adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DƏRDİNİ GİZLƏDƏN ADAM

FAİQ QİSMƏTOĞLU
51984 | 2020-05-08 09:16

... Bir dəfə səhər-səhərişə gəlib masanın arxasında əyləşəndə mənə dedilər ki, səni bir nəfər axtarır.Və o bir nəfər də elə həmin an otağımızadaxil oldu və özünü təqdim elədi:

- QorxmazAbdulla, yazıçı-publisist!

Sözün düzü, buimza mənə çox tanış idi. Ən azından onunmüxtəlif qəzetlərdə imzalarına tez-tez rast gəlmişdim. Öz doğma vətəni Cəbrayıllabağlı publisist yazılarını oxumuşdum. Və o yazıların da ruhu, dili, üslubu vəşirinliyi məni heyran eləmişdi...

... Əlindəkiyazını mənə tərəf uzatdı və dilləndi ki, sizin bu yaxınlarda bir yazınız çapolunub: "Dizayner məsul katibdirmi?”. Bax, həmin yazıyla bağlı öz fikirlərimi,düşünclərimi yazmışam. Qələmə aldığınız mövzu mənim ürəyimcədir. Mən də oyazının nöqtəsinə, vergülünə toxunmadan qəzetimizin növbəti nömrəsində çapahazırladım...

Bax, həmin gündənbizim aramızda bir isti münasibət və bir səmimiyyət yarandı. Gördüm ki, vətən dərdi, yurd dərdi, el-oba dərdi onuçox narahat edir. Öz yurdundan, yuvasından perik düşəndən sonra Bakıya üztutub. Özü də Yeni Günəşlidə yaşayır. Mənimdə Yeni Günəşlidə yaşadığımı biləndən sonra sevindi. Dedi ki, görüşə bilməsək də,heç olmasa telefon əlaqəsi yaradarıq...

Bu günlərdəQorxmaz Abdulla mənə telefon açmışdı. Bir az Cəbrayıldan danışdıq, bir azFüzulidən söhbət açdıq, bir az da Cəbrayılın çinarlıqlarını, buz bulaqlarını,gözəl mənzərələrini xatırladıq. Və dedi ki, bu yaxınlarda mənim 80 yaşım tamamolur. Amma sözün düzü, ona heç 80 yaş vermək olmaz. Ən azından ona görə ki,maşallah, çox qıvraqdı, həm də həmişə ovqatı nikbin olur.

... Hər adam belə80 yaşda gümrah və sağlam qalmır. Onun gümrah və sağlam qalmasına ürəyinin təmizliyi,səmimiyyəti, heç kimin paxıllığını çəkməməsi və ən nəhayət, dupduru bulaq suyukimi təmiz olmasıdır. Ümumiyyətlə, yumoru, duzu, şirinliyi olan adamlar heçvaxt başqaları kimi tez qocalmırlar. Onların ömrünü bax, beləcə, o yumor, oşirinlik, o duzluluq uzadır...



Qorxmaz Əvəzoğlu Abdullayev 1940-cı ildə Cəbrayıl rayonunun Papı kəndinə anadan olub.M.Qorki adına (indiki akademik M.Mehdizadə) şəhər orta məktəbini bitirib. Vəsonradan müxtəlif yerlərdə çalışıb. Və düşünüb ki, ali məktəbə qəbul olmaqlazımdır. Hərbi xidmətdən qayıdandan sonra V.İ.Lenin adına ADPİ-nin (indikiADPU) filologiya fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. TəyinatlaCəbrayılın Quyucaq kəndinə gəlib. Orda bir müddət işləyəndən sonra Şükürbəyli vəDaş Veysəlli kənd məktəblərində müəllim işləyib. Harda çalışıbsa, harda işləyibsə,orda bir müəllim, bir ziyalı kimi hamının hörmətini qazanıb. Əlbəttə, yaxşı müəllimolmaq olar, yaxşı insan olmaq isə ikiqat xoşbəxtlikdir. O, şagirdlərin vəvalideynlərin nəzərində, xatirəsində həmişə yaxşı müəllim, yaxşı insan kimiqalıb. Heç vaxt kiminsə yanında başıaşağı olmayıb. Əksinə, həmişə başını uca tutub...

Sonralar o, mətbuatsahəsinə qədəm basıb. Bir-birindən gözəl zarisovkalar, oçerklər, yumoristikyazılar, müsahibələr, bədii-publisist və elmi-metodik məqalələr qələmə alıb. Hərbirini də oxucular çox böyük həvəslə izləyiblər. O, mətbuatda müxbir, xüsusimüxbir, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifəsinə qədər yüksəlib.Amma onun üçün ən böyük vəzifə, ən böyük şərəf istedadlı və iti qələm sahibiolması idi...

Zarafat deyil,50 il Azərbaycan mətbuatında bir-birindən gözəl və rəngarəng yazılar qələməalıb. İndiyədək onun 15 kitabı, 5 povesti işıq üzü görüb. Bu kitablarda vətənuğrunda döyüşən, şəhid olan igidlərinobrazı yaradılıb, qaçqın və köçkünlərin əzablı və əziyyətli, iztirablı həyatı təsviredilib. Onun "Səni harada axtarıram”, "Sənsiz...səninlə”, "Gecə yaman uzunmuş”,"Mən səndən ayrılmazdım”, "Azərbaycan muğamatı şagirdlərin vətənpərvərlik məktəbidir”, "Burdan bir atlıkeçdi”, "Orta məktəblərdə musiqi dərsləri”, "Ömürdən o üzə uzanan yollar”, "Nəğmələrədönən lal haraylar”, "Ötən günlərimdən yadda qalan məqamlar” kitabları oxuculartərəfindən böyük sevgiylə, məhəbbətlə qarşılanıb.

Allah-Təalayazıçı-publisist Qorxmaz Abdullanı çox istəyir. Ona görə ki, Ulu YaradanQorxmaza üç istedad bəxş edib: xanəndəlik, yazıçı-publisistlik və bir dəpedaqoqluq! Bu üç sənətin hər biri onuzaman-zaman üzü işığa, üzü üfüqə və üzü günəşə sarı aparıb. Onun çox gözəl vəqeyri-adi məlahətli səsi var. Bu da təsadüfi deyil. Çünki Qorxmaz Abdulla AsəfZeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində oxuyub. Onun şirin səsiQubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda çoxlarının yadında qalıb.

İlk baxışdanadama elə gəlir ki, Qorxmaz Abdulla çox qaraqabaq, qanıacı və adama yovuşmazinsandı. Ancaq elə ki, bu ziyalı, bu insanla çox yox, yarım saat söhbət edirsən,görürsən ki, onun içi necə işıqla doludur, onun varlığı yumordan və şirinlikdənyoğrulub. Bax, belə insanlarla hara desən getmək olar. Dostluq da eləmək olar,duz-çörək də kəsmək olar...

Qorxmaz Abdulla35 il qüsursuz olaraq dövlət qulluğunda çalışıb. Müxtəlif fəxri fərmanlar və təşəkkürnamələr alıb. Vəonunu üçün ən böyük mükafat yazıçı-publisist kimi qiymətləndirilməyidir. O, AzərbaycanYazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Araz” ədəbi,"Qızıl qələm”, "Həsən bəy Zərdabi”, "Şərəf” ali media mükafatlarınınlaureatıdır və Prezident təqaüdçüsü olub.

Bu adam nə qədəristedadlıdırsa, nə qədər qabiliyyətlidirsə, bir o qədər sadə və səmimidir. Dağboyda vətənindən didərgin düşüb – Cəbrayılı itirib... doğma kəndini itirib... dədə-babatorpağını itirib... Amma bu dərdi, bu kədəri heç vaxt qabartmayıb, yurd həsrətinidə, vətən dərdini də elə içində çəkər və dərdini həmişə gizlədər. Mən dərdinigizlədən adamları qürurlu görmüşəm... vüqarlı görmüşəm... heç kimə əyilmədiyinigörmüşəm... Elə uca dağ kimi, uca çinar kimi dayanıb o dərdin qabağında tərpənmirki, tərpənmir. Və bu dərdli adamlar öz içindəki kədəri, ağrı-acını heç vaxtQorxmaz Abdulla kimi başqasına ötürmür. Əksinə, onlar başqasına sevgi verir,gülüş bəxş edir və onlara qəlbinin işığını ərməğan edir.

Qorxmaz Abdulla,80 yaşın mübarək! Ay dərdini gizlədən adam, gün o gün olsun ki, bu ağır dərddənçıxasan, 85-i, 90-nı doğma kəndində, doğma Cəbrayılında qeyd edəsən və səni sevənlər də yığışa masanın ətrafına. Tutarağını demirəm, elə Cəbrayılın buz bulağından su içib sənə can sağlığıarzulayalar. Bir daha 80 yaşın mübarək, qardaş!

TƏQVİM / ARXİV