adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Kar və kor məmurlar - Nicat NOVRUZOĞLU yazır

NİCAT NOVRUZOĞLU
101981 | 2020-05-16 09:23

Son vaxtlar məmurlar efirlərimizi bəziyib. Yaman dəbdədilər.Üzlərini tanımırdıq. Kabinetlərinə girə bilmirdik. Sağ olsun qaramaskalılar.Kabinetlərini çəkib bizə göstərdilər. Biz də bildik ki, bu hansı məmurdu. Və məmur kabineti necə olar.

Maskası qara olanlar məmurları göstərdikcə yığıbaparırdı. Niyə məhz qaramaskalılar? Bəyəm başqa rəng maska taxmaq olmaz? Olar.Amma hər rəngin bir o tərəfi var. Qaradan o tərəfə isə rəng yoxdu.

Bəs onlar bu məmurları hara aparır? Orasını bilməm.Çünki məmur olmamışam. Bir ara oldum o da elə belə məmurluq idi. Biz tərəfdə eləməmura fıstırınqa məmur deyirlər. Nəalmağa imkan var idi, nə də ki, yığmağa. Elə ona görə də qaramaskalı mənitanımır. O səbəbdən onların getdiyi istiqaməti də bilmirəm. Bir onu bilirəm ki,o yerdə deyilənlərə görə məmurlarınyedikləri burunlarından və ciblərindən piltim-piltim tökülür.

Əməliyyat ilk öncə əlifba sırası ilə başladı.Ağstafa getdi. Ona Yevlağın keçmiş icrabaşçısı da qoşuldu. Mesaj verildi. Üzlərə su çiləndi. Kimisi ayıldı, kimisiyox.

Əlifbanın sırası pozuldu, N B-nı qabaqladı. AyılmayanNeftçala getdi. Biləsuvar ondan sonraya düşdü. Sonra da ki, İmişli. Hələlik ənsonda Mədəniyyət Nazirliyinin əməkdaşları dayanıb. Hələ davamı olacaq. Çünkiayılmayanlar var.

Ayılmayanlar ayılmaq astanasında olsalar da özləriözlərini ayılmaqdan saxlayırlar. Onlara ayılmaq sərf eləmir. Ayılsalarqaramaskalıların xofu onları basacaq, gözləri qorxacaq. Onların da əllərialmaqdan soyuyacaq. Bu onlara lazımdı? Kulturnu "jizn”lərin yaşayırlar da. 40il kasıb kimi yaşamaqdansa bir gün oliqarx kimi yaşamaq lazımdır. Babəkinazadlığının məmur variyantı belədir.

Mən məmur hərəkətlərini və hərəkətsizliklərinigördükcə həmişə fikirləşmişəm ki, görəsən bunlardan vəzifəyə gedərkən sağlamolduqlarını təsdiq edən kağız tələbolunur. Amma olunsa nə fayda. Nə var ki, sğlamam arayışını almağa. Məncə hərşeyin kökündə bax o arayış durur. Bunları sağlam göstərən arayış. Axı insan sağlam ola-ola bir belə cinayətinecə işlədə bilər? İnsan sağlam ola-ola özünə bir belə qarğışı, söyüşü necəyağdıra bilər? İnsan sağlam ola-ola necə kiminsə halal əmək haqqısını əlindənalıb yeyə bilər? İnsan sağlam ola-ola ona etimad göstərmiş bir şəxsə necə xəyanətedə bilər? Bir belə çıxışlar, bir belə proqramlar, bir belə islahatlardoğurdanmı çatmır bunlara? Demək ki, bunlar kar və kordurlar. Tamahları gözlərinitutub, qulaqlarını batırıb. Demək ki, bunların mənəviyyatında bir qüsur var.

Mənəviyyatı qüsurlanmışlar çoxdu məmləkətimizdə. Əhalisayına görə dünya dövlətləri ilə müqayisədəəməlli başlı çoxdurlar. Çoxluqdakı bilirsiz də nə deməkdi. Məhz belə çoxluq həqiqətəndə elə...

Çox tərbiyəsiz yazmayım. Tərbiyəsizi tərbiyəsizliklətərbiyələndirmək mümkün deyil. Bu da mənim qüsurum sayılmasın.

Bütün bu qüsurların altını biz çəkirik. Qara millət.Niyə məhz millət? Çünki çəkən çəkdirəndən qat-qat çoxdur. Ona görə çəkən millətadlanır.

Qara millətdə də az yoxdu. O sağlamlıq kağızıolmayan məmurların başına bir fırfıra kimi fırlanır ki, gəl görəsən. Stolunbaşında otuzdururlar. Sağlığına dasağlıq deyirlər xəstəliyinə də sağlıq deyirlər. Səhv də danışsa təsdiqləyirlərdüz də danışsa. Hesabını da bağlayırlar. Pay pürüşünü də qoyurlar. Sonradoymayıb döşlərini irəli verərək orda burda - dünən filan məmurla bir yerdə çörəkyeyirdik - deyib lovğalanırlarda. Bəlkədə elə buna görə də məmurlar sizin haqqınıza girir. Kartınıza çökür. Başınızatorba hörür.

Ax, mənim qara millətim,ax.

Qaradan yenə söz düşdü. Bir əvvəldə bir də ində. Əvvəlimizdədə qara var indimizdə də. Qara bizim rəngimizdi. Yoxun da üzü qaradı. Biz yoxlaeyni rəngdəyik. Bu yoxun təbii üzüdü. Maskasız. Nə qədər üzünü cırmaqlasan daaltdan elə qara çıxacaq. Biz isə qaralıqdan çıxa bilərik. Yox isəhəmişə qara olacaq.

Axırı gəldi çıxdı yoxa. Çıxmaq yaxşıdı. Yüksəlirsən.Yoxa çıxmaq pisdi. Yoxa çıxmaq eləsondu. Sondakı isə Nicat Novruzoğludu.


TƏQVİM / ARXİV