:"Çox qapalı adamam. Kimsəni içiməburaxmıram. Və bilirəm ki, ətrafdakılara da ədalı, göydən gedən, soyuq,qılıqsız adam təsiri bağışlayıram. Heç həvəsim də olmur ki, izah edəm ki, yox,vallah, belə deyil. (...) Bilirəm, məni "həzm” eləmək çətindir. Xasiyyətimağırdır, dilim acıdır, sözlərimi bir batman balla yemək olmur. Bilirəm. Necəvaramsa elə qəbul eləyənlərə minnətdaram. Həyatım boyu o qədər rəzilliklə,alçaqlıqla üzbəüz qalmışam ki, bu maskanı bütün vücuduma geyinməyə məcburolmuşam...”

Amma"vizit-kart”la tanışlıqdan sonra siz Onun "Depressiya”sına baxın və görün, əminolun ki, siz doğrudan da İradə Tuncayın fərqində deyilsiniz. Şəxsən mən (deməyəehtiyac duymuram ki, mən hara, Ustad İradə Tuncay hara da, özünüz heç olmasabunun fərqindəsiniz), həmin o depressiya yazısındakı mərhəməti, ədaləti, şərəfiadları çəkilənin heç birinə verməzdim, nəinki kitabıma salardım, heç yazıdaadını çəkməzdim. Handa ola sarıdimdiyin birinin "əşşi” müraciətinəcən. Ammaİradə Tuncay "Depressiya”nı gözəl anlatmış – tarixi yöndən də, psixoloji yöndəndə. "Ölən istəklərimiz”in zülmü tam alayı. Oxuyanda xoşum gəlmir "ƏLA YAZIBSAN,ƏLA YAZIDI” deməkdən, dəyər verməkdən. Bir bax, gör nə yaşantılardır? Oyaşantılar da əlamı? Biz əla yaşayıb da əla yaşantıları əla yazmağa, yaymağa, çəkməyəgöstərməyə layiq deyilikmi?

Bu sualı verməküçün gərək İradə Tuncay kimi, cəmiyyətin də durumunu biləsən: "... amma hərəmizbir tərəfdə sövdələşib oturmuşuq da...”

Elə deyil ki?

Biz fərqindəyikmi:"İndi baş verənlər böyük Avropa faciəsinin proloqudur. Müharibə olacaq. Müttəfiqlərimizindi bizimlə birlikdə yaxşı şəraitdə döyüşmək istəmədilər. Neynək, onlar bizimuğrumuzda döyüşəcəklər, amma o zaman bizim döyüşmək imkanımız olmayacaq”.

"Çexoslovakiyanınbədbəxt prezidenti Beneşi gecə saat 3-də yuxudan durğuzub ölkədən qovdular.Hitler onu oralarda görmək istəmirdi. Az sonra Beneş demişdi” yazan İradəTuncay onun fikrini, onda o vaxt üçün dediyi fikrini çatdırır və...

Onda eləolmuşdu! İndi də elə BELƏ deyil ki?

Bəlkə heç belə dədeyil: "Hərə üzünə bir maska taxıb bu maskaradda ona ayrılmış rolu oynamağaçalışır”.

Kimsənin etirazıvarmı deyilən fikrə?

Siz Allah,eramızdan əvvəl və bizim eramızda dahi dediklərinizin fikirlərini niyə qəbullanırsınız?Konkret situasiyada bütün zamanlar üçün doğru olanı dedikləri üçün, deyilmi?

Bəs elə İradəTuncay da onu edib də!

Həə... doğruolanı... doğru olan... əsasdır.

HAŞİYƏ:

Oxuyan da çoxdu.Kitab da çoxdu. İmkan da kifayət qədər. Amma və lakin...

HAŞİYƏ İÇİNDƏHAŞİYƏ:

Bir dəfəSözümüzün, Sözünün, Sözün Ağası Mir Şahin Ağayevlə təsadüfən rastlaşdıq,qayıtdı ki, "bildin də nə deyirəm” başlıqlı statusların çox yaxşı, amma o birilərinirədd elə, özünü güllə qabağına atırsan, bizi də pis vəziyyətdə qoyursan”.

Qaçaraq vəayaqüstü dedim ki, Şirməmməd müəllimin sözüdü o. Sonra rəhmətlik müəlliminsağlığında açıqlama da verdim. Ona görə ki: Şirməmməd müəllim rəhmətə gedəndəfb-də çoxlarının "yadına düşdü” ki, Şirməmməd müəllimə məxsusdu o ifadə, guyada onlar dərsdə eşidibmiş. O sözü Şirməmməd müəllim hər dəfə işlətmirdi - ənazından iki qrupda oxumuşam, nə o iki qrupda oxuduqlarım, nə də başqaları deyəbilməz Şirməmməd müəllim hansı "oborot”da işlədib!

DEMƏLİ: 70-ciillərin axırı, 80-ci illərin əvvəlində jurnalistika fakültəsində oxuyan Raqif Məmmədov1991-ci ildə "Həyat” (indiki "Azərbaycan”) qəzetində işləyərkən danışmışdı ki,Şirməmməd müəllim dərsdə sosializm mətbuatıyla kapitalizm mətbuatını müqayisəedərkən dedi ki, sosializm də xəstədir, kapitalizm də, sosializm demokratiyanınazlığından, kapitalizm çoxluğundan. Bildin də nə deyirəm? Və mən də... arada-bərədəbunu yazırdım, rəhmətlik Şirməmməd müəllimlə rastlaşanda özünə etiraf eləmişdim:biz sizin kimi böyük ola bilmirik, yazdıqlarınızı, etdiklərinizi yaşatmaq qədərincəböyümədik, böyük ola bilmədik, öz payıma gücüm o bir ifadənizi-sualınızıyaşadıram. Rəhmətlik "onu da edirsənsə, vicdanın var, demokratiya çox olankapitalizmdə demokratiya az olan sosializmin qəhrəmanlıq dəyərlərini yaşatmaqmümkünsüzdür”.

Deməyim bu: İradəTuncay az demokratiyalı dönəmdən çoxdemokratiyalı dönəmi ömrünü yarıbayarı bölərəkyaşayıb. At izi it izinə qarışan məmləkətdə bir az kolay... yaşam! Özü yazıb daimperiyalar yıxılanda fəsadları nə boyda olur. Azərbaycan SSR-in möhtəşəm sovetşairləri müstəqillik dönəmində əliyalın qaldılar – salamat çıxan çox azimzalardan oldu Məmməd Araz. Bu dağıntılar üstündə ucalan şairciyəzlərinşairlikdən çox özlərinə menecerlik yaradıcılığı məcbur etdi ki... bir az sakinolasan. İradə Tuncay bunu bacardı və həm də Sözün Kimə Məxsus Olduğunu sərgilədi."Sarı odalar”da saralan poeziyanın, sözün, ekranın, mətbuatın öləziyən işığındaharayını-həyəcanını anlamaq lazım... Şair üçün, Söz üçün danışmağa başlayanda.Mən İradə Tuncayı anladım deyirəmsə, indi durub burda bütöv yazısını paylaşasıdeyiləm – kitabı alın, oxuyun, almırsınız, girin, "Ədalət” qəzetinin portalındaaxtarış verin, tapın!

HAŞİYƏYƏQAYIDIŞ: Oxuduqca görürəm ki, mən İradə Tuncayın bəzi fikirlərini işlətmişəmyazılarımda. Üzümdəki xəcalət təri elə üzümdəki çopurları dolduruncaya vədonduruncaya qədər... bildim ki, Ustad niyə müəlliflik hüququnu mənə xatırlatmır.Ustad elə ona görə Ustaddır ki, bilir... Aydın Canıyevin özünə möhtərəm və möhtəşəmdeməyiylə deyil ki, o da elə o birilərinin tayı, özü haqqında yazdığı kimidüşünənlərdən biri, yəni oxumayıb İradə Tuncayı! Ayıb olsun Aydın Canıyevə də,elə oxumayan o birilərinə də.

Nələrə rast gəldim:həmişə yazılarımda davasını açmışam: a kişi, mənə Gədəbəy rayonunun İnəkboğan,Bərdənin Kətəlparaq, Lerikin Brkandul kəndində olan maraqlıdı, nəinki Kafka,Drayzer, Sartr. Mən öz qəhrəmanımı istəyirəm, öz yazıçımı oxumaq istəyirəm.İradə Tuncay bunu ali və daha mükəmməl ərklə, qınaqla ifadə edib. Mən söyərək,Ustad öyərək!

Mən tez-tezyazıram son vaxtlar "biz Heydər Əliyevdən heç nə öyrənmədik”, Ustad bunu dahasanballı şəkildə illər öncə yazıb.

Mən bəzi ədatları,modal sözləri məzə üçün yazıram, amma İradə Tuncay daha ustacasına illər öncəyazıb: "amma... amma... amma...”

HAŞİYƏDƏN TƏZƏDƏNÇIXIŞ: Rəhmətlik Rafiq Tağı "amma və lakin”i dövriyyəyə buraxan ilk imzadıyaddaşımda – ona qədər də kimsə bizlərdən bəlkə də işlədib və daha gözəl. Ammavə lakin... mən ilk dəfə onda gördüm: ikimizin də "Vətəndaş həmrəyliyi” qəzetindəyazımız çıxmışdı. "Xəqani 33”-də görüşüb çay içəndə dedim ki, Rafiq müəllim, sənin"oborot”una tamah salmışam. Dedi ki, gördüm, sən məndən yaxşı işlədirsən, halalxoşun.

HAŞİYƏDƏNDOĞRUYA QAYIDIŞ:

Mal-mülk,arvad-uşaq, iş-güc, şöhrət hərisi, qəsbkarı, istilaçısı ola bilərsən, ammaSöz... Sözün yiyəsi var, Sözün deyəni var, Sözü deyən var. O haqqa girməkolmaz!

İradə TuncaySözün Yiyəsidi, Sözün deyənidi, Sözünü deyəndi. Bayaqdan demək istədiyimdoğruya hələ tam çatmamışam, amma indi deyəcəm:

"Sarı odalar”DOĞRU KİTABDIR, İradə Tuncay DOĞRU MÜƏLLİF.

Bu kitabda doğruolmayan heç nə yoxdur! Və...

Tarixin Türk məsələsindəntutmuş Torpağın Tanrı payından ta Sözün Tarixinə, Tarixin Sözünə təpkiyə qədər!Hər şey doğrudur. Kitab başdan-ayağa təpkidir – Doğruların Təpkisi, TəpkilərinTarixi!

Mən doğru kitabvə doğru müəllif deyəndə təkcə bunları nəzərdə tutmuram, nəzərdə tutduğum həm dəbudur:

Andre Morua"Literaturnıe portretı” yazıb. Bu yaşıl üzlü kitabı mən hardasa bir 20 il qabaqoxumuşdum. Doğruların kitabı olaraq. Belə bir fikri vardı A.Moruanın: "Stendalqədər bəşəriyyətdə yalançı adam olmayıb, amma bəşəriyyətə onun qədər də doğrudeyən olmayıb”.

Tam səmimi deyirəm– silsilə yazılara başlamışdım, 20 ilə tamamlaya bilmədim. İradə Tuncayın "Sarıodalar”ı mənim o "ədəbi portretlər” arzumdur. Yaşca da, başca da böyük olmaqSözünü deyib İradə Tuncay! Hətta ora qədər ki, illərin uzun və qısa olmasınacan:"Belə bir inanc var ki bu "uzun” ildə dağıntı və fəlakətlərin sayı başqa normalillərdən artıq olur. Xəstə və qoca adamlar daha çox olur (xüsusən fevralayında. "Februarus” sözü latın dilində "təmizləmə” deməkdir. Belə çıxır ki,ölüm özü də bir növ təmizləmədi). Bu illərdə bağlanan nigahlar da uğurlusayılmır. Amma bir istisna var ki, belə dövrlərdə qadınlar, qızlar özlərielçilik edə bilərlər. Bu, onlara ayıb sayılmaz, heç kim də onlara "yox” deyəbilməz”.

Həə, tamamlayım:doğru kitab odur ki, səni həyatın, yaşamın, elmin, dönəmin, dünənin, dünyanınbütün qatlarına aparır, düşündürür, məhz də sənin missiyanı, boyunu,qabaritini, təfəkkürünü sənə aydınladır.

Mən AndreMoruanın portetlərindən, Vahid Rzayevin "Yaranış”ından sonra üçüncü kitabıgördüm. Ki... sağlığını-varlığını qeyd etməyə dəyər!

Və "niyə bukitabı oxumaq lazımdır, dəyərləndirmək lazımdır” sualının cavabını da İradəTuncay verib: "Bizim toplum olaraq birinci dərdimiz budur – içimizin boşluğu”.Və İradə Tuncayın bu haqlı ittihamını anlamaq üçün gərək ilk növbədə yenə dəİradə Tuncaya müraciət edəsən əlac üçün: "Biz, əlbəttə, anlayırıq ki, özbaşınadeyilik (...) amma heç cür anlamaq olmur ki, bizim hər birimizə vətəndaşolmağa, insan olmağa nə mane olur?! Yenə Avropa Şurası?”

İradə Tuncayı həmdə ona görə FƏRQ ETMƏK lazımdır ki: "Bizim gələcəyimiz çox böyük təhlükəaltındadır! Və həmin təhlükənin ən böyük mənbəyi də TV-lərdi”.

Əfəndilər, İradəTuncay demişkən, bir az "çoxkremli pirojnaya oxşayan xalq artistlərinin yataqotağına həsr olunan” verilişlərdən uzaq durun, DOĞRU MÜƏLLİFLƏRİN DOĞRUKİTABLARINI oxuyun. Bunun üçün, vallah, baş lazım deyil anlamağa, göz lazımdır,göz, oxuyun, gözünüz açılsın. Əldən gedən baş sizi kor qoyub. Heç olmasa,oxuyun, oxumaqla gözünüz açılsın!

Həm də İradəTuncayı oxuyanda anlamaq problemi yoxdu - yetər ki oxuyasan, hamımızın əvəzinəanlayıb da, dogru nəticəni çıxarıb da qoyub süfrəyə - horra da yeyə bilməyənlərindərdini də çəkəsi deyil ki? Özünün bir ömür boyu anlanılmaq dərdi özünə bəsdi də!

Kitabdan kitabalayiq yazılar yazılmalıdı – kitab(ın dəyəri) qədər, amma day kitab(ın özü) qədərdə yox, hərçənd "Sarı odalar”dan elə özü boyda kitab yazıla bilər! Burasınıucuzlaşdırmayaq, keçək xoş ovqat notlarına.

SON SÖZ ƏVƏZİ:

İradə Tuncay MəmmədArazın oğul arzusu üstündə dünyaya gələn övladıdır və İradə Tuncaya qoşulubdeyim ki: "Hər kişinin İradə kimi oğlu ola bilməz!”

İradə Tuncayınkitabı və özü fərq edilməlidir – həddən artıq fərqli yazılıb, ONÇUN. Tarix və ədəbiyyatöz fəlsəfəsiylə, Söz və Anlam öz təsnifatıyla, ölkə və dünya, dil və xalq, adət-ənənə- milli mentallıq və bəşərilik, kişilik və Kişilik, qadınlıq və anlamı, dövlətidarəetməsi və ilahi düzən, ağıl və hiss, qismət və bəxt, zaman və məkan,xarakter və dəyərlər...

Qapısına yazıçıkimi gələn müştəbeh gəncə "hər şeydən yazmaq heç nədən yazmaqdır”, - deyən İradəTuncay Özü Hər Şeyi Gözəl Yazıb.

Və belə birSizif əzabına sadəcə belə etirafda bulunmaq vicdan borcudur...

"XX əsrin ən müəmmalıvə ən qalmaqallı ədəbi cütlüyü. Jan Pol Sartr-Simona de Bovuar. Müasirlərixatırlayırlar ki, Sartrın üzünə baxmaq istədiyi yeganə qadın Simona olub. Zərifcinsin digər nümayəndələri isə onun baxışlarını boğazdan aşağıda hiss ediblər...”

Stop!

Tapdım... birdaha və yenidən... "Sarı odalar”ın DOĞRUMÜƏLLİF TƏRƏFİNDƏN DOĞRU KİTAB olmağının dəyərini:

İradə Tuncay eləüzünə baxılası yeganə müəllifdir!

Sevgilər və səcdələr,Ustad!

YAZIYA SÖZARDI: Əvvəldədediyimə ayaq verim. Oxuyan çoxdu, kitab da çoxdu, oxumaq imkanı da çoxdu. Sizallahınız, kitabı İradə Tuncay kimi oxuya bilirsinizsə, kitabı İradə Tuncaykimi yaza bilirsinizsə, oxuyun və yazın. Yoxsa ki... "tanklarını Berlin küçələriilə sürən qüdrətli dövlətə ahıl bir qadının döş qəfəsinin üstündən keçmək nəyəlazım idi” sualını səsləndirməyə şərait yaratmayın! Yorulduq axı, hər kitabıoxuyanın, hər kitabı çıxanın üzündən aşağısına baxmaqdan!

... Mən "Sarıodalar”la sağollaşa bilmirəm – gecələr Günəşimlə sağollaşa bilmədiyim kimi. Buanlamı... mənim özüm üçün dəyərli və əziz saydığım oxuculara çatdırmaq üçünyazıram ki, kitab və müəllif haqqında doğru təsəvvürləri olsun.

... Sovetdövründə (sovet dövründə ha!) bir gün Lənkəranda hər gün içən biri aşura günü gəlirkafeyə ki, yüz süz içim. Adam da qayıdır ki, Allah evini tiksin, bu əziz gündəiçmək olarsa da, mən araq sata bilmərəm. Adam baxır ki, heç cür yola gələndeyil, xahiş edir, yaxşı, satma, amma mən dediyimi elə. Razılaşır bufetçi.Deyir, bax o nimçəyə iki dənə göy alça qoy, iki dilim də yerpənəkdən, böyrünə dəyüz qram araq. Bəli, qəşəng bir kompozisiya yaranır. Alkaş nimçəni götürür əlinə,nümayiş etdirə-etdirə qayıdır ki, həə, indi bunu apar Ağa Mircavad Ağanınqabağına, içməsə, atabaatama lənət.

"Bildiniz də nədeyirəm?”

Vallah, içilməli...hə, hə, içilməli... kitabdı "Sarı odalar” - su kimi, viski kimi, rakı kimi,konyak kimi...

Oxuyun "Sarıodalar”ı, Ağa Mircavad Ağa söhbəti də qüvvədədi!


TƏQVİM / ARXİV