adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ... VƏ O YAZ

FAİQ QİSMƏTOĞLU
56826 | 2020-05-11 09:17

...Yaz gələndə ağaclar çiçək açır. Güllər və çiçəklər baş qaldırır. Və bu yazın ətriinsanın qəlbinə və ruhuna elə bir rahatlıq gətirir ki, onu heç bir fəsildə hisseləmək və duymaq mümkün deyil. Yaz gələndə tək ağaclar çiçək açmır, tək güllər,lalələr, bənövşələr otların arasından baş qaldırmır. Yaz gələndə həm dəinsanların qəlbindəki, ürəyindəki arzuları da çiçəkləyir. Hətta yaz gələndə dərddə çiçək açır...

...O, yazı başqa fəsillərdən daha çox sevirdi... O, yazı ömrünə-gününə yazılan birfəsil kimi xatırlayırdı... O, yazı həm dəsevgi, məhəbbət və insanlara olan mərhəmət kimi də xatırlamağı unutmurdu. Çünkibu böyük ziyalı, bu böyük insan və bu böyük alim Şamil Qurbanov 1934-cü ilinmayın 10-da Gürcüstanın Bolinisi rayonunun Faxralı kəndində bir yaz günündədünyaya göz açmışdı. Və o yaz da həmişə anadan olduğu il kimi, gün kimiyaddaşına həkk edilmişdi. O yaddaş ki, zaman-zaman daha da cilalanacaq vəzaman-zaman daha da möhkəmlənəcəkdi və onu uca bir zirvəyə aparacaqdı...

ŞamilQurbanov sıradan bir alim deyildi... sıradan bir ziyalı deyildi... və sıradanbir kişi də deyildi... O, özünün istedadı, zəhməti, əməyi və gərginaxtarışlarıyla başqalarından tamamilə seçilirdi. Belə ki, Şamil Qurbanov AzərbaycanDövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin yurnalistika şöbəsinibitirmiş, bir müddət mətbuat sahəsində çalışmışdı. Hətta "Azərbaycan məktəbi”yurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdı. Sonralar "Bakı” qəzetində elmvə mədəniyyət şöbəsinin müdiri vəzifəsindəişləmişdir.

O,ömrünü elmə, axtarışlara və gənc nəslin savadlanması üçün yeni bir həyata həsrelədi. Azərbaycan Dövlət Universitetində çalışaraq namizədlik dissretasiyasımüdafiə etdi, filologiya elmləri namizədi, alimlik dərəcəsi aldı. Sonralar isə elmlər doktoru,professor adına layiq görüldü. Təsadüfi deyildir ki, Şamil müəllim həm də birmüddət filologiya fakültəsinin qiyabi və axşam şöbəsinin dekanı vəzifəsindəçalışıb. Həmin vaxtlar da o özobyektivliyi, tələbənin haqqını qorumağı ilə başqa vəzifəli şəxslərdən tamamiləseçilib. Yəni Şamil müəllim bu vəzifədə olanda nə tələbənin haqqınıntapdanmasına imkan verib, nə də müəllimlərin. Haqq-ədalət kimin tərəfində isə həmişəonun yanında olub.


O, alim kimi də, ictimai xadim kimi də, insankimi də və yazıçı-publisist kimi də həmişə öz sözünü deyib. Birinci və ikinciçağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Eynizamanda, Azərbaycan- Gürcüstan parlamentlərarası əlaqələrin möhkəmləndirilməsivə inkişaf etdirilməsində böyük xidmətlər göstərib. Gürcüstandakı soydaşlarımızınhüquqlarının qorunmasında bir deputat, bir ziyalı kimi öz sözünü deməyibacarıb. O, haqq-ədalət yolunda həqiqət deməkdən heç vaxt çəkinməyib.

HəttaFransanın sabiq prezidenti Yak Şiraka xalqımızın haqqını tapdadığına görə,"qudurmusan” ifadəsini işlətdi. Bax, həmin vaxt Şamil Qurbanovun başı çox əziyyətlərçəkdi. Ona qarşı təxribatlar, şantaylar başladı. Onu isə Azərbaycanın çox böyükziyalıları – Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Aqil Abbas, İsgəndər Quliyev,Səməndər Məmmədov və digər ziyalılar müdafiə elədilər. Onlar dedilər ki, ŞamilQurbanovun üstünə yerimək yox, Azərbaycanın düşmənlərinin üstünə yeriməklazımdır. Əgər bu böyük ziyalılar olmasaydı, Şamil Qurbanovu hansı cəzalar gözləyirdi, bir Allah bilir. Ancaq o böyükziyalı, o böyük insan haqq-ədalət yolunda mübarizə aparmaqdan və döyüşməkdən çəkinmirdi.

Böyükşair Zəlimxan Yaqubun Şamil Qurbanov barəsində yazdığı bu misralarıxatırlayıram:

Yeridinbaşına səpələndi qar,

Baxmadınyolların uzaqlığına.

Elminyollarında ağaran saçlar,

Döndübu millətin üzağlığına.

...O böyük alim, o böyük ziyalı bir-birindən maraqlı, bir-birindən zəngin elmiaxtarışlar apardı. Və bu axtarışların nəticəsində Azərbaycan oxucusu Ömər FaiqNemanzadə kimi görkəmli bir şəxsiyyəti yenidən tanıdı. Bununla yanaşı, "CəmaləddinƏfqani və türk dünyası” kitabı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.Şamil müəllim böyük türkçü Cəmaləddin Əfqanini yenidən öz xalqına sevdirməyibacardı. Eyni zamanda, o böyük alimin "Nəriman Nərimanov dünyası” və "Məmməd ƏminRəsulzadə” kitabları da sözün həqiqi mənasında elm və ədəbiyyat aləmində birhadisə yaratdı.

Bununlayanaşı, Şamil müəllim ona dərs demiş, tərbiyə vermiş orta və ali məktəb müəllimlərihaqqında çox unikal, yaddaqalan "Müəllimlər” kitabını qələmə aldı. Bütün bunlarböyük alimin yuxusuz gecələrinin, gərgin axtarışlarının və arxivlərdə keçənömrünün bəhrəsi idi. Bu kitablarla, bu axtarışlarla Şamil müəllim qətiyyənarxayınlaşmadı. O, İman İldırımtürkü, Hüseyn Minasazovu, Əlimərdan bəyTopçubaşovu, Məmməd Qarayevi, Həmzət bəy Qəbulov – Şirvanskini, Rəhim bəy Məlikovu,Sona xanım Axundovanı xalqımıza sevdirməyi, tanıtdırmağı bacardı. Eyni zamanda,Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev haqqında unikal yazılar qələməalmağı bacardı.

YenəZəlimxan Yaqubun o böyük alim barəsində dediyi bu sözlər yadıma düşür: "Zahirigörkəmi ilə nur heykəlinə bənzəyən, iç dünyası elm işığı ilə dolu olan böyükziyalımızdı Şamil Qurbanov”.

Şamilmüəllimi tək öz qohum-əqrəbası, öz eli-obası, Faxralısı tanımır. Çünki o, bəşəri,dünyəvi bir insan idi. O tək Faxralı haqqında, anadan olduğu torpaq barəsindədüşünməzdi. O, Azərbaycanın müstəqilliyi və uğurlu gələcəyi barəsində özcanıyla, qanıyla mübarizə aparırdı. O, heç vaxt ağrı-acısını, şəxsi mənafeyini dilə gətirməzdi. Azərbaycanın,bu dövlətin, bu xalqın ayağına dəyən daş professor, kafedra müdiri rəhmətlikŞamil Qurbanovun ürəyinə dəyirdi. O da başqaları kimi rahat həyat tərzi yaşayabilərdi... Susub dinməzdi... Hər şeyə göz yumub görməməzliyə vurardı...

AmmaŞamil müəllim haqq pozulan yerdə, ləyaqət tapdalanan məqamda, ölkənin, dövlətinbaşının üstünü buludlar alan zamanda şimşək kimi çaxardı və bir leysan yağışyağardı ki, gəl görəsən. Bu yağış adi yağış deyildi... Bu yağış illərlə onun ürəyində,qəlbində haqsızlığa, ədalətsizliyə qarşı yığılıb qalan dərd-kədər yağışı idi.Bu yağış yağmasaydı, o ildırım çaxmasaydı, yer-göy titrəməsəydi, Şamil müəlliminürəyi heç vaxt sakit döyünməzdi...

Mayın10-u o böyük ziyalının, o böyük müəllimin, o böyük alimin 86 yaşı tamam olur. Və86 yaş bir yaz yağışına bənzəyir. Hər yaz gələndə bu yaz yağışı yağıb, göy üzüdurulub, günəş çıxıb. Və bu yaz yağışı Şamil müəllim haqq dünyasında olsa da,onun ruhuna, onun o dünyasına yağır. Bu yaz yağışı həm də haqq aşiqi olan vəhaqq-ədalət yolunda, bu xalqın uğrundacanını, həyatını fəda edən ruhuna bu gün də yağır. Allah sənə rəhmət eləsin! Məzarınnurla dolsun, Şamil Qurbanov!


TƏQVİM / ARXİV