adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YER ÜZÜNÜN MƏLƏKLƏRİ

FAİQ QİSMƏTOĞLU
58312 | 2020-06-03 08:54

... Mələklər təkcəGöy üzündə olmurlar, həm də Yer üzündə olan mələklər var. Və biz heç vaxt Göyüzündə olan mələkləri görə bilmirik. Amma Yer üzündə olan mələklərlə hər günolmasa da, tez-tez üzləşirik. Elə bir insan olmaz ki, xəstələnməsin, çətin durumda olmasın və həkimlərə üz tutmasın. Vəhəkimlərə üz tutanda hər bir xəstə, hər bir insan göydə Allahdan, yerdə o ağxalatlılardan imdad diləyir.

Mən həmişə demişəmvə yenə o fikri səsləndirməyi özümə borc bilirəm: həkimlər Allah-Təala ilə xəstəninarasında olan bir vasitəçidi. Yəni onlar ağır xəstələri Allahın köməkliyiləölümün pəncəsindən xilas eləyirlər. Hələ elə bir həkim görməmişəm desin ki, mənfilankəsin həyatını xilas eləmişəm. Və həmişə də həkimlərdən bu fikri eşitmişəm:Allah kömək elədi, mən də xəstəni xilas elədim!

Qəlbimdə və ürəyimdəhəmişə o insanlara, o həkimlərə, o mələklərə çox böyük məhəbbətim olub. Ki,onlar məni nə az, nə çox, düz 7 dəfə ağır əməliyyat zamanı Əzrayılın əlindənxilas ediblər... Onlar mənim balalarımı gözüyaşlı qoymayıblar... Çöldə səbirsizlikləəməliyyatın nəticəsini gözləyən dostlarımı, əzizlərimi sevindiriblər... Onlar 7dəfə bir mələk kimi öz qanadlarıyla mənim üstümə çökən ölümün qarşısınıalıblar. Məgər bunları unutmaqmı olar?! Məgər bunları yaddan çıxarmaqmümkündürmü?! Bunlar hamısı mənim yaşadığım anlardı, saatlardı, dəqiqələrdi...

Böyük ziyalı,böyük alim və böyük yazıçı- ədəbiyyatşünasQulu Xəlilov bu mələklərlə bağlı "Yaşamaq istəyirəm” povestində çoxyaddaqalan və unikal məqamlar qələmə alıb. Və bu mələklər mənim sevimli müəllimimlədüz 11 dəfə Əzrayılın əlindən alaraq həyata qaytarıblar... Və düz 11 dəfə onunailəsini, balalarını, doğmalarını sevindiriblər... Ölüm haqdır! O nə vaxtsabizim başımızın üstünü kəsdirməlidir. Və bu ölüm mələyindən heç kim canınıqurtara bilməz. Və Allah-Təalanın üzni olmadan heç kəsin də həyatına sonqoyulmaz...



Həkim görmüşəmki, güllə-boranın içində çabalayan yaralını xilas etməyə can atıb. Bax, buhadisə 1990-cı ilin yanvarın 20-də olub. Yaralını rus əsgərlərinin əlindən xilas edən o həkimlər o qəddar rus əsgərlərininişıq saçan güllələrinin qurbanına çevriliblər. O həkimlər Qarabağ döyüşlərində,səngərdə erməni gülləsindən yaralanan əsgəri xilas edib, özü şəhid olub. Və o həkimlərbilirdilər ki, hər an, hər dəqiqə şəhid ola bilərlər... Və o həkimlər bilirdilərki, onları Əzrayıl gözləyir. Ancaq o həkimlər nə düşmən gülləsindən qorxdular,nə də ermənilərin vəhşi hərəkətlərindən. Səngərdə ağır yaralıları xilas elədilər.Xocalıda da belə oldu... Şuşada da.... Kəlbəcərdə də... Ağdamda da.... Füzulidədə... Çünki mələklər ölümdən qorxmurdular...

... Heç bir həkimistəməz ki, onun xəstəsi əlində vəfat etsin. Mən həkim görmüşəm ki, xəstəni sonnəfəsinə qədər ölümün pəncəsindən xilas etməyə çalışıb. Gecə-gündüz onunbaşının üstünü kəsdirib, evinə getməyib, balalarının üzünü görməyib, xəstənixilas etməyə cəhd edib. Ancaq xəstə keçinəndə hər yerdən əli üzülən həkimdizini yerə qoyub hönkür-hönkür ağlayıb. Bilib ki, bu xəstənin həyatı həkimdənyox, Allahdan asılı olub. Bax, belə həkimlər var və həmişə olub...

Bu gün dünyanıçox böyük təhlükə - koronavirus bəlası cənginə alıb. Ən nəhəng dövlətlər bu xəstəliyinqarşısında diz çöküblər. Artıq dünyanın bir nömrəli gücü olan ABŞ-da bu xəstəlikdənölənlərin sayı 100 mini ötüb. Virusa yoluxanlar isə milyonlarladı. Amma Azərbaycankimi balaca bir ölkədə bu bəlaya qarşı ölkə prezidenti İlham Əliyevin dəstəyiləöncədən böyük tədbirlər görülüb. Nə az, nə çox, xaricdən ölkəmizə 200-dək sünitənəffüz aparatı gətirilib. Ən müasir xəstəxanalar bu xəstələri qəbul edib. Həttaölkəmizdə 6 modul tipli xəstəxana tikilir. Artıq onlardan birinin açılışındaprezident İlham Əliyev iştirak edib və həmin xəstəxana artıq fəaliyyət göstərir.Və ölkəmizdə bu epidemiyaya qarşı çox möhtəşəm proqramlar gerçəkləşdirilib.

Möhtəşəm işlərinhəyata keçirilməsində Azərbaycan həkimləri sözün həqiqi mənasında həyatlarını təhlükəqarşısında qoyaraq bu bəla ilə mücadilə edirlər. Bu mücadilə elə-belə iş deyil.Ən azından o həkimləri hər an, hər dəqiqə koronavirusa yoluxmaq təhlükəsi gözləyir.Və onu da deyək ki, hardasa 100-dən çox həkim bu bəlaya düçar olub. Həttadünyasını dəyişən həkimlər də var. O həkimlər ki, onlar Allah-Təala ilə xəstəninarasında bir vasitəçilik yaradırlar... o həkimlər ki, onlar Yer üzünün mələkləridirvə çiyinlərinə ən ağır yük düşüb... o həkimlər ki, düz 2 aydan çoxdur ki, ailələrinin,balalarının üzünü görmürlər. Bax, bunlara sözün həqiqi mənasında mələk deməyim,nə deyim...

... Hər səhəronlar kombinzonları əyninə geyinir və bircə gözlərini görmək mümkündür. Və 24saat ölüm ayağında olan və hətta süni tənəffüs aparatına qoşulan xəstəninbaşının üstünü kəsdirirlər. Onlara sistem köçürürlər, iynə vururlar, dərmanverirlər. Və ağır xəstələrin olduğu reanimasiya otaqlarında çox vaxt həkimlər səhərəqədər yatmırlar. Və səhərə qədər ayaqüstə durub ölümlə mücadilə edən xəstəyə şəfavermək elə də asan deyil. Bunun üçün ən azından həkimlər öz sənətini, millətini,xalqını və ən nəhayət, müalicə etdiyi xəstəsini sevməyi bacarmalıdır.

Mənim bir dostumvar – təqaüddə olan polis polkovnikidi. O da koronavirusa yoluxaraq TibbUniversitetinin Cərrahiyyə klinikasında müalicə olunub. Deyir ki, heç bilmirdimməni müalicə edən həkim kim idi? Ancaqgözünü görürdüm və bir də səsini eşidirdim. Gözünü gördüyüm və səsini eşitdiyimo həkim mən reanimasiyada olanda düz 3 gün yatmadı və başımın üstündə durdu.Tez-tez də deyirdi ki, qorxma, sağalacaqsan! Allahın və həkimlərin mücadiləsihesabına mən həyata qayıtdım. İndi ailəmin,balalarımın, nəvələrimin yanındayam. Göydə Allaha, yerdə də bu həkimlərəduaçıyam!

Bütün QafqazınŞeyxi Hacı Allahşükür Paşazadənin koronavirus xəstələrini müalicə edən həkimlərləbağlı çox unikal və yaddaqalan deyimi var: "Ölümün pəncəsindən koronavirus xəstəsinixilas edərkən dünyasını dəyişən həkimlər şəhiddirlər. Onlar şəhid kimi bu xalqıntarixinə düşürlər”.

Nə qədəryaddaqalan və ədalətli bir fikir. Əlbəttə, bu həkimlər heç də adi həkimlərdeyillər. Onlar bilə-bilə, görə-görə özlərini ölümün ağuşuna atırlar ki, o xəstələrixilas eləsinlər. Bu fikrə qüvvət olaraq demək istəyirik ki, onlar şəhid olmaqlayanaşı, həm də qəhrəmandırlar. Ancaq qəhrəmanlar, cəsarətli insanlar və heç nədənqorxmayan adamlar belə addım ata bilərlər. Başqasının həyatını xilas etmək üçünöz həyatını qurban vermək elə də asan deyil. Bunun üçün gərək o adamın böyük Allahsevgisi, Allah məhəbbəti və böyük ürəyi olsun. Və bu böyük ürək də, bu böyük qəlbdə bu gün Azərbaycan həkimlərində var.

Biz bir fikri dəxüsusilə vurğulamaq istəyirik ki, zaman keçəcək, bu koronaviruslu günlər dətarixə dönəcək. Bax, tarixə dönəndə Azərbaycan həkimləri də yeni bir şərəfli,yaddaqalan və insanpərvərlik tarixini yaradacaqlar. O tarix ki, o həkimləri, omələkləri, o insanları hər zaman, hər an yaşadacaq.

...Və o həkimlərifərqləndirmək üçün onlara yüksək əmək haqqı ilə yanaşı, bir medal, bir orden,bir döş nişanı da təsis etmək olar. Ən azından ona görə ki, biz Böyük VətənMüharibəsində iştirak edənlərin, Qarabağ döyüşündə vuruşanların sinəsində ordenvə medallar görürük.Və belə orden və medalları da koronavirusla mücadilə edibağır xəstələri həyata qaytaran Yer üzünün mələklərinin – həkimlərin sinəsindəgörsək çox sevinərik. Sevinərik ki, tarix və insanlar həyatlarını bizimyolumuzda qurban verən bu mələkləri heç vaxt unutmur...


TƏQVİM / ARXİV