adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyun 2021 19:23
125299
SAĞLAMLIQ
A- A+

“Alaq otu” deyib keçməyin: Əməköməci dərdlərə dərmanı

Ötən əsrə qədər insanlar minillərin sınağından keçmiş türkaçarələrlə müalicə olunub, sağlıqlarına qovuşublar. Qarabağ zonasında el arasında "pencər” kimi məşhur olan əməköməci bitkisini tanımayan yoxdu. Bu bitkinin çox gözəl, buğlaması (başqa adı Balba), dovğası və qutabı da olur. Yaz ayları tər-təravəti ilə lap çiy-çiy də dərilib yeyilirdi. Xüsusən sinəmizə bəlğəm yığılanda dünyagörmüşnənələrimiz məhz bu bitkiniqaynar suda azacıq pörtlədir, sıxır, üzərinə sarımsaq-qatıq əlavə edib zor-xoş bizə yedirirdi. İndi bu bitki haqqında bilməyənlərə də maraqlı məlumatlar verəcəyik.

Deməli, türkaçarələr üzrə mütəxəssis, loğman Fizuli Hüseynov da deyir ki, əməköməcinin çox zəngin tərkibi var.Tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir. Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.
 
Başqa tibb mütəxəssisləri də bu bitkinin faydaları haqqında müxtəlif məqalələrlə cıxış ediblər. Onlar bildirilər ki, əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır.Həmçinin üz dərisində olan civzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.
 
 
Təzə əməköməci yığılır, əzilir və ya ətçəkən maşından keçirilir, keçəllik və saçtökülmə zamanı saça çəkilir, tərkibi seliklə zəngin olduğundan yapışqan kimi saça yapışır. Yaxşı olar ki, prosedur gündə 1 dəfə edilsin və 4-6 saat saçda saxlanılsın.

 

Həm də mədə-bağırsaq üçün çox xeyirlidir.Xüsusilə bunu sıxma pencər şəklində və yaxud yağda qızardıb qatıq-sarımsaqla yemək çox xeyirlidir. Əməköməci bağırsaqları yumşaq saxlayır və qurdtökmə qabiliyyətinə malikdir, həmçinin gözü nurlandırır, görmə qabiliyyətini artırır, dişdibi ətini möhkəmləndirir. Zəif doğulmuş uşaqların inkişafına, boyun, kəllə, bel, qol, qıç sümüklərinin möhkəmlənməsinə yaxşı təsir edir. Göyöskürəyə, bəlğəmə, qarınağrısına kömək edir, oynaq ağrılarına da yaxşı təsir gostərir.

Bax belə, bizim dünyagörmüş nənələrimiz əslində elə indinin həkimləri qədər bilirmişlər.

 

Əntiqə Rəşid