adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BƏHANƏ

FAİQ QİSMƏTOĞLU
54309 | 2020-06-06 10:13

... Başqa millətlərdənbizim çox fərqimiz var; əsas fərqimiz ondan ibarətdir ki, biz bir iş görəndəyüz ölçüb bir biçmirik, elə tələm-tələsik nəyisə düzüb-qurmağa can atırıq. Birtəhəryoluna qoyuruq və bir də görürük ki, yoluna qoyduğumuz və birtəhər elədiyimiz oişlər özü bizi yarıyolda qoyub və birtəhər eləyib. Və biz başlayırıq bundansonra bir başımıza, bir də dizimizə döyməyə ki, vay dədəm vay, bəs biz niyə buuçurumu vaxtında görmədik?!

... Bax, belə-beləişlər bizi aparıb salır quyunun dibinə. Və bizi quyunun dibindən də heç kimçıxaran deyil. Bircə ümid qalır Allaha. O da tay bizdən üz döndərib ey! Çünkibiz hər şeyi yola veririk, bəhanə eləyirik. Nə gəldi deyirik ki, vallah, vaxtımyoxdu, yoxsa əməlli-başlı bir iş görərdik. Yadımıza böyük Üzeyir Hacıbəyovun "Vacib məsələ” felyetonu düşür. Bu felyetonunməzmunu belədir ki, iclasa yığışan müsəlmanlar deyirlər ki, gəlin biz də bir cəmiyyətdüzəldək, millətimizi avropalılar kimi irəli aparıb ağ günə çıxaraq. Bəli, o cəmiyyətiyaratmaq üçün bir sədr seçilməlidir. Yığıncaqdakılardan biri deyir ki, elə MəşədiCəmil savadlı adamdı, həm də dünyanın gərdişindən də xəbəri var, elə onu sədrseçsək lap yaxşı olar. Məşədi Cəmil də deyir ki, təklifinizə görə çox sağ olun,mən sədr olardım, ancaq indi xəstəyəm, doktora getməliyəm. Qoy sədr Hacı Əhmədolsun. Hacı Əhməd də deyir ki, siz nə danışırsınız, mənim işim başımdan aşır,sabah Təbrizə mal dalınca getməliyəm. Elə yaxşısı budur Kərbalayi Cəfəri sədrseçək, həm savadlıdı, həm də bacarıqlı. Kərbalayi Cəfər də deyir ki, ay kişininuşaqları, mən orucam, heç oruc adamdan da sədr çıxar? Gəlin Hacı Kərimi sədrseçək, o məndən də zirək adamdı. Hacı Kərim də bir bəhanə ilə bu işi boynundanatır. Bir sözlə, millətin məsələsi və taleyi həll olunanda yığıncaqdakı müsəlmanlarınhamısı bir bəhanəylə aradan çıxır. Biri deyir ki, "xəstəyəm”, biri deyir ki,"orucam”, biri də deyir ki, "mal dalınca filan yerə gedirəm”. Bax, beləcə, millətindərdi qalır kənarda, "vacib məsələnin” həllini ötür-ötür oyununa salırlar...

Bax, bizim milləthəmişə belədi! Ta keçmişdən bu günə qədər nə pis şey varsa, onun qanından hələdə çıxmayıb. Bu nədir? Qoy adını deyək! Bu, bəhanədir! Bu, laqeydlikdir! Bu, səhlənkarlıqdır!Bu, millətin ağır günündə başını yelləyibaradan çıxmaqdır! Hamı deyir ki, əşi, qoy filankıs birinci qabağadüşsün, mənim nə işimə qalıb ey, durum düşüm qabağa və axırda da təpəsi üstəgedib quyuya düşüm! Və bir də "arığın nə işi var ki, qoruqda, vurub qılçınısındıralar”.

... İndi qayıdaqbəhanələrə! Axı biz bəhanələrlə yaşayan millətik. Başqa millətlər də belədir.Amma vallah, bu sarıdan bizə o biri millətlər çata bilməz. Çatsa da, keçə bilməzha! Görün, nə günə üşdük. Düz 3 aydır ölkə prezidenti cənab İlham Əliyevkoronavirus bəlasından millətin canını qurtarmaq üçün çox böyük addımlar atıb.Ölkəmizdə çox böyük qabaqlayıcı tədbirlər görülüb. Ən müasir xəstəxanalarkoronavirusa yoluxanları qəbul edib. Hətta xarici ölkələrdən ölkəmizə çox bahaqiymətə 200 ədəd süni tənəffüs aparatı gətirilib. Bir çox xəstəxanaların yenidəntikintisinə başlanılıb. 6 modul tipli xəstəxana inşa edilir.

Artıq onlardanbirinin cənab prezidentin iştirakı ilə açılışı olub və əhalinin istifadəsinəverilib. Ölkədə ilk gündən dövlət səviyyəsində bu virusa qarşı mücadiləaparılır. Təsadüfi deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu təhlükəniaradan qaldırmaq üçün 24 saat fəaliyyət göstərir. Karantin rejiminin tətbiqi,bir çox məhdudiyyətlərin olması bu virusun geniş yayılmasının qarşısını alabilmişdi. Təəssüf ki, məhdudiyyətlərin götürülməsindən və yumuşalmadan sonraölkəmizdə koronavirusa yoluxanların sayı hər gün yüksələn xətlə artmağabaşlayıb. Artıq bir gün ərzində 350 nəfərdən çox insan bu virusa yoluxub. Bu nədeməkdir? Bu o deməkdir ki, dövlət öncədən qabaqlayıcı tədbirlər görsə də, əhalikarantin rejiminin tələblərinə əməl etmir və əməl etmək fikrində də deyil!

Bütün kütləviinformasiya vasitələri – qəzetlər, televiziyalar və saytlar əhalinin maarifləndirilməsiüçün fasiləsiz olaraq təbliğat işləri aparır. Amma biz insanlar isə hələ də buvirusun böyük təhlükəsinə inanmırıq. Ən azından ona görə ki, ətrafımızda,yaxınlarımızın arasında bu xəstəliyə düçar olanları görmürük. İnanmadığımıza vəgörmədiyimizə görə də bu xəstəlik ölkədə artıq tüğyan eləməyə başlayıb.Televiziyaların çəkdiyi süjetlərdə Bakı şəhərində karantin rejiminə əhalininnecə əməl etməsi çox böyük maraq doğurur.

Avtobusdayanacaqlarında, marketlərdə, lap küçədə kimdən soruşursan ki, niyə maskataxmırsan, hərə bir bəhanə gətirir?! Biri deyir ki, nəfəs ala bilmirəm, ona görətaxmıram... biri deyir ki, xəstəliyə inanmıram, ona görə vurmuram... biri deyirki, aptekdə maska tapmamışam... biri də deyir ki, maska cibimdədi, metroya girəndəvuracam... Bir sözlə, böyük Üzeyir bəyin "Vacib işlər” felyetonundakı kimi hərəbir bəhanə gətirir. Vallah, biz heç dəyişməmişik. XIX əsrin sonu, XX əsrin əvvəllərindənecə idiksə, elə indi də eləyik. Əynimiz və başımız dəyişib, imkanımızyaxşılaşıb, ancaq təfəkkür və düşüncəmiz həmin dövrün təfəkkür və düşüncəsidi.

Belə-belə bəhanələrvə belə-belə işlər gətirib bizi dalana çıxarıb. Artıq indi dövlət məcbur olubdaha sərt addımlar atır. Bu sərt addımlar da ondan ibarətdir ki, bu təhlükəböyüməsin, koronavirusa yoluxanların və dünyasını dəyişənlərin sayı çoxalmasın.Artıq aldığımız məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində xəstə o qədərçoxdur ki, yeni xəstələr qəbul etmirlər. Bu isə dəhşətdir! Bu isə xalqı silkələməkdir!Bu isə həyəcan təbilinin səslənməsidir!..

Əgər kimsə bunazarafat kimi baxırsa, tay ona sözümüz yoxdu. Hərçənd ki, mən evdə xanımımıinandıra bilmirəm ki, bu çox qorxulu və dəhşətli bir bəladır. Bu bəlanı Çin,Amerika, Avropa yaşayır. Əgər bu bəla və müsibət biz insanları yuxudanoyatmırsa, deməli, bu millət elə Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun yazdığı kimiqəflət yuxusundan oyanmayan millətdir. Amma oyanmaq lazımdır! Qoy millətoyansın ki, özünü tanısın, bəhanələr eləməsin və bu bəladan çıxış yolu tapsın.Bax, onda böyük Mirzə Cəlilin də, Üzeyir Hacıbəyovun da ruhları narahatolmaz!..


TƏQVİM / ARXİV