adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: “MEHMANDAROVLAR”

ƏBÜLFƏT MƏDƏTOĞLU
82580 | 2020-05-23 11:36

Azərbaycantarixində, xüsusilə onun Qarabağ bölgəsinin varlığını ifadə edən aydınların səcərəsindəelə bir nəsil var ki, onu görməmək, onu tanımamaq, ondan yan keçməkqeyri-mümkündür. Ən azından ona görə ki, bu nəsil az qala uşaqlı-böyüklü hərbiri öz həyatıyla, öz fəaliyyətiylə tariximizdə bir işıq simvolu olublar.Onların atdığı addımlar, gerçəkləşdirdiyi əməllər həm tərəqqi, həm də bir xalqabağlılıq baxımından böyük önəm kəsb edir. Bu mənada Qarabağın, onun simvoluolan Şuşanın aydınları böyük önəm kəsb edir. Təəssüf ki, bu aydınlar Sovet dönəmində arxa plana atılmış,araşdırmaçılar onları görməmiş, ya da görmək istəməmişdilər. Təbii ki, bunun əsassəbəblərindən biri o aydınların milli ruhu idi. Bu da sovet ideologiyası iləziddiyyət təşkil edirdi. Ona görə də Azərbaycan tarixinin Qarabağ bölümü, ocümlədən də Şuşa aydınları ilə bağlı hissəsi ya öyrənilməmiş, ya da bir cümləyləkimlərinsə adı səhifələrə düşmüşdü.

Şükürlər olsunki, Azərbaycanın müstəqillik dövrünün bizə verdiyi imkanlardan artıqyararlanmağa, istifadə etməyə başlamışıq. Sevindirici haldır ki, bu dövrünverdiyi imkanlardan yararlanan araşdırmaçılarımızdan biri olan və mənim biroxucu kimi hər zaman vurğuladığım Qarabağda həqiqi haqqı olan yazıçı-publisist,araşdırmaçı Vasif Quliyev Sovet dönəmində də böyük əmək, zaman sərf edib, izləriniaxtarıb-aradığı aydınlarımızı indi daha geniş bir şəkildə ortalığa çıxarabilibdi. Onun müxtəlif mətbu orqanlarda çap etdirdiyi tarixi oçerklərində,publisist yazılarında məhz Qarabağın, Şuşanın ədəbiyyat, mədəniyyət xadimlərinin,bütövlükdə isə aydınlarımızın həyat fəaliyyəti geniş şərh edilmişdir.



Bu ilin Novruzbayramı ərəfəsində Vasif müəllim mənə bir kitab bağışladı. Çox nəfis şəkildə"Şuşa” nəşriyyatında işıq üzü görmüş kitabın redaktoru və ön sözünün müəllifi Əməkdarjurnalist Tahir Aydınoğludur. Mən kitabın adını oxuyanda artıq söhbətin nədəngedəcəyini birmənalı şəkildə anladım. Çünki əvvəldə də dediyim kimi, Vasif müəllimŞuşa aydınlarından silsilə yazıların müəllifidir. O silsilədə Mehmandarovlarxüsusi bir yer tutur.



Biz hər birimizaz-çox məhşur Azərbaycan generalı Mehmandarovun adını eşitmişik. Onun çarordusundakı xidmətindən və qazandığı nüfuzdan da müəyyən mənada xəbərdarıq.Amma Vasif müəllimin araşdırmaları əsasındabizə təqdim etdiyi 382 səhifəlik bu kitabdaMehmandarovların bütün səcərəsi demək olar ki, araşdırılmış, onların həmAzərbaycanda, həm də onun hüdudlarından kənardakı həyat və fəaliyyətləri geniş əksolunmuşdu. Bəri başdan deyim ki, mənVasif Quliyevin bu samballı kitabını təkcə bir araşdırma əsər kimi yox,həm də tarixi mənbə kimi qəbul etdim. Çünki burada Mehmandarovların kimliyi iləyanaşı, onların xidmətləri də Azərbaycana, bütünlükdə dünya elminə, mədəniyyətinə,hərb sahəsinə etdikləri xidmətlər, verdikləri töhfələr geniş şəkildə şərhedilib. Və mən ilk dəfə bu kitabda Azərbaycanın ilk akademikinin də məhz Əbdülkərimbəy Mehmandarovun oğlu Mixail Mehmandarov-Tuşinski olduğunu öyrəndim. Ümumiyyətlə,bu kitabda həm səhiyyə, həm hərb, həm texniki elmlər sahəsində Mehmandarovlarınböyük bir uğura imza atdıqları birmənalı şəkildə ifadə edilibdir. Biz VasifQuliyevin kitabını oxuduqcaMehmandarovlar soyadının haradan qaynaqlandığını və bu nəslin Şuşada həm memarlıqvə abadlıq, həm təhsil, həm də həyatımızın digər sahələri ilə bağlı gördükləriişlərin izlərindən xəbər tuturuq. Onların adıyla bağlı olan Şuşanın məhəllərini gəzib-dolaşırıq. Təsəvvür edin ki, "Mehmandarovlar” kitabınıoxuduqca burada göstərilən mənbələrin kitabdakı şəkillərin hər biri adamın həmo torpağa olan sevgisinə əlavə bir sevgi qatıb, həm onu bir daha üzü Şuşaya çəkir,həm də kövrəldir. Çünki bu şəkillərdəki simalar, onların üzərində dayandığıtorpaq doğmadan da doğma gəlir adama. Bilmirəm, başqaları necə, mən şəxsənVasif Quliyevin böyük zəhməti hesabına başa gəlmiş bu kitabın dəyərini müəyyənləşdirəbilmirəm. Ona görə də birmənalı olaraq Vasif Quliyevə gördüyü bu savab işə görəoxucu təşəkkürümü çatdırmaqla şəxsən mənə Mehmandarovları bu qədər yaxından təqdimetdiyinə üçün "var olan, Vasif müəllim!” - deyirəm. Və inanıram ki, bütünMehmandarovlar nəslinin Səcərə Ensiklopediyası hesab etdiyim bu kitab öz dəyərinimütləq alacaqdı. Çünki bu kitab Qarabağın, Şuşanın tarixinin önəmli bir səhifəsidir.

TƏQVİM / ARXİV