adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: JURNALİST

FAİQ QİSMƏTOĞLU
55101 | 2020-06-05 08:25

...İlk baxışdan çox əsəbi və gərgin insan təsiri bağışlayır Məzahir Əhmədzadə. Bu,ilk baxışdan belədi. Onu tanımaq üçün çox yox, yarım saat, bir saat bəs eləyərki, bu istedadlı yazıçı-jurnalistin dünya boyda ürəyini görəsən. Və bu dünyaboyda ürəkdə Allaha and olsun ki, ancaq sevgi var... məhəbbət var... insanlıq var...Və bir az da yaxınlaşsan, bir az da qəlbini ələ ala bilsən bax, onda görərsənki, bu sirli dünyanın içində nələr var...

...Onu 1991-ci ildən tanıyıram. Hələ onda Loğman Rəşidzadənin baş redaktor olduğu"Kənd həyatı” jurnalında məsul vəzifədə çalışırdı. Və tələbə dostum, istedadlıqələm sahibi Loğman Rəşidzadə də hər yazarı yanına dəvət eləməzdi. Gör, MəzahirƏhmədzadəni necə yaxşı tanıyıbsa və ona necə güvənibsə, yanına gətirmişdi. Və məndostumuz və qardaşımız Məzahir Əhmədzadənin bir-birindən gözəl publisistyazılarını və gözəl şeirlərini hələ ötən əsrin 70-ci illərində oxumuşdum.

...Və görmüşdüm ki, Məzahir heç də adi qələm sahibi, adi yazar, adi jurnalis vəadi ziyalı deyil. Söz onun üçün dünyanın ən qiymətli, ən dəyərli varlığıdı....Söz onun üçün həyat, gün işığı, su, hava deməkdi... Söz onun üçün Allah qədərmüqəddəs, övlad qədər əziz bir varlıqdı... Və həmişə o, Sözün üstündə yarpaqkimi əsib, onu qoruyub və axırda da tər-təmiz bulaq suyu kimi Sözü oçerkə,reportaja, felyetona, zarisovkaya çevirərək öz sevimli oxucularına ərmağan eləyib...

Məzahirinelə bir böyük ürəyi var ki, yenə deyirəm, o hər adamda yoxdu. Bizim əməkdaşlardankimsə Göyçaya onun yanına gedibsə, evinə aparıb, süfrə açıb, mehmanxanada yox,öz mənzilində saxlayıb. Bax, bunu hər kişi eləməz ey! Bunu o adam eləyər ki,onun ürəyində bir damla da olsun xəbislik, paxıllıq, qısqanclıq olmasın. Bir dəfədə mən qələm dostumuz Məhəmmədəli Mustafa ilə Göyçayda olanda Məzahir müəllimləgörüşdük. Ümumiyyətlə, həmişə o, nəinki bizi, qəzetimizdən rayona ezamiyyətəgedən hər bir əməkdaşı böyük sevgiylə qarşılayıb və bizi də həmin sevgiyləqarşıladı. Dedi ki, səhər-səhərdi, gedək bizə bir stəkan çay içək, sonra işdalınca gedərik. Sözün açığı, düşündük ki, yəqin qardaşımız xala-xətrin qalmasındeyə bizi evə dəvət eləyir. Amma sonradan gördük ki, yox, bu insan nə deyirsəürəkdən, səmimi qəlbdən deyir. Ona görə də Göyçaydakı mənzilinə getdik. Ailəsi,balaları bizi çox böyük hörmətlə qarşıladılar...

...İki daşın arasında bizə süfrə açdılar. Bir-birindən ləziz yeməklər masanınüstünə düzüldü. Sözün düzü, istəmirdik ki, qardaşımızı səhər-səhər əziyyətəsalaq. Əvvəl özü çörək kəsdi, bizə uzatdı. Sonra da Allahın verdiyi o nemətlərdəndoyunca yedik. Mən onun mənzilində olarkən görmədiyim çox qəribə bir hadisəyləüzləşdim: başqa bir masanın üstündə qəzetimizin 1991-ci ildən həmin günə qədərçapdan çıxmış bütün nömrələrinin səliqəylə toplanmış saylarını gördüm. İnanın,mən onun bu qəzetlə nəfəs almağını bilirdim. Amma "Ədalət”ə bu boyda sevgisinigörməmişdim. Və birinci dəfə gördüm və onu alqışladım. Gördüm ki, Məzahir Əhmədzadəbalaları qədər elə "Ədalət”i də sevirmiş. Başqaları evə, mənzilə qiymətlimebellər alıb yığırlar. Amma Məzahir müəllim üçün ən qiymətli varlıq elə "Ədalət”qəzetidir. Bu adam qəzetə gəldiyi ilk gündən bu günə qədər onun havasıyla nəfəsalır, onun havasıyla yaşayır, onun havasıyla səhərini açır...



...İşimizi görüb günorta vaxtı Göyçayda gözəl bir bağın içində olan yeməkxanayagetdik. Orda da Məzahir müəllimi görənkimi yeməkxananın sahibi və xidmətçilər ayağa durdular və bizi böyüksevgiylə qarşıladılar. Yay vaxtı idi, süfrənin üstünə hər şey düzülmüşdü. Hətta yayın ortasında nar şirəsi də tapıb gətirmişdilər.Məzahir dostumuz bilirdi ki, mən içki içən deyiləm. O da hər içkini içən deyil.Özünün xüsusi brend arağı, konyakı, çaxırı olurdu. Və onlardan biri masanın üstünə gətirtdi. Məhəmmədəli Mustafailə adama 100 qram konyak "vurdular”. Həmin gün bazar günü idi və biz də Bakıyaqayıdırdıq. Söhbət yeyib-içməkdən getmir ey, söhbət insanın məhəbbətindən,sevgisindən, qonaqpərvərliyindən gedir. İstədim xəlvət gedib hesabı ödəyim.Ancaq çölə çıxanda və xidmətçiylə söhbət eləyəndə o dedi ki, müəllim, Məzahirmüəllim pulu ödəyib. Və Məzahir müəllimin yanında kimsə əlini cibinə salıb yeyib-içməyinpulunu verə bilməzdi. Çünki o deyirdi mən ev sahibiyəm, siz də mənim qonağım.Qonaq heç vaxt ev sahibinin yanında əlini cibinə salmaz...

...O, jurnalistikanın, Sözün həqiqi mənasında fanatıdı... O, böyük jurnalistikanınyolunda bütün sağlamlığını, həyatını və gəncliyini xərcləyib... O, böyükjurnalistikanın yolunda hər cür əzab-əziyyətə, hər cür sıxıntılara tab gətirib...Bu gün Azərbaycan jurnalistikasının şərəfini, ləyaqətini və qürurunu qoruyan busənətə sevgi gətirən 10 jurnalist varsa, onlardan biri Məzahir Əhmədzadədir. O,yeganə jurnalistlərdəndir ki, bütün janrlarda yüksək peşəkarlıqla yazı qələməalmağı bacarır. O yaxşı bilir ki, korrospandensiya nədir, məqalə nədir, oçerk nədir,zarisovka nədir, reportaj nədir, felyeton nədir.

İstedadlıyazıçı-jurnalist hər janrda, tam səmimi deyirəm, unikal və şedevr yazılar qələməalıb. Bu yazıların mövzusu, rəngarəngliyi və bir-birinə bənzərsizliyi həmişəoxucuların yaddaşında silinməz iz qoyub. Onun yazılarında fəlsəfə də var, elm dəvar, publisistika da var, bədii təfəkkür də var və ən nəhayət, çox böyük ürək dəvar. Bu elementlərin birləşdiyi yerdə həmişə bir-birindən gözəl və möhtəşəm bədiiyazılar işıq üzü görüb.

Onunbir-birindən gözəl iki kitabı çap olunub. Söhbət heç də kitabdan getmir. Bəzənelə yazı var ki, bir kitaba dəyər. Onun bir kitaba dəyən Göyçayın Narbayramından yazdığı reportajlar, oçerklər, zarisovkalar inanın, mənim yaddaşımda və qəlbimdə həmişə iz qoyub. Məzahirnədən yazırsa yazsın, hansı mövzuda yazı qələmə alırsa alsın, orda mütləq onunürəyi, onun bədii təxəyyülü, onun peşəkarlığı görünüb. Min yazının içində onunyazıları orijinallığı, üslub rəngarəngliyi və ən nəhayət, bədii təfəkkür cizgiləriləseçilir...

MəzahirƏhmədzadə həmişə böyük jurnalistikaya ləkə gətirən, qapı-qapı gəzib bu sənətigözdən salan cızmaqaraçıları çox cəsarətlə və ədalətlə ifşa edib. İfşa edib ki,ay zootexnik, ay ferma müdiri, ay baytar həkim, ay bir imla yaza bilməyənnadan, bura sənin yerin deyil. Sən bu sənətə, bu jurnalistikaya yamaqsan. Bax,bunları demək üçün insanda cəsarət, güc və eləcə də ürək olmalıdır. Heç birjurnalistin deyə bilmədiyi o sözləri o yazar deməyi bacarır. Məzahiri bir dəbaşqalarından fərqləndirən odur ki, 50 illik jurnalistika fəaliyyətində bu sənətə,bu işə şərəf və sevgi qazandırıb. Yenə deyirəm, o, yeganə jurnalistlərdəndirki, nəyinsə xatirinə heç vaxt baş kiməsə əyməyib. Əksinə, bu sənətin şərəfini vəbu sənətin ləyaqətini hər şeydən üstün tutub. Cəmi bir dəfə onun işlədiyi bölgəyəgetsən görürsən ki, Məzahir Əhmədzadənin necə böyük nüfuzu, çəkisi var. Vaxtilə "Kommunist”,"Sovet kəndi” "Bakinskiy raboçiy” və "Gənclər” qəzetlərinin xüsusi müxbirlərininnecə nüfuzu rus demiş, "vesi” vardısa, bax, onun da bu gün elə ağayana, ləyaqətlisambalı var. Bu sambalı bütün onu tanıyanlar yaxşı görür və bilirlər.

Zarafatdeyil, 50 il jurnalistikada çalışasan və 70 il ömür sürəsən və ləyaqətini dəbeləcə qoruya biləsən. Bu hər kişiyə, hər jurnalistə, hər yazara nəsib olankeyfiyyət deyil. Məzahir Əhmədzadə üçün dünyanın ən böyük var-dövləti onunseçdiyi və sevdiyi jurnalist sənətidir.Və bu sənət həmişə onu ucaldıb, o da busənəti.

O,qəzetimizin bölgələr üzrə baş redaktorun müavinidir. Və Məzahir həm də bizimaramızda olan yeganə yazarlardandır ki, qəzetin hər nömrəsini birinci səhifədənsonuncu səhifəyə qədər oxuyur və öz fikrini bildirir. Və mənə də həmişə FaiqQismətoğlu yox, Faiq Hüseynov deyir. Bilmirəm, onun nəzərində mən beləqalmışam. Bu özü də bir orijinallıq, qeyri-adi yanaşmadır.

Adgünü redaksiyamıza gəlmişdi. Çox şən, gümrah və nikbin görsənirdi. Hamımız onuqucaqlayıb öpdük və təbrik elədik. Hətta Gülər xanım dedi ki, Məzahir müəllim,heç sizə 70 yaş vermək olmaz. Təbii ki, o da bu sevgidən çox sevindi. Və bizgördük ki, Məzahir müəllimin 70 yaşı tamam olsa da, amma ürəyi çox gənc,cavandı. Əsas yaş deyil, əsas ürəkdi. Heç indiki gənclər onun kimi yazıb yaradabilmir... heç indiki gənclər onun kimi enerjili deyil... heç indiki gəncləronun kimi o qədər ağrı-acıya, sıxıntıya, çətinliyə də dözən deyil... O, başredaktorla görüşüb birbaşa bölgələrə abunə arxasınca yola düşdü.

Vəmən Məzahir müəllimə bir arzumu bildirmək istəyirəm:

-Yetmiş yaşın mübarək, qardaşım! Demirəm, 90 il, 100 il yaşayasan. İndən sonraAllahın verəcəyi ömrü ağrı-acısız, dərdsiz-kədərsiz yola salasan... Demirəm ki, qocalmayasan.Deyirəm ki, heç vaxt darıxmayasan. Axı sənhəm də darıxan adamsan. Və bir də deyirəm ki, Allah-Təala səni balalarınsarıdan sevindirsin. Və çəkə biləcəyin qədər yük versin. Bu yükü çəkə bilsən,deməli, həmişə üzü günəşə, üzü işığa, üzü sevgiyə doğru addımlayacaqsan...

...Ayrılanda çöhrəsində bir gülüş, bir sevgi, bir təbəssüm hiss elədim. Heç onu buqədər nikbin görməmişdim... heç onu bu qədər rahat da hiss etməmişdim... Ammabu dəfə çox rahat, çox sakit, çox da şux görünürdü. Çünki Gülər xanımın sözüylədemiş olsaq, "şık” geyinmişdi və 70 yaşının sevincini bizimlə bölüşürdü...


TƏQVİM / ARXİV