adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Özünə sadiq Abbas Abdulla - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
80582 | 2020-05-12 10:00

AYB- dəgörüşlərimizin birində mənə kitabını vermişdi. Kiçik bir kitabdı. Dəqiq bilmirəm,bəlkə də son kitabıdı. 2015 – ci ildə"Borçalı” İctimai cəmiyyəti tərəfindən çap olunub. Niyəsini özüm də anlamadım,amma kitabı vərəqləyib Onu xatırladım. Onun haqqında bildiklərimi düşündüm:1940 - cı ildə Gürcüstanın tərkibində olan Bolnisi rayonunun Bolus Kəpənəkçisikəndində anadan olub. Orta təhsilini də Bolnisidə alıb. Sonra Bakıya gəlib. Təhsilinidavam etdirib, ADU – nun filalogiya fakültəsində qiyabi oxumaqla bərabər,zavodda fəhlə, çilingər işləyib. Sonra aspirantura və s. Ədəbiyyatı sevib vəsözün də fəhləsi olub. 1977- ci ildən, AYB – nin üzvü idi. AYB – də və onun mətbuorqanlarında "Ulduz” jurnalı və "Ədəbiyyat və incəsənət” qəzetlərində müxtəlifvəzifələrdə çalışıb. Şair, tərcüməçi, ədəbiyyatşünas… Azərbaycanın Əməkdar mədəniyyətişçisi…1992 – 1997 – ci illərdə Azərbaycan Respublikasının Türkiyədə Başkonsulu …Bura daha nələrsə əlavə etmək olar. Hətta bəzəkli sözlər də tapmaq, yasözlərlə bəzəmək də olar. Mən bunları düşünəndə O sağ idi. Ölümü belə səssiz –səmirsiz olan Abbas Abdulla həyatda idi. Son illərdə ara – sıra tədbirlərdə gözədəyən, səssiz – səmirsiz bir tərəfdə oturan, sonra sakitcə çıxıb gedən Abbas bəyinbelə sakitcə "getməsi”yenə də ağrıtdı məni. Son zamanlar onun özünəməxsus səsinieşitmirdik, eşitmədik. Amma ürəyində sözü çoxdu. Nə qədər işlər görmək istəyirdi.Onun Vətən sevdalı ürəyinin, düşüncələrinin səsi hər yerdən haray – həşiri gələnlərdəndaha möhtəşəm idi. Onun sükutu daha möhtəşəmidi. Bu sükut danışırdı əslində. Sadəcə ürəkbulandıran hay – küylər bu səsieşitmirdi. Eşitmək istəyənlər, eşidə bilənlər eşidirdi. Şair, tərcüməçi, ədəbiyyatşünas…Okim idi? Şəxsiyyət idi. Necəydi O? Böyük idi! Onu 80-ci illərdən tanıyırdım.Çox səmimi, özünə sadiq insan idi. O vaxtlarda ona rast gələndə çoxları kimiyalandan üzünə gülməzdim( sonralar əmin oldum ki, gülüşlərin çoxu saxta olur)qabağına yüyürməzdim, çox sayğı duyurdum, amma sadəcə salam verərdim. Aradakefimi soruşardı. İllər sonra, yəni bütün olaylar yaşanandan sonra bir - neçə dəfəAYB - də rast gəldim. Ona olan soyuq münasibətdən mən də üşüyürdüm. Ötən illərdənfərqli olaraq onu görəndə qabağına gedirdim, onu görməkdən duyduğum sevincihiss etdirirdim. Söhbətləşirdik, nələrisə xatırlayırdıq. Duyğulandığını hissedirdim. Bir görüşümüzdə imzalı kitabını verdi. Həmin imzaya bir də baxdım:Kamalə xanıma dərin hörmətlə və dərin sevgilərlə Abbas Abdulla.

Bir – neçəgün sonra ölüm xəbərini eşitdim. Yenidən kitabı əlimə götürdüm: TÜRK OĞLU TÜRKƏM.

Azdırıryolunda azanlar məni,

Gündə bir kəndirdənasanlar məni.

Bu qansızamansız insanlar məni

Nədənincidirlər, bilməm suçumu…

Türkçü idi, Turançı idi. Milli Azadlıq Hərəkatınınhəqiqi öncüllərindən idi. Bəlkə "o qansız, amansız insanlar” üçün bu suç idi.Bunu bilirdimi?

AbbasAbdullayam, Hacaloğluyam,

Qəm – kədərudmuşam, dərdlə doluyam.

Sormayın nəfəsinədən odluyam,

Bir sirr alov– alov yaxır içimi…

Əlbəttəbilirdi. Sadəcə bu sirri Vətən dərdli ürəyinə büküb saxlayırdı.

Ölüm xəbəri ağır oldu, kədərli oldu çoxları üçün. Sosial şəbəkədən öyrəndim bunu. İlk olaraqİradə xanımın (İradə Tuncay) paylaşımında oxudum. Sonra Aqil Abbasın yazısınıoxudum: " Türk dünyasının böyük kişilərindən biri öldü.”Əslində "Ədalət”də yazını görəndə sevindim. "Çox sağ olun Aqil bəy”dedim özlüyümdə. Həqiqətən Onun "bir titilu vardı : Kişi oğlu Kişi idi”! Doğru. Əlöpən, əyilən deyildi. Əqidəsi vardıvə öz əqidəsinə sadiq idi. Bir də öz –özümə pıçıldadım:

Ölmək üçün yaşamaqdı bizimki ... Sənbaşqaydın...

Sən ölümü adlamışdın. Sükut deyildi səninki .Sənsusmadın. Sən sadəcə sükutunda çığır-bağır salanları batırdın...

Böyük Məmməd Araz hələ 50 il bundan oncə deyibki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

50 ilbundan öncə deyib. Çünki o Vətən daşı olmaq duyğusuyla yaşayıb. Araz olub. Oillərdə ARAZ olmaq asan deyildi. Bunun acısını da çəkib, amma Vətənini sevib. Vəşeiri oxuyandan bu misralar beynimə ilişib qalıb illərdi. Bu torpaqdadoğulanlar, böyüyənlər, suyunu içənlər saysız – hesabsızdı. Bu torpağa "Vətən”deyənlər də saysız – hesabsızdı. "Vətən” deyib bağıranlar, amma Vətənin nəolduğunu bilməyənlər də çoxdu. Vətən - nədoğulduğun, nə böyüdüyün, nə puldan harınladığın, nə kasıbçılıqdan əziyyət çəkdiyinyer deyil. Vətən - daşı olmaq istədiyin yerdir. O – Abbas Abdulla da VƏTƏN daşıidi.


TƏQVİM / ARXİV