adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ZƏHƏRLİ İLAN

FAİQ QİSMƏTOĞLU
54693 | 2020-05-02 10:19

... Dünyada təkcəilan zəhərli deyil. Ilandan da zəhərli məxluqlar, adamlar var. Bunlar heç də zəhərliylə,heç də əməliylə ilandan geri qalmırlar. Harda oldu, harda gəldi, hardaoturdular, ancaq əllərindən pis işlər gəlir. Yəni onlar yaxşı yox, pis iş görməkləözlərində bir sakitlik, rahatlıq tapmağa çalışırlar...

Indi ölkəmizdəböyük islahatlar gedir, böyük layihələr həyata keçirilir, böyük işlər görülür.Amma bu böyük islahatlara, böyük işlərə kölgə salan çoxlu sayda vəzifəli şəxslər var. O vəzifəlişəxslər ki, xalqa deyil, dövlətə deyil, prezidentə deyil, ancaq özlərinə,qohum-əqrabalarına və yaxınlarına xidmət eləyirlər. Elə ki, vəzifə kreslosunda əyləşdilər, elə ki, gəlib həmin zirvəyə çatdılar, gözləriayaqlarının altını görmür və başlayırlar dünyanın altını üstünə çevirməyə. Bax,belə adamlar heç də uzağa gedə bilmirlər.

Bayaq dedik axı,ölkəmizdə böyük islahatlar gedir. Bu islahatları da həyata keçirən cənabprezident İlham Əliyevdir. Və o, dəfələrlə çıxışlarında bildirib ki, mən xalqaxidmət etməyən, xalqı incidən, xalqa əzab verən məmurları cəzalandıracam. Cənabprezident bu sözləri bəyan edib və sonra da öz əməlinə sadiq qalaraq xalqa xidmətetməyən, xalqın haqqına girən vəzifəli şəxsləri ya vəzifədən azad edib, ya da cəzalandırıb...

Heç uzağa getməyək,son vaxtlar Azərbaycanda üç icra başçısı cinayət məsuliyyətinə cəlb olunub. Bubəs deyilmiş kimi, dördüncü icra başçısı və onun müavinləri də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindənsaxlanılıb və onlar barsində cinayət işi qaldırılıb. Hansı ki, dəfələrlə cənabprezident öz çıxışında deyib ki, bu ölkədə toxunulmaz şəxs yoxdur, heç kimin dəxidmətləri nəzərə alınmayacaq. Ona görə də vəzifəli şəxslər tapşırılan işivicdanla, namusla yerinə yetirməlidilər.Görünür, bəzi icra başçıları bu məsələləri yaddan çıxarırlar...

Cənab prezidentonu da deyib ki, o insanlara ki, etimadgöstəririk, onları vəzifəyə təyinedirik, onlar gedib xalqa, millətə, dövlətə xidmət eləməlidir. Təəssüf ki, birçox icra başçıları cənab prezidentin bu tövsiyələrini bu qulağından alıb, oqulağından verir. Elə ki, vəzifəyə keçdilər, tamamilə başqa bir yer tuturlar.Ona görə də onlar gec-tez öz cəzalarına çatırlar. Əlbəttə, bütün bunlarreallıqdır və bunlardan qaçmaq mümkün deyil. Bu hadisələr bir daha onu göstərirki, Azərbaycanda bu islahatlar, bu addımlar davam edəcək. Amma təəssüf ki,bundan nəticə çıxaran vəzifəli şəxslər çox azdır...

Düşünürdük ki,üç icra başçısı cinayət məsuliyytinə cəlb ediləndən sonra digərləri heç olmasaçəkinər, heç olmasa əvvəlki mövqelərindən kənar durar və xalqa, millətə, dövlətəxidmət eləyər. Əfsuslar olsun ki, bu gün ölkəmizdə yenə kifayət qədər vəzifəlişəxslər var ki, onlar cənab prezidentin tapşırıqlarına məhəl qoymur, öz bildiklərikimi hərəkət edir, sonra da beləcə cəzalanırlar.

Cənab prezidentİlham Əliyev humanist insandı, humanist prezidentdir. Çox təəssüf ki, bəzi vəzifəlişəxslər cənab prezidentin humanistiliyindən sui-istifadə edir və sonra da cəzalanırlar.Cənab prezident düz edir. Addımını düz atmayan şəxs təbii ki, məsuliyyətə cəlbedilməlidir...

Heç uzağa getməyək.İsmayıllı rayonuna gənc kadr icra başçısı təyin edilib. Cənab prezident onlarıvəzifəyə təyin edərkən bir daha bildirdi ki, bax, sizi bu vəzifəyə təyin edirəm,siz yaxşı işləməsəniz, cəzalandıracam! Bəli, həmin icra başçılarından biri, yəniİsmayıllı rayon icra hakimiyyətinin başçısına işində verdiyi nöqsanlara görə, cənab prezident tərəfindən cəzalandırılaraqtöhmət verildi. Bax, əsas məsələ odur ki, heç kimə güzəşt edilmir. Hamı zəhmətçəkib bu xalqa, bu dövlətə, bu ölkəyə, bu prezidentə xidmət eləməlidirlər...

"Böyük dayaq”filmində çox maraqlı bir epizod var. Filmdə kolxoz sədri Rüstəm kişi barəsindəmüxtəlif təşkilatlara imzasız məktublar gedir. Və həmin məktublar da kolxoz sədrinin əleyhinə yazılan məktublarolur. Raykomun birinci katibinin apardığı araşdırmadan sonra məlum olur ki, buməktublar kənd sakini Yarməmmədin imzasıyla yazılıb. Kolxozçuların iştirakı iləkeçirilən iclasda Yarməmməd tutduğu əməlindən peşman olduğunu etiraf edir. Sədronu "Ə, sən nə zəhərli ilan imişsən?” – deyə acılayır.Birinci katib söhbətə müdaxilə edir: - Bəli, o zəhərli ilandı, amma ondan da zəhərliilan daş altında yatıb - deyəbildirir...

Bəli, bu gün ölkəmizdəvəzifədə olan bəzi zəhərli ilanlar daş altında yatıb. Və onların da ölkədə dövlətəmlakının mənimsənilməsində, talanmasında kifayət qədər öz "payları” var. Onlarheç olmasa qorxmalı, çəkinməli, bir daha yəqin etməlidilər ki, onların bu cinayətəməllərinin üstü gec-tez açılacaq. Ona görə də bu şəxslər heç olmasa vicdanlarıqarşısında hesabat verməli, düşünməlidirlər ki, ziyanın yarısından qayıtmaq daxeyirdir. Amma çox təəssüf ki, pis vərdişlərə öyrəşən adam çətin ki, ondan xilas olsun. Bizdə elə vəzifəli şəxslərvar ki, həmin vərdişlərdən əl çəkmir. Çünki onların əli hər gün, hər ay rüşvətalmağa öyrəşib. Onlar milləti, xalqı incitməyə alışıblar. Kabinetlərininqarşısında vətəndaşları günlərlə, həftələrlə süründürməyə çox böyük həvəs göstərirlər.Təbii ki, bütün bunlar insanların hüquqlarının pozulması, insanların əsəbləşməsi,başqa sözlə demiş olsaq, onların həyat tərzinin pozulmasına gətirib çıxarır.Aydındır ki, bu məsələlər həmişə gündəmdə olmalıdır. Gündəmdə o mənadaolmalıdır ki, vəzifəli şəxs səhər işə gələndə düşünməlidir ki, mən bu vətənə,bu millətə, bu dövlətə, bu xalqa, bu prezidentə nə ilə xidmət eləyəcəm -insanlara vicdanla yanaşmaqla, yoxsa onları incitməklə?!.

Təbii ki, ölkədəmüəyyən korrupsiya halları da var, rüşvətxorluq da var, neqativ hallar damövcuddur. Amma ölkədə böyük təmizləmə prosesi gedir. Və bu prosesdə DTX çoxböyük, əvəzsiz işlər görür və prezidentə sadiqliyi ilə seçilir. Biz buaddımları alqışlayırıq və bir daha bəyan edirik ki, ölkəmizdə doğrudan da təkicra başçıları deyil, digər vəzifəli şəxslər də qanunauyğun hərəkət etmir,külli miqdarda pul alır, camaatı incidir, başqa sözlə demiş olsaq, əliəyri işlərləməşğuldur. Heç uzağa getməyək, Bakıda elə məktəb direktorları var ki, özlərin həttaicra başçısından da üstün vəzifədə hiss edirlər. Adi bir məktəb direktoru gəlir,3-4 ildə ev də tikir, maşın da alır. Hansı pulla? Məktəb təhsil verir, yoxsa məktəbbiznes mərkəzidi?!.

Təbii ki, bütünbunlar gələcəkdə o sahələrdə də təmizlənmə prosesində özünü göstərəcək, əliəyriicra başçıları, əliəyri hüquq-mühafizə orqan işçiləri.... cinayət məsuliyyətindənkənarda qala bilməyəcəklər. Təbii ki, biz buna inanırıq. Və inanırıq ki, ölkədəgedən bu cür islahatlar xalq tərəfindən böyük dəstək alacaq və xalq prezidentinhəyata keçirdiyi bu cür islahatları alqışlayacaqdır.

Bir daha deməkistəyirik ki, vəzifəli şəxslər heçolmasa gözü çıxan qardaşlarına baxıb nəticəçıxarmalıdırlar. Nəticə çıxarmalıdırlar ki, ay dadi-bidad, daha bəsdir, yetər,xalqa bu qədər zülm eləmək, xalqın bu qədər haqqına girmək, xalqın bu qədər əlində,ovcunda olanı almaq, dövlətin büdcəsini talamaq bəsdir, yetər! Heç olmasaAllahdan qorxmaq lazımdır... heç olmasa qanundan qorxmaq lazımdır... heç olmasabu xalqdan qorxmaq lazımdır... Belə şeylərin də axırı təbii ki həbsdir! Həbs, həbs,yenə də həbs! Hamı bilməlidir ki, dövlətə, vətənə, ölkəyə, onun büdcəsinə xəyanəteləyən vəzifəli şəxlər beləcə, cəzalanacaqlar...


TƏQVİM / ARXİV