adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: EYVANIMA BİR QUŞ QONDU

FAİQ QİSMƏTOĞLU
65143 | 2020-04-25 09:30

... Həmişə yaz gələndəmənim eyvanımın pəncərəsində bir qaranquş olardı. Və bu qaranquş orda özünəyuva qurmuşdu. Çör-çöpdən nə tapırdısa gətirib yığıb orda, özünə bir ocaqyaratmışdı. Hər yaz gələndə o quş gələrdi, orda yumutlayardı, balalayardı. Vəbiz də onlara böyük sevgi və məhəbbətlə, istəklə yanaşardıq. Balalarımadeyirdim birdən çaşarsınıza ha, o quşun yuvasını dağıdarsınız, aman gündü.Çünki qaranquşun qarğışı çox ağır olur.

Bax, beləcə, illərkeçdi, o quş hər yaz bizim eyvanımıza gəldi, yuvasına qondu, balalar dünyaya gətirdivə yenidən qanadlanıb uçdular. Və bir gün o quş gələndə gördü ki, o yuva yoxdu.O yuvanı da hansısa bir pişik çıxıb dağıtmışdı. Quş o vaxtdan çıxıb getdi vəbir daha bizim eyvanımıza qonmadı. Yadıma böyük Musa Yaqubun bu şeiri düşür:

Leyləklərin çöpyuvası boş qalıb,

Bahar gedib,payız gəlib, qış qalıb.

Göy çəməndə ocaqyanıb, daş qalıb,

Bu dünyanın qaradaşı göyərməz.

Və həmin quşküsüb getdi... Biz də gözləyirdik görəsən, o qaranquş yenə gələcəkmi? Illərkeçdi, o qaranquş gəlmədi. Amma bir neçə gün bundan əvvəl yenidən eyvanaçıxmışdı. Gördüm ki, eyvanda bir quş var. Qaranquş deyildi, başqa bir quş idi,yem axtarırdı. Özü də o quş nə sərçəyə bənzəyirdi, nə qaranquşa bənzəyirdi, nədə başqasına... qeyri-adi bir quş idi. O quşlar adətən yazın gəlməyinibildirir. Qeyri-adi, çox şirin, musiqiyəbənzər səs çıxarırlar. Və o quş da eyvanda ora baxdı, bura baxdı və o şirin səsi çıxarmağa başladı. Diqqətlə o quşa baxdım,baxdım, birdən yadıma mənim eyvanımdan uçub gedən qaranquş düşdü. Gördüm ki, oquş nəsə yem axtarır, nəsə acdı. Fürsətdən istifadə eləyib evdə bir ovuc buğdavardı, aparıb səpdim ətrafa. Gördüm o quş dəni yeməyə başladı. Yedi, yedi,axırda əvvəlki səsiylə bir mahnı oxudu. Bilmirəm, bu mahnı idimi, quş səsiidimi, amma bildiyim odur ki, çox qəribə bir səs idi. Və bu qəribə səs məni çoxtəəccübləndirdi.

Bir müddətdənsonra içəri keçib o pəncərədən o quşa baxdım. Quşun tez-tez ətrafına baxaraq dənləriyeməyi mənim daha çox diqqətimi cəlb elədi. Sanki quş qorxurdu ki, kimsə onuvuracaq, kimsə ona daş atacaq, kimsə onu öldürəcək. Dəni dimdikləyib yeyirdi,sonra başını qaldırıb ətrafına baxırdı... yenə yeyirdi, yenə ətrafına baxırdı.Və hər dəfə yeyəndə, başını qaldıranda sanki Allaha şükür eləyirdi ki, nə yaxşımənim qarşıma bu dəni atıblar. Beləcə, o quş beş-on dəqiqə mənim eyvanımdadurdu, durdu, dəni yeyib uçdu. Çox pis oldum. Dedim görəsən, bu quş bir də mənimeyvanıma gələcəkmi?

Amma heç iki günkeçmədi ki, yenə həmin quş mənim eyvanımın məhəccərinə qondu, qəribə səsçıxardı. Və bəlkə də o insanları haraylayırdı ki, ay insanlar, bir az insaflıolun, bir az mürvətli olun, bizə dəyməyin, biz sizi seviriksə, siz də bizi sevməlisiniz.Bir sözlə, həmin quş hər gün olmasa da, iki-üç gündən bir mənim eyvanıma qonur.Və mən də iki-üç gündən bir həmin quşa dən səpirəm. Vallah, heç birlmirəm,hardandı, bu hansı hisslərdi, hansı duyğulardı, hansı sevgidi, amma bildiyimodur ki, hər şeyi Allah yaradıb. Bütün canlılar yaşamaq istəyir, bütün canlılardünyanın havasını ciyərlərinə çəkmək istəyir.

... O quş dayaşamaq istəyir... dünyanın havasını canına çəkmək istəyir... yazı görmək istəyir...ağacların budaqlarında öz şirin mahnısını oxumaq istəyir. Və o quş bizdən beşmetr o tərəfdəki ağaca uçub qonur və təzədən öz yaz mahnısını oxuyurdu. Amma həyətədüşəndə kədərli anlar gördüm. Gördüm ki, bir göyərçin ölüb və yerdə qalıb. Buvaxt onu bir pişik ağzınağına alıb harasa gedirdi. Fikirləşdim ki, bu quş yabaxımsızlıqdan, ya diqqətsizlikdən, ya da insanların zərbəsindən belə ölüb.Amma bir balaca həyətdən addımladım, məktəb tərəfə getdim, gördüm ki, orda dabir quş ölüsü var. Bu da göyərçindi.

Çox qəribədi,son vaxtlar quşlar şəhərdə, Bakıda kütləvi şəkildə qırılırlar. Bu barədə mənhardasa oxumuşdum, amma görməmişdim. Gördüm və çox pis oldum. Bilmirəm,quşların ürəyi partlayır, quşlar sıxılır, quşlar insanların bu çətin zəmanədəboğulduğunu, sıxıldığını hiss eləyir, bu vəziyyətlərə düşür, deyə bilmərəm.Bildiyim odur ki, artıq quşlar da dünyanın bu sıxıntısına, bu bəlasına dözəbilmirlər. Yadıma böyük şair Ramiz Rövşənin"Ölü dəniz” şeirindən bu misralar düşür:

O ölən dənizdənaxı nə qaldı?

Qum örtdü, gizlətdison ləpirləri.

Qum üstə birölü qağayılardı,

Bir də ki,zorlanmış su pəriləri...

... Bax, beləcə...O vaxtlar böyük Ramiz Rövşən də quşların ölümünü sanki görüb və onu bir bəşərifaciə kimi, bəşəri dərd kimi, bəşəri kədər kimi oxucuya çatdırıb. Və bu gün biztək insanların ölümünə yox, hər bir canlının ölümünə, hər bir canlının həyatınanöqtə qoyulmasına qarşı mübarizə aparmalıyıq. Və hər bir canlını sevməli,qorumalı, onlara sevgiylə yanaşmalıyıq. Və Allah-Təala bütün canlılarıyaradanda onlara ürək verib, göz verib, onlara həyat verib... Və bu quşlar daAllahın yaratdığı böyük bir canlıdır... Və biz hər şeyi vevməliyik – təbiətisevməliyik, insanları sevməliyik, Allah-Təala nə veribsə, onların hamısını sevməliyikvə qorumalıyıq...

... Yenidəneyvanıma baxırdım. Gördüm ki, həmin quş gəlib qondu eyvana və qəribə bir mahnıoxuyurdu. Və bu qəribə mahnı mənə yaz mahnısını xatırlatdı... və bu qəribəmahnı mənə həyat eşqini xatırlatdı... və bu qəribə mahnı mənə hələ yaşamağa dəyər,dünyanı sevməyə dəyər, dünyanın gözəliklərini qorumağa dəyər duyğularınıaşıladı. Gəlin, dünyamızı, onun gözəlliyini, onun nəyi varsa, hamısını qoruyaqvə üzü sabaha aparaq. Biz onu qorusaq, üzü sabaha aparsaq, Allah da biziqoruyacaq...


TƏQVİM / ARXİV