adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Kloun olmayana armud yoxdu - Eminquey yazır

EMİNQUEY AKİF
92660 | 2020-06-02 09:47

İki gün əvvəlməmləkətimizə ayı təşrif buyurdu. Özü də hara? Şəkiyə. Bu, koronavirusdan sonraikinci səs-küylü gəliş idi. Axırıncı dəfə ayıdan yazdığımız martın 8-i olmuşdu.Biz kişilərin içindəki ayını bəyənməyən nə qədər qadın var, hamısı oyuncaqayılarla şəkil çəkdirib paylaşmışdılar. Bu dəfə isə ayı özü ayağımıza qədər gəldi.Amma bir qadın belə ayıya "xoş gəldin” eləmədi. Hamı uzaqdan ayını lentəalmaqla kifayətləndi.

Çəkilənkadrlara baxdıqca ayının necə miskin olduğunu sezdim. Şəhərin beton səkilərinə,asfalt yollarına çəkinə-çəkinə ayaq basırdı. İnsan üçün Aya ayaq basmaq necə qəribədirsə,meşənin ağacına, qayasına dırmaşmağa vərdiş eləmiş ayı üçün də asfalta, betonaayaq basmaq bir o qədər qəribədir. Maşınlardan birinin üstünə dırmaşan ayı yerədüşməkdə o qədər aciz idi ki. Belə də ayı olar? Biz ayını vəhşi, qaba, nərəsi əl-ayaqtitrədən bir canlı bilirdik. Nədənsə bu ayının nə əl-ayaq titrədən nərəsivardı, nə də balaca bir Sovet maşınınüstündən düşməyə cəsarəti.

Bəlkə o da bəzilərimizkimi öz Vətənindən didərgin düşmüşdü? Hardan baxsan, meşədən şəhərə enmək birheyvan üçün mühacirət həyatı kimidir. Ayının ailəsi olmur? Arvadı, balasıolmur? Bəlkə o da ailəsini dolandıra bilməyib deyə meşədən şəhərə öz tutmuşdu? Bəlkə190 manatını almağa gəlmişdi? Bu ayını öz meşəsindən kim küsdürmüşdü? Ağaclarıməhv edənlərmi? Heyvanların qəsdinə durmuş adamlarmı?

Yox, yox, məncəbu miskin ayı ekranların ta o başından çıxıb gəlmişdi. Bəlkə öz Maşasınıaxtarırdı. Uşaqlar günüdür axı. Bəlkə uşaq pulundan məhrum qalan uşaqlarınkönlünü almağa gəlmişdi? Bu miskinliyə, bu sakitliyə, bu mehribanlığa başqa necədon geyindirəsən?

Bir ayı niyəbu qədər başıaşağı olsun ki? Nə idi onu utandıran? Xalxın ayıları şəhərə düşəndəparçalamadığı adam qalmır. Bəs bu ayı niyə belə mərhəmətli idi? Bəlkə yuvasınıdağıdıb yerində restoran tikmişdilər? Bəlkə bal pətəyinə çöp soxmuşdular? Bəlkəarmudlarını əlindən almışdılar? Bəlkə "xalxın ayıları arvadını yağ-bal içindəyaşadır” qınağından bezmişdi?

Bəlkə, bəlkə,bəlkə...

Süleyman quşlarındilini bilən kimi, kaş biz də bu ayının dilini bilsəydik.

Niyə biradam çıxıb bu kefsiz, qəmgin ayıya Şəki lətifələrindən danışıb güldürmədi? Niyəbir adam çıxıb bu kefsiz ayını öz evinə qonaq etmədi? Barı təsəlli olardı. Barıo ayı başa düşərdi ki, dərdimiz birdi.

Onun ətrafındahay-küy salan adamlarmı ayı idi, yoxsa o? Onu qorxudan adamlarmı ayı idi, yoxsao? Məncə ayının təşrifi bizə insan olmağımızı xatırlatmaq üçün idi. Yemaxtarırdısa, adam parçalayardı. Ac idisə, nərildəyərdi.

Əzizim ayı, səniçox gözəl başa düşürəm. Amma dünyada heç kimə ram olunmadan, sirk kloununaçevrilmədən armud vermirlər. Ən yaxşı halda, səni iynəylə yuxuya verə bilərlər.Vəssalam!

TƏQVİM / ARXİV