adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O SƏS

FAİQ QİSMƏTOĞLU
49175 | 2020-05-13 09:21

Məno böyük kişini – Əməkdar jurnalist, el ağsaqqalı, oturuşu, duruşu və sanbalıylaseçilən, uzun illər mətbuat aləmində külüng çalan, saç ağardan Həmzə Vəliməmmdovugözəl yazıları ilə tanımışdım. Ən çox da bizim qəzetdə onun tez-tez bədii-publisistyazılarını, bir-birindən rəngarəng oçerk və zarisovkalarını oxuduqca o imzaya,o böyük kişiyə birə-beş hörmətim artırdı.

Onunimzalarına o qədər vurulmuşdum ki, günlərin bir günündə bu köhnə kişi barəsindəbir yazı da qələmə aldım. Çünki onun "Köhnə kişilər” kitabını oxuyandan sonrayazı mənim ürəyimin sarı siminə toxundu, içimi tərpətdi, mən də bir yazı qələməaldım. Düşündüm ki, Həmzə müəllimi tanımadığım halda onun barəsində yazdığımyazı yəqin ki, bu ağsaqqalın ürəyincəolacaq.

...Elə belə də oldu. Yazı dərc olunandan bir neçə gün sonra mobil telefonuma zəngelədi və təşəkkürünü bildirdi:

-Müəllim, öyrənmişəm ki, sən Füzulinin Bəhmənli kəndindənsən. Mənim orda birdostum var – "Araz” qəzetinin redaktoru Məcnun Namazəliyev. Bax, Məcnun müəllimdənsoruşsan, deyər ki, mən kiməm.

Məcnunmüəllim də Həmzə Vəliməmmədovun xətrini çox istəyirdi. Onun barəsində o qədərağızdolusu danışdı ki, mən bir daha o köhnə kişinin görünməyən tərəflərini dəöyrəndim...

AmmaHəmzə müəllim haqqında mənə bələdçilik edən, onun həyatını danışan dostum vəqonşum, yazıçı-publisist Səməndər Məmmədovdur. Səməndər müəllim deyir ki, mən1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndənsonra təyinatla həyat yoldaşımla Lerikin Vistən kəndinə göndərildik. Mənimxanımım da universiteti bitirmişdi. Və hər ikimiz həmin kənddə müəllimlik fəaliyyətinəbaşladıq. Mənim əmim "Sovet kəndi”nin şöbə müdiri, Əməkdar jurnalist Məmməd Məmmədovdedi ki, heç narahat olub-eləməyin,Lerikdə bir dostum var,tapşıracam əli üstünüzdə olacaq. Bir neçə aydan sonra mən Lerikdə çıxan "Bolluq uğrunda” qəzetinin redaktoru HəmzəVəliməmmədovla tanış oldum. O rayonda işlədiyim illər ərzində bu kişi mənə vəailəmə atalıq elədi. Ən çətin vəziyyətimizdə, sıxıntılı anlarımızda xəbərimizolmadan bizə pay-pürüş göndərirdi, kömək edirdi və arxa dururdu. O qədərbir-birimizə isnişdik ki, təyinat müddətini bitirib mən Lerikdən Bakıyaqayıdanda Həmzə müəllimlə görüşüb ayrılandakövrəldik. Dedim ki, Həmzə müəllim, sən mənə və ailəmə ata olmusan, arxadurmusan və ən sıxıntılı anlarımızda "qorxmayın” demisən. Bunları heç vaxtunudan deyilik.

Heçunutmadılar da. Həmzə müəllimlə Səməndər Məmmədovun dostluğu düz 30 ildən çoxdavam eləyib. Həmişə bayramlarda, ad günlərində zəng vurub təbrik eləyib. Və bəzəndə ailəsini götürüb Lerikə Həmzə müəllimi ziyarət eləməyə gedib.

Səməndərmüəllim Həmzə müəllimi çox istəyirdi, Həmzə müəllim də onu. Hətta Həmzə Vəliməmmədovun75 illik yubileyinə "Ay Həmzə qağa” adlı bir şeir də qələmə almışdı. Həminşeiri bir daha yada salırıq:


Odkimi alışdın, sönmədin heç vaxt,

Doğru-düzyolundan dönmədin heç vaxt.

Özuca zirvəndən enmədin heç vaxt,

Qələminitidir, ay Həmzə qağa,

Sözünqiymətlidir, ay Həmzə qağa.

Haqqasən haqq dedin, haqqı danmadın,

Budaqdan-budağauçub qonmadın,

Arxan,dayağındı öz təmiz adın,

Yazıb-yaradırsan,ay Həmzə qağa,

Beləyaşayırsan, ay Həmzə qağa.

Satmadınsözünü sərvətə, vara,

Sənağa ağ dedin, qaraya qara.

Hərkəlmən nur oldu qaranlıqlara,

Çağlayırilhamın, ay Həmzə qağa,

Təmizdivicdanın, ay Həmzə qağa.


Eləonun ölüm xəbərini də mənə yazıçı-publisist Səməndər Məmmədov çatdırdı. Sözündüzü, bu xəbəri eşidəndə çox kədərləndim. Qəlbimə, ürəyimə bir nisgil hopdu.Çünki hər dəfə mənimlə danışanda Həmzə müəllim deyirdi ki, Faiq, bu yaxınlardaBakıya gələcəm, üzbəzü oturub söhbət eləyərik, bir stəkan çay içərik. Səni eləgörmək istəyirəm ki. Elə mən də o böyük kişini, o köhnə kişini görmək istəyirdim.Elə bir həftə olmazdı ki, mənə zəng eləməsin. Ölümündən iki-üç gün qabaq yenə zəngeləmişdi. Zəng eləyən kimi onun o müdrik, o ağsaqqal, o ağayana səsini yenidəneşitdim:

-Faiq, nə təhərsən? İşlərin necədir? Sənin bir yazını oxudum, çox xoşuma gəldi."Eyvanıma bir quş qondu” yazını deyirəm. O quşa yazığım gəldi. İstəyirəm sənəbir kisə buğda göndərim, o quşa səpərsən...



...Ürəyin yumuşaqlığına bir bax ey! Ancaq səmimi və təmiz ürək sahibi olan adamlarbu sözü deyə bilər... ancaq qəlbində və ürəyində mərhəmət olan insanlar bu sözüdilinə gətirər... ancaq çətinlik görən, sıxıntı yaşayan adamlar bu fikri səsləndirəbilər... Mən də dedim ki, ustad, çox sağ ol, evdə dənimiz var! Elə o dəndən dəo quşa səpirəm. Soruşdu ki, quş yenə gəlirmi? Dedim gəlir. Yaman sevindi. Özü dəürəyinizi buz kimi saxlayın, nəinki o quşa, mənim eyvanıma qonan hər bir quşa odəndən səpirəm...

Mənbu qədər həssas, bu qədər sadə, bu qədər səmimi adam az-az görmüşəm. Oböyüklükdə kişi, o yaşda adam az qalırdı telefonla danışanda ürəyini çıxarıbsevdiyi adama hədiyyə eləsin... az qalırdı iki daşın arasında gəlib səni ziyarəteləsin... az qalırdı desin ki, nə çətinliyinvar, de, yoluna qoyum...

Ammabir dəfə də olsun nə sıxıntımı, nə dərdimi,kədərimi, nə də qəmimi, qüssəmi ona hiss etdirməzdim. Hətta ən ağrılıvaxtlarımda onunla telefonla danışanda çox şən olurdum, o da deyirdi ki,vallah, mən sənin kimi nikbin adam görməmişəm. Hansı ki, qəzetdə oxumuşam ki, sənyeddi dəfə ağır əməliyyat keçirmisən.

...Belə ağayana kişilər və köhnə kişilər indi barmaqla sayıla bilər. Elə nə vardıo köhnə kişilərdə, o ağayana kişilərdə idi. Çünki onlar lap uca zirvəyə qalxsada, lap yüksək vəzifədə əyləşsə də heç vaxt, heç zaman dəyişməyiblər, olduğukimi qalıblar və o zirvədən tanıdıqları, sevdikləri və hətta tanımadıqlaraadamlara yuxarıdan aşağıya baxmayıblar. Elə ona görə də Əməkdar jurnalist, uzunmüddət Lerikdə çıxan "Bolluq uğrunda” qəzetinin redaktoru olmuş Həmzə Vəliməmmədovutanıyanlar onu çox istəyir. Çünki Həmzə müəllimə kömək üçün üz tutanlar heçvaxt ümidsiz geri dönməyib...

...Səsi indi də qulaqlarımdadı. Və elə bilirəm ki, yenə mənə zəng vuracaq və deyəcəkki, Faiq, filan yazını oxumuşam. O səsin şirinliyi, o səsin doğmalığı, o səsinqeyri-adiliyi mənim əbədi olaraq yaddaşıma həkk edilib. Çünki o səsdə və o zəngdəbir ağsaqqallıq, bir nuranilik və bir böyük ürək vardı....

...Və bu böyük ürək sahibi dünyanın ən varlı adamlarından sayıla bilər. Çünki o,ömrü boyu var-dövlət barəsində deyil, yaxşılıq eləmək, əl tutmaq, kimsəsizəarxa durmaq barəsində düşünüb. Və səhv eləmirəmsə, onun yolunu davam etdirənçox gözəl övladları və nəvələri də var. Və o övladlar və nəvələr həmişə bu köhnəkişi, bu ağayana kişi – Həmzə Vəliməmmədovla fəxr edəcəklər, qürur duyacaqlar.Çünki Həmzə müəllim yaşadığı 80 ildən çox ömrü ləyaqətlə, qürurla sonaçatdırıb. Allah sənə rəhmət eləsin, ay köhnə kişi!

TƏQVİM / ARXİV