adalet.az header logo
  • Bakı 12°C

Siz atomu parçalayın, mən eşqdən yazacam! - Emin Piri yazır

Emin Piri
120739 | 2020-04-25 10:43

Kimsə peşmanolur, sosial şəbəkənin, duyğuların yaratdığı sözləri dilinə gətirsin. O dəqiqə,Elon Musk gözü yaşlı, dünya aya çıxır, Marsda koloniya yaradır, bunlar insanimünasibətdən, sevgidən, eşqdən danışır. Bilmirəm, özündən intelektual, ziyalıİQ-sı nə olanlar karantin dövründə Marsda koloniya yaratdılar, pandemiyadövründə virusdan qorunmaqçün ora köçdülər,ya yox. Bəlkə də atomu parçalayırlar səsləri gəlmir.

Bu "maarifçiziyalılar” udunudurlar ki, min illər keçsə də insan hisləri dəyişməz qalacaq. Hərhansı kəşflər, elm də insanların, insanlığın bu duyğularının rahatlığı, xoşbəxtliyiüçündür.

Hə, bu adamlar-bizə yuxarıdan aşağı baxan "intelektuallar” sonradan maska necə taxılmalıdır, əlnecə yuyulmalıdır, necə qorunmaq lazımdır, insanlar arası münasibətlər, münasibətlərinölçüsü-izolyasiya kimi sadə əməllər barədə mühazirə dinləyən və mühazirə keçənləroldular. Bəs, nə oldu bizi bu ələ salanlar?

Anlamadıqlarıbir şey var, bəşəriyyət nə qədər var, insani münasibətlər və bu kimi nəsnələr həmişəönəmli olacaq. Sonsuza, elə qiyamətə kimi. Necə ki, pandemiya dövrü bunuxatırlatdı.

Robotlarıinsanlaşdırmağa çalışan dünya göstərdi ki, bəzi tibbi məsələlərdə bir addım dairəli getməmişik. Hətta orada qalmışıq. Bəlkə də bəzi keçmiş unudulmuşlarıyenidən kəşf kimi sırımağa çalışırıq. Udunulmuş keçmiş təlimlər haqqındayenilik kimi danışırıq.

1918-ci il,ispan qripi. 100 il öncə insanlara bu virusdan qorunmaq üçün maska taxmağı, 10nəfərdən artıq insanın bir yerdə olmamağı, evdə qalmağı məsləhət görülürdü.Tanış mənzərədir? Halbuki, 100 il sonra bu qaydalar üzərində baş sındırırıq.

Bu arada virusunispan qripi adlanmasının səbəbi də qəribədir. Digər ölkələr pandemiya haqqında mətbuatında yervermir, bir növ cəmiyyətdə panika yaratmamaqçün bu tipli xəbərlərə qadağaqoymuşdular. İspaniyadasa əksinə, media bu olayları, faciəhaqqında yazıları dərc edirdi. Məhz, bu səbəbdən epidemiya "ispan qripi” adınıaldı. Hə, 100 il öncə həyata keçirilmiş izolyasiya tədbirlərinin izahaehtiyacını duyuruq, hansısa həkimlər, alimlər yenilik tapmış kimi efirlərdəndüşmür.

Yüz illər öncə,vəba xəstəliyi. İnsanlar izolyasiya tədbirləri üçün az qala evinin pəncərəsini,qapısını hörürdü. Virusdan qorunmaqçün. İndihörməsələr də mənzərə tanışdır. Evdə necə qalmaq və ya saxlamaq haqqında başsındırırıq. Sanki təzə bir şey tapmışıq.

Kənar şəxslərinpaytaxta, əsas meqa şəhərlərə buraxılmaması.Osmanlı sultanı IV Murad subayların paytaxta girişini qadağan etmişdi.Evli olmayan gənclər şəhərdə bir növ pis yollara düşür, əxlaqsızlıq, cinayətartır, sonda yoluxucu xəstəliklərə də rəvac verirdi. Bu arada türkcə subaybekar deməkdir. Bizdə də bekarların, yəni işsizlərin şəhərə girişi qadağandı.Söz oyunu olsa da. Dünya isə bu cür qoruyucu vasitələri yenilik kimi indi-indianlamağa çalışır. Tanış mənzərədir?

Hə, əzizlərim,siz atomu parçalayın, amma bəşəriyyət nə qədər ki, var bəzi şeylər dəyişməzqalacaq.

Dediyim kimi,duyğularımız dəyişmir, çox məsələdəsə irəli getməmişik, sadəcə yeni bildiklərimizsadəcə unutduqlarımızdır. Bizim, insanlığın əsas problemi də elə unutqanlıqdır.Unutduqca köhnə faciələr başımıza yeni faciə kimi çökür!

Bu arada sizatomu parçalayın, Marsda koloniya yaradın, mən isə gedim yeni sevgi şeirimiyazmağa...


TƏQVİM / ARXİV