adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: PREZİDENTLƏ XALQ BİRLİYİNİN NÜMUNƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
65999 | 2020-05-11 09:20

İnsanhəyatı və onun sağlıq durumu hər şeydən vacibdir. Elə əslində sağlıq durumununözü də həyatı mənalandırır, onun dəyərini önə çıxarır. Bu mənada artıq dünyanıcənginə almış, bəşəriyyəti öz xofuna bürümüş virus - COVİD-19 insanların həyattərzini də dəyişibdir. Onun əhatə və təsirgücü o qədər böyükdür ki, onu görməmək, hiss etməmək mümkün deyil. Bax, elə buCOVİD-19-un dünyanı cənginə alması bizim də bir dövlət, bir xalq olaraqtoparlanmamıza, həyatımızı yeni axara yönəltməyimizə səbəb olubdu. Təbii ki, buhər bir fərdin təkcə öz qərarı yox, həm də dövlətin, Azərbaycan iqtidarınınölçülüb-biçilmiş, qabaqlayıcı tədbirlər planının göstəricisidir.

Ötənilin dekabr ayının 31-də dünyada yeni virusla bağlı ilk informasiyalar yayıldı.Belə ki, planetdə mövcud olan 7 milyarddan artıq əhalinin təxminən 4 milyardıbu virusun yaratdığı bəladan qorunmaq üçün özünə qapanmağa, evdə qalmağa məcburoldu. Özü də maraqlı burasıdır ki, yayılan virus dövlətlərin inkişaf səviyyəsinə,xalqların intellektinə heç bir əhəmiyyət vermədən, necə deyərlər, hər kəsə eynisürət, eyni təzyiq, eyni yanaşmayla gücünü göstərdi. Bir az da açıqlasam,inkişaf etmiş dövlətlərə - Avropa, Amerika ilə yanaşı, Asiyanın, Afrikanın, Astraliyanın, hər yerindəinsanları yaxalamağa, onların həyatını qaraltmağa başladı. Məhz pandemiyanın busurəti bütün ölkələri ayağa qalxmağa, bir araya gəlməyə məcbur etdi. Artıq ölkərəhbərləri, dövlət başçıları çalınan həyəcan təbilindən vəziyyətin nə qədərciddi olduğunu qiymətləndirməyə başladılar.

Təbiiki, bu məqamda hadisələrə ən ciddi reaksiyanı Azərbaycan Prezidenti, Azərbaycanhökuməti verdi. Cənab prezidentimiz İlham Əliyevin təşəbbüsüylə məsələni ənyüksək səviyyədə müzakirə edib Nazirlər Kabineti yanında Operativ Qərargahyaradıldı. Prezidentimiz xalqa müraciət etdi. Öz müraciətində ölkə başçısıvurğuladı ki, "İnsanlarımızın sağlamlığını qorumaq məqsədilə biz məhdudlaşdırıcıtədbirlər görməyə məcburuq. Bu tədbirlər hər bir insanın evdə qalmağına, özününvə ailəsinin sağlamlığını qorumaq üçündür.Dövlət bu məqsədlə lazım olan bütün addımları atacaq və insanlarımızınindiki ağır durumdan çıxmasında yanındaolacaqdır”.



Prezidentimizİlham Əliyevin dövlət televiziyası ilə xalqa etdiyi müraciətdən sonra bütündövlət qurumları hərəkətə keçdi. Qısa müddətdə20-dən artıq dövlət xəstəxanası koronavirus xəstələrinin istifadəsinə verildi.Qeyd etmək lazımdır ki, ölkə prezidenti "Mir” Televiziya Kanalına müsahibə verərkənmövcud şəraiti qiymətləndirərək vurğulamışdı ki, "Bu yaxınlarda 525 pasiyentüçün nəzərdə tutulan müasir xəstəxanaaçılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bukateqoriyadan olan tibb işçilərinin əmək haqqı müvafiq olaraq 3, 4 və 5 dəfəartırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq23-dür... 160 mindən çox test keçirilib. Və əhalinin bir milyon nəfərinə düşənsayına görə, Azərbaycan ön sıradadır” .

Hərkəsin gözü önündə həyata keçirilən tədbirlər, yəni əhalinin qoruyucu vasitələrlətəminatı sahəsində qısa vaxtda gerçəkləşdirilən işlər – Sumqayıtda maskaistehsal edən müəssisənin, modul tipli xəstəxanaların açılışı, xaricdəki Azərbaycanvətəndaşlarının ölkəyə gətirilməsi, onların normal karantin şəraitində müayinəvə müalicəsi birbaşa həm ölkə Prezidentinin, həm də Birinci vitse-prezidentMehriban xanım Əliyevanın şəxsi nəzarəti altında görülən işlərdir. Elə atılanbu addımların nəticəsidir ki, ölkənin hər yerindən sıravi Azərbaycan vətəndaşlarıözünün qarantı olan prezidentinə və vitse-prezidentinə təşəkkür məktublarıünvanlayır. Bu, xalqla prezidentin birliyinin bariz nümunəsidir.

COVİD-19-un əhatə etdiyi dünya arenasında virusdan ölənlərin sayının artdığı birvaxtda Azərbaycanda görülən tədbirlər əhalimizin qorunmasında öz sözünü dedi.Amerika, Rusiya, Çin, Almaniya, İtaliya, İspaniya, İran, eləcə də qardaş Türkiyədəvəziyyətin nə qədər ciddi olduğu ölüm sayının necə sürətlə artdığı bir məqamdaAzərbaycan Prezidenti təşəbbüs göstərərək Qoşulmama Hərəkatının Təmas Qrupuformasında Zirvə görüşü təşəbbüsüylə çıxış etdi. Və video-konfrans vasitəsiləbu dövlətlərin, eləcə də beynəlxalq təşkilatların diqqətini pandemiyaya yönəltdi.Öz çıxışında Azərbaycan prezidenti vurğuladı ki, "COVİD-19 qlobal pandemiyasıbütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundansığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmamaq və yalnız birgə səylərləCOVİD-19-a qalib gələ bilərik”.

Həqiqətəndə cənab İlham Əliyevin bu həyati gerçəkliyi ifadə edən gerçək fikri hər kəs tərəfindənbirmənalı şəkildə qarşılandı. Çünki Azərbaycan hökuməti öz əhalisi ilə yanaşı,həm də Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə ayırdı ki, həmin vəsaitində Afrika, Asiya və Latın Amerikası regionları qrupundan olan üzv ölkələr üçünnəzərdə tutulub. O ki, qaldı ölkəmizin daxilində görülən işlərə, təkcə cənabPrezidentin tapşırığı ilə iqtisadi sabitliyi təmin etmək üçün 2 milyarddollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Və 900 mindən çoxişçinin əmək haqqı tam həcmdə saxlanılıbdı. Əgər həyata keçirilənsosial-iqtisadi tədbirlərə bir az da dərindən nüfuz etsək, onda görərik ki, ölkədə600 min nəfərdən artıq aztəminatlı vətəndaşımıza 2 ay ərzində yaşayışın minimumhəcmində vəsait ödənilib. Vergi ödəyicilərinə isə 2021-ci ilin yanvarın 1-dəkolan müddətə vergi güzəştləri və vergi tətilləri elan olunubdu. Burada bir məqamıda xatırlatmaq yerinə düşər ki, ölkədə həyata keçirilən tədbirlər bütünregionları, bütün kənd və qəsəbələri əhatə edir. Xüsusilə sərhəd bölgələrimizdə,keçid məntəqələrində virusla əlaqədar olaraq daha ciddi və sərt tədbirlərəüstünlük verilib. Bu da təbii ki, insanlarımızın sağlamlığının təminatıüçündür.

Eləbu günlərdə ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanınaçılışında iştirak etdiyi paytaxtımızın yeni səhiyyə ocaqlarından biri olacaqsahəsi 3000 kv.metr olan modul tipli kompleks 1 saylı klinik tibbi mərkəzin nəzdindəfəaliyyət göstərəcək. Sürətlə, yəni 3 həftə ərzində tamamlanan bu kompleksbütün zəruri avadanlıq və sistemlə təmin edilib. Yeni kompleksin açılış mərasimindəçıxış edən Azərbaycan Prezidenti vurğulayıb ki, "Əfsuslar olsun ki, biz bu vəziyyətdəmilli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən,xaindir! Bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik cinayət deyil.Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyənvəzifəli şəxslərin hərəkətlərinə nə demək olar? Ancaq xəyanət! Mən demişəm vəbir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar.Müharibə, əslində göz qabağındadır. Bu şəraitdəbelə adamlara nə ad vermək olar? Ona görə də bu adamların cəzalandırılmasıqaçılmazdır”.

Həmintədbirin televiziyada yayımını izləyərkən bir vətəndaş kimi AzərbaycanPrezidentinin necə kəskin çıxış etdiyini, necə qəti mövqe nümayiş etdirdiyinihiss etməmək mümkün deyildi. Bu bir daha onu göstərirdi ki, ölkə rəhbəriCOVİD-19-a qarşı mübarizədən öz məqsədləri üçün istifadə edənlərə qarşı çox qətiyyətlibir mövqe tutub. Yəni o, xidməti olanları da bu cür əməllər törətdikdəbağışlamır. Ona görə ki, söhbət Azərbaycan xalqından, onun sağlıq durumundangedir. Axı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında Heydər ƏliyevFondunun Azərbaycanın aztəminatlı, imkansız ailələrinə əl uzatdığı hər kəsə məlumdur.Bu gün həmin tədbir daha geniş coğrafiyada həyata keçirilir. İnsanlara göndərilənyardımlar, onların güzəranına müsbət təsir etdikcə, həm vətəndaşın dövlətinəinamı artır, həm də özünəgüvəni bərpa olunur.

Heçdə təsadüfi deyil ki, prezidentimizə və vitse-prezidentimizə ünvanlanan təşəkkürməktublarında da məhz bir məqam xüsusi qeyd edilir. O da dövlət rəhbərliyinin hərbir hadisəyə, hər bir məsələyə dərhal reaksiya verməsi, dərhal tədbir görməsidir.İnsanların müraciətləri vaxtında araşdırılır. Onlar üçün tətbiq edilən güzəştlərinəhəmiyyəti adamlara çatdırılır. Və vətəndaşəmin olur ki, evdə qalıb sağlamlığını qoruyanda o, iş yerini itirməyəcək,o, ac qalmayacaqdır! Çünki onunarxasında jurnalist həmkarlarımdan birinin vurğuladığı kimi, dünyanın ən qətiyyətli,ən səmimi Prezidenti dayanıbdır. Deməli, kabus kimi başımızın üstünü alanpandemiya bu gücün, bu iradənin qarşısında heç nə edə bilməz.

Həyatımızınən önəmli sahələri təbii ki, təhsil, nəqliyyat,mədəniyyət, səhiyyə və digərləridir. Məhz ölkə prezidenti dövlətin bütün gücünüqorumaq, bütün nüfuzunu saxlamaq üçün həm vurğuladığım sahələrə, həm orduya,polisə, həm də digər güc strukturlarına da COVİD-19-la mübarizədə zəruri olan tədbirlərigörmək, diqqəti ayırmaq, yardım etmək işlərini plana uyğun şəkildə gerçəkləşməsindəöz göstərişini veribdi. Ona görə də birbaşa insanların keşiyində dayanan səhiyyəvə polis əməkdaşları hər addımda vətəndaşların yanındadır. Düşünürəm ki, bu günxalqının, ölkəsinin sağlığını və nüfuzunu bütün gücüylə qorumaq yolunda ən zəruriaddımları atan Azərbaycan Prezidenti dünyaya bir nümunə göstərib. O da vaxtındavə düzgün qərarlar qəbul etmək, qabaqlayıcı tədbirlər görmək və hər bir addımınxalq naminə atılmasıdır. Biz bu gün xalq naminə atılan addımın leytmotivi olan"Evdəqal”ın nəticəsində artıq karantinin birinci mərhələsindənyumuşaldılmış mərhələsinə keçmişik. Həyatyenidən öz axarına qayıdır. Amma dövlətin və Prezidentimizin nəzarəti altında!

ƏbülfətMƏDƏTOĞLU

Əməkdarjurnalist


TƏQVİM / ARXİV